Tanıyaq və tanıdaq!
Əziz oxucular, "525-ci qəzet"də
"Günümüzün Güney Azərbaycan ədəbiyyatı - Poeziya"
adlı guşə açılıb.
Guşədə İran
İslam İnqilabından
(1979) sonra ədəbiyyata
gəlmiş, Güney
Azərbaycanda 1960-cı ildə
və daha sonra doğulub boya-başa çatmış
və sənətdə
öz sözünü
demiş Güney şairlərinin arasında
heç bir fərq qoymadan, incə və həssas ruhlarına toxunmadan, yaratdıqları
möhtəşəm poeziya
örnəklərini incələmədən
onların ana dilində fərqli janr və üslublarda
qələmə aldığı
şeir və poemalara, yaxud da həmin əsərlərdən
müəyyən hissələrə
yer verəcəyik.
Bu əsərlər
günümüzün Güney
ədəbiyyatında baş
verən yeniliklərin,
ədəbi prosesin incəliklərini bir az da yaxından izləmək, həyata, insanlığa,
yazarların ictimai-siyasi
və milli məsələlərə baxışlarını
öyrənmək baxımından
diqqətəlayiqdir...
Türkiyənin ünlü filosof-yazarı
Cəmil Meriç
"Qərb kültürün
vətənidir, Şərq
irfanın. Nə Qərbi tanıyırıq,
nə Şərqi, ən az tanıdığımız
isə özümüz..."
deyirdi. Güney Azərbaycanda son çağın dinamik inkişaf edən ədəbiyyata, özəlliklə
poeziyaya nəzər saldıqda burada yaşayan xalqın özünəməxsus kültürü,
ədəbiyyatı, kitab
mədəniyyəti, sözyaratma
qüdrətinin nə
qədər yüksək
olduğu yansıyır.
Möhtəşəm mədəniyyət
yaradan bir xalq, susmayan dili, özünü, kimliyini, tarixini öyrənmək istəyən
şairləri olan xalq isə dünya
tarixindən heç vaxt silinmir, əbədiyaşarlıq qazanır...
Beləliklə, özümüzü,
Güneyimizi daha yaxından tanımaq, həm də daha çox sevmək üçün,
dəyərli yazarların
yaratdıqları bənzərsiz
poetik dünyanın qapıları üzünüzə
açılır, əziz
oxucular!
Esmira Fuad,
Filologiya elmləri doktoru
525-ci qəzet.-
2019.- 31 may.- S.16.