Azərbaycanda multikulturalizm

 

 

Azərbaycan dünya tarixində insanların məskunlaşdığı  ən qədim mərkəzlərdən biri olaraq qəbul edilir. Azərbaycanın yerləşdiyi coğrafi mövqe, o cümlədən, şərqlə qərbin kəsişməsindəki mövcudluğu  bu regionun daima aktuallıq kəsb etməsinə səbəb olub.

 

Bu mənada o, hər zaman tarixdə keçmiş müasirliyi əhatə edərək qədim dövrlərdən etibarən İpək yolu üzərində yerləşməsi səbəbiylə şərqlə qərbin vəhdətini təşkil edib. Bu da öz növbəsində tarix boyu fərqli dinlərin,  fərqli millətlərin fərqli mədəniyyətlərin qovuşma nöqtəsi olaraq tarixi mərhələlər çərçivəsində onların inkişafına rəvac verib.

Ayrı-ayrı dövrlərdə Azərbaycan ərazisində zərdüştlük, bütpərəstlik, yəhudilik, xristianlıq, islam bir çox dini cərəyanlar yayılmağa başlayıb müəyyən səviyyədə inkişaf edib. VII əsrdən etibarən bütün dünyaya yayılmağa başlayan islam dini Azərbaycan  ərazisinə yayılıb. Bu gün Azərbaycan əhalisinin 95 faizi islam dininə, digərləri isə müxtəlif dinlərə etiqad edir.

Əsrlər boyu fərqli dini cərəyanların Azərbaycan ərazisində yayılması, inkişaf etməsi nəticəsində bu dinlərə məxsus məbədlərin ziyarətgahların günümüzə qədər gəlib çıxmasına səbəb olub. Bunları çoxluğu əksəriyyətinin hazırdakı mövcudluğu Azərbaycan ərazisində yaşayan xalqlar dinlər arasında var olan tarixən tolerantlığa  dəlalət edir. Min illər ərzində insanların bir-birlərinin dini etiqadlarına milli mənsubiyyətlərinə hörmətlə yanaşması  tolerantlıq  multikulturalizm ənənələrinin formalaşaraq yeni xüsusiyyətlər qazanmasına şərait yaradıb.

Ulu öndər Heydər Əliyevin bu mövzu ilə əlaqədar fikirləri son dərəcə əhəmiyyətlidir: "Hesab edirəm ki, Azərbaycan xalqı özlüyündə, təbiətinə görə, öz xarakterinə görə yüksək tolerantlıq hissinə malikdir. Azərbaycan əhalisinin çox hissəsinin etiqad etdiyi müsəlman dinində, onun kökündə tolerantlıq var". Məhz Heydər Əliyev Azərbaycanda multikulturalizmin tolerant dəyərlərin siyasi banisi olaraq daima  bu mühitinin formalaşmasında  dinlərin xalqların xidmətlərini  yüksək səviyyədə qiymətləndirmişdi. Ümummilli lider Heydər Əliyev Azərbaycanda yaşayan dini icmalara qarşı hər zaman hörmətlə yanaşaraq onların dini bayramlarını rəsmi şəkildə daima təbrik etmişdi.

Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalar arasında tarixən formalaşmış tolerant münasibətlər mövcud olub. Bu münasibət qarşılıqlı ehtirama, əməkdaşlığa zərurət halında bir-birini dəstəkləmək prinsipinə əsaslanır.  Tarixən olduğu kimi, bu gün Azərbaycan ərazisində yaşayan bütün dini icmalar etnik qruplar bir-birinə hörmətlə yanaşır. Onlar dini etiqad milli mənsubiyyətlərindən asılı olmayaraq  vahid Azərbaycan üçün  Azərbaycançılıq məfkurəsi ətrafında  hər zaman birləşiblər. Bunun ən bariz nümunəsi olaraq bu gün Şəhidlər xiyabanını göstərə bilərik. Azərbaycanın ərazi bütövlüyü azadlığı uğrunda  vuruşmuş, bu yolda canından keçmiş müxtəlif dinlərə etnik qruplara  mənsub vətəndaşlarımızın uyuduğu bu müqəddəs yer birliyin, qardaşlığın, multikultural mühitimizin tolerantlığın simvoludur.

Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olaraq Prezident İlham Əliyevin uğurla daxili siyasəti nəticəsində Azərbaycançılıq məfkurəsi multikulturalizm ideyaları ölkədə yaşayan bütün etnik qrupları vahid prinsiplər məcmusuna çevrilib. Bu kontekstdə cənab Prezident İlham Əliyevin tezisləri son dərəcə strateji əhəmiyyət daşıyır: "Multikultiralizm Azərbaycanda dövlət siyasəti həyat tərzidir... Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir".

Prezident İlham Əliyevin 2016-cı iliMultikulturalizm ilielan etməsindən sonra tədbirlər planı hazırlanmış əlaqələndirici qurum kimi bu tədbirlərin həyata keçirilməsinə nəzarət Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə həvalə edilmişdi. Məhz ölkə daxilində  ölkə xaricində "Azərbaycan multikulturalizmi" fənninin tədrisi, çoxsaylı beynəlxalq konfransların keçirilməsi  s. tədbirlər bir daha Azərbaycanın şərq qərb arasından  multikultural körpü rolunu keçmişdən bugünə hər zaman uğurla həyata keçirdiyinin bariz sübutu idi. Digər tərəfdən, bu gün Azərbaycan bir çox beynəlxalq təşkilatlara üzvdür ölkədə son 10 ildə iri miqyaslı beynəlxalq forumların keçirilməsinin təşkilatçısıdır. Məhz yaxın günlərdə ölkəmizin Türk Şurasına Qoşulmama hərəkatına sədr seçilməsi  multikulturalizmin dövlət siyasəti olaraq tətbiqində geniş perspektivlərin yaranmasına gətirib çıxaracaq.

Azərbaycanda multikulturalizm   tolerantlıqla bağlı tədbirlərin keçirilməsində Heydər Əliyev Fondunun əvəzsiz rolu var. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkə sərhədlərindən xaricdə bu kimi tədbirlərin mütəmadi təşkili Azərbaycanın bütün dünyada multikultural tolerant bir ölkə kimi tanınmasında böyük rol oynayır. Heydər Əlyev Fondunun uğurla gerçəkləşdirdiyi "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində ölkədəki məscid, sinaqoq, kilsələrdə təmir-bərpa işləri aparılıb, Fransanın Normandiya regionunda yerləşən, orta əsrlərdən qalmış  Saint Paterne  kilsəsini, Roma katokombalarının bərpası, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması bir sıra abidələrin restavrasiyası həyata keçirilib. Azərbaycan dini mərkəz olaraq bilinən Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşüb. Bütün bunlar multikultiralizmin ən ali nümunələrindən  biri kimi dəyərləndirilə bilər. Hazırda isə Azərbaycan ərazisində 2 mindən çox məscid, 13 kilsə 7 sinaqoq var. Atəşgahı digər bu kimi məbədləri bu siyahıya əlavə etmək olar.

Azərbaycan tarixən olduğu kimi, bugün multikultural tolerant bir ölkədir. Müasir dövrdə qloballaşan inkişaf edən dünyada ölkələr düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bu istiqamətdə ən əsas örnəklərindən biri Azərbaycan Respublikasının tərəqqisidir. Bugün Azərbaycan dünyada multikulturalizmin tolerantlığın öncüsü kimi tanınır.  Bunun sayəsində Azərbaycan öz multikultural tolerant dəyərləri ilə şərqi qərbi özündə birləşdirmək iqtidarında olduğu mesajını bütün dünyaya bildirir. Bu mənada multikulturalizm tolerantlıqdan imtina etmək anlaşılmazlığa, islamofobiya, ksenofobiya, qarşıdurmaya, milli, mədəni dini etnik münaqişələrə aparıb çıxara bilər. Məhz Azərbaycan dövlətinin həyat tərzi dövlət siyasəti olaraq qəbul etdiyi tətbiqində sürətli inkişafa nail olduğu multikulturalizm tendensiyası dünyada Azərbaycan multikulturalizm modelinin təbliği təşviqi  sahəsində mühüm töhfələr verməyə davam edir.

 

Həmid FƏRƏMƏZOV

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi

 

525-ci qəzet.- 2019.- 6 noyabr.- S.16.