Multikulturalizmin Azərbaycan modeli
Qloballaşan dünyamızda multikulturalizmi
inkişaf etdirmədən
sülhə, tərəqqiyyə
nail olmaq mümkünsüzdür. Multikulturalizm ingilis dilindən tərcümədə "çox
mədəniyyət" deməkdir.
Multikulturalizm eyni bir ölkədə
yaşayan müxtəlif
millətlərin mədəniyyət
hüququnu tanıyan
humanist dünyagöruşu olan siyasət və bir çox
fərqli mədəniyyətin
bir arada yaşadığı cəmiyyətdir. Multikulturalizm bir humanist siyasət kimi tolerantlıqla sıx bağlıdır.
Tolerant cəmiyyətdə multikulturalizm müxtəlif
mədəniyyətlərin qarşılıqlı surətdə
zənginləşməsinə, xalqları birləşdirən
mədəniyyətin formalaşmasına
səbəb olur.
Azərbaycanda multikulturalizmin müasir
vəziyyəti dünyanın
bir çox inkişaf etmiş ölkələrindən üstündür.
Bu, Azərbaycan xalqının milli mentalitetindən irəli gələn adət-ənənələri,
qonaqpərvərliyi, dini
dözümlülüyü, tolerantlığı kimi dəyərlərlə xarakterizə
olunur.
Müasir Azərbaycanda multikulturalizmin
bir siyasət kimi əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Müstəqil Azərbaycan dövlətinin
qurucusu Heydər Əliyev ölkəmizdə
yaşayan milli azlıqların dilinə,
mədəniyyətinə, adət-ənənələrinə həmişə diqqətlə
yanaşmış və
qayğı göstərmişdir.
Ulu öndər Heydər Əliyevin sədrliyi ilə komissiya tərəfindən
layihəsi hazırlanmış
və 1995-ci il
noyabrın 12-də keçirilmiş
referendumda qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının
21-ci maddəsinin II-ci
hissəsinə uyğun
olaraq dövlət əhalinin danışdığı
başqa dillərin sərbəst işlədilməsini
və inkişafını
təmin edir. Konstitusiyanın 25-ci maddəsində bərabərlik hüququ,
45-ci maddəsində isə
hər kəsin ana dilindən istifadə hüququ təsbit olunmuşdur.
Bu gün Azərbaycanda
yaşayan milli azlıqların nümayəndələri
öz ana dillərində sərbəst
danışır, bir
çox ali
və orta məktəblərdə təhsil
alır, onların adət-ənənələrinə hörmətlə yanaşılır.
Azərbaycanda milli azlıqların
kütləvi informasiya
vasitələri, öz
ana dillərində qəzet və kitab vəsaitləri nəşr edilir, televiziya və radio verilişləri hazırlanır.
Ümummilli lider Heydər
Əliyev respublikamızda
multikulturalizm siyasətini
uğurla həyata keçirmiş və ölkəmizi dünya miqyasında multikulturalizm ölkəsi kimi tanıtmışdır.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin söylədiyi
"Hər bir xalqın milli mənsubiyyəti onun qurur mənbəyidir. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!"
ifadəsi hər bir ləyaqətli ölkə vətəndaşının
həyat düsturuna çevrilib. Əsası ulu
öndər tərəfindən
qoyulmuş Azərbaycan
xalqının multikultural
adət-ənənələrinin qorunması sahəsində
həyata keçirilən
siyasi xətt hal-hazırda Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev tərafindən inamla davam və
inkişaf etdirilir.
Ölkəmizdə mədəniyyətlərarası
dialoqun formalaşmasını
şərtləndirən əsas
amillərdən biri də Azərbaycanın coğrafi baxımdan qərarlaşdığı məkanın,
Şərqlə Qərbin
qovşağında yerləşməsidir.
Azərbaycan iki fərqli
sivilizasiya arasında körpü rolunu oynamaqla dünyada öz nüfuzunu gücləndirməkdədir. Azərbaycanda tolerantlıq
muhiti ən yüksək səviyyədə
olduğu uçun burada multikulturalizm, millətlər və dillər arasında olan münasibətlərə,
dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, o
cümlədən, dünyanın
müxtəlif ölkələrinin
ənənəvi dünya
dinlərini təmsil edən 200-dən çox
nümayəndənin iştirak
etdiyi "Qloballaşma,
din, ənənəvi dəyərlər"
mövzusunda tədbir
2010-cu ilin aprel ayında məhz Bakı şəhərində
keçrilmişdir.
2011-ci ildən başlayaraq
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə
hər iki ildən bir Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Bu forumlar
UNESCO, BMT-nin Sivilizasiyalar
Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub
Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatının
tərəfdaşlığı ilə reallaşdırılır.
26 noyabr 2015-ci ildə
Bakıda keçirilən
İslam Təhsil, Elm
və Mədəniyyət
Təşkilatının Baş
Konfransının Xll sessiyasında çıxış
edən Azərbaycan Respublikası Prezidenti İlham Əliyev demişdir: "Biz tam əminik
ki, multikulturalizmin gözəl gələcəyi
var. Sadəcə bəzi
siyasətçilər, ictimai
xadimlər öz çıxışlarında daha
da diqqətli olmalıdırlar. Çünki multikulturalizmin alternativi yoxdur.Alternativ ayri-seçkilikdir,
diskriminasiyadır, islamofobiyadır,
ksenofobiyadır. Bu gələcəyə aparan
yol sayıla bilməz. Ona görə, biz öz
siyasətimizlə və
təşəbbüslərimizlə dinlərarası münasibətlərin
gücləndirilməsi üçün
çalışırıq və çalışacağıq".
Ölkəmizdə multikulturalizm Azərbaycançılıq
məfkurəsinə sıx
bağlıdır.
Ulu Öndər tərəfindən əsası
qoyulmuş Azərbaycançılıq
məfkurəsinə uyğun
olaraq tolerantlığın,
mədəni, dini, linqvistik müxtəlifliyin
qorunmasını təmin
etmək, Azərbaycanı
dünyada multikulturalizm
mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək məqsədilə
Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm
və dini məsələlər üzrə
Dövlət müşavirliyi
təsis edilmiş, dövlət başçısının
15 may 2014-cü il tarixli
Sərəncamı ilə
Baki Beynəlxalq Multikulturalizm Mərkəzi
yaradılmış,11 yanvar 2016-cı il tarixli Sərəncamı
ilə 2016-cı il
"Multikulturalizm ili"
elan edilmişdir.
Respublikamızda dini dözümlülüyün,
dini müxtəlifliyin,
milli və dini tolerantlıgın, multikulturalizmin, milli mənəvi dəyərlərin
təbliğ edilməsində
Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının
birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əvəzolunmaz
xidmətləri vardır.
Heydər Əliyev Fondunun təşkilatçılıgı
ilə həyata keçirilən "Azərbaycan
Parisin ürəyində"
adlı layihə çərçivəsində 2015-ci il sentyabrın
8-də Parisdə "Dini
tolerantlıq: Azərbaycanda
birgə yaşamaq mədəniyyəti" mövzusunda
konfrans keçirilmiş
və "Parisin ürəyində Azərbaycan
musiqisi" adlı konsert təşkil olunmuşdur.
2014-cu il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar
Alyansının Vll Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə
qərarına əsasən
2016-cı il, aprelin
25-27-də Bakıda Birləşmiş
Millətlər Təşkilatının
Sivilizasiyalar Alyansının
7-ci Qlobal Forumu keçirilmişdir. Forumda dünyanın
140-dan çox ölkəsindən
nümayəndə heyətləri,
çoxsaylı beynəlxalq
təşkilatların, dini
konfesiyaların, QHT-lərin
nümayəndələri iştirak
etmişdilər. Eləcə
də 2019-cu ilin may ayının 1-3-də Bakıda
V Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu keçirilmiş, həmin
forumda dünyanın
135-dən çox ölkəsindən
nümayəndə heyətləri,
çoxsaylı beynəlxalq
təşkilatların nümayəndələri
iştirak etmişlər.
BMT-nin Sivilizasiyalar Alyansının Vll-ci Qlobal Formunun 2016-cı il aprelin
25-27-də və Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun hər iki ildən
bir Azərbaycanda keçirilməsi ölkədə
multikultural və
tolerant mühitin olmasının
göstəricisidir. Multikulturalizmin bu formada geniş
təsbit və tətbiq olunması Azərbaycanın dünyaya
olan töhfələrindən
biridir. Bu gün artıq ölkəmiz dünyaya multikulturalizmin Azərbaycan
modelini təqdim edir ki, möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi "Multikulturalizmin alternativi yoxdur".
Aytac İBRAHİMOVA
Azərbaycan Respublikası Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasının tələbəsi
525-ci qəzet.- 2019.- 6 noyabr.- S.16-17.