Vaqif Yusiflinin
"Qanadlandıq uçmağa"
kitabı təqdim olunub
Oktyabrın 30-da Azərbaycan Yazıçılar
Birliyinin (AYB) "Natəvan"
klubunda filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin "aybKitab" layihəsi çərçivəsində
çap olunmuş
"Qanadlandıq uçmağa"
adlı yeni bədii-publisistik məqalələr
toplusunun imza günü keçirilib.
Tədbirdə AYB rəhbərliyi, AMEA N.Gəncəvi adına
Ədəbiyyat İnstitutunun
əməkdaşları tanınmış
ədəbiyyat nümayəndələri,
gənc yazarlar və oxucular iştirak ediblər.
Tənqidçi Əsəd Cahangirin
aparıcılığı ilə keçən təqdimat mərasimində
AYB-nin sədri, Xalq yazıçısı
Anar, Xalq şairləri Fikrət Qoca, Sabir Rüstəmxanlı,
professor Qəzənfər Paşayev,
şair Səyyad Aran çıxışlarında
Vaqif Yusiflinin təmənnasız tənqidçi
mövqeyini yüksək
qiymətləndiriblər. Sonra "aybKitab"
layihəsinin rəhbəri
Xəyal Rza çıxış edərək
bildirib ki, müəllifin bu kitabında məhz həmin layihədə çap olunan digər kitablar haqqında olan məqalələr yer alıb.
Tədbirdə AMEA Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun
direktor müavini, filologiya elmləri doktoru Əlizadə Əsgərli çıxış
edərək Vaqif Yusiflinin zəhmətkeşliyi
ilə yanaşı, Ədəbi tənqid şöbəsinin müdiri
kimi də sanballı işlərin öhdəsindən əzmkarlıqla
gəldiyini vurğulayıb.
Həmin
şöbənin digər
əməkdaşlarının da iştirak etdiyi imza günündə
şöbənin işçisi
filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə
müəllifin həm
elmi fəaliyyəti, həm də tənqidçi kimi özünəməxsusluğu haqqında fikirlərini bölüşüb.
Şairlərdən Firuzə Məmmədli, Musa Ələkbərli,
Balayar Sadiq, Güləmail Murad çıxışlarında Vaqif
Yusiflinin onların da yaradıcılığına
ürək genişliyi
ilə yer ayırmasını təqdir
ediblər. Tənqidçilərdən İradə Musayeva,
Cavanşir Yusifli də öz növbəsində müəllifin
bənzərsiz, orijinal
ədəbi tənqidlə
məşğul olmasını
yüksək qiymətləndiriblər.
Gənc yazarlardan Arzu Hüseyn, Gülnar Səma, Qoşqar Qaraçaylı
çıxışlarında Vaqif Yusiflinin ədəbi gəncliyə
həmişə xüsusi
diqqət ayırmasından
məmnunluqla söz açıblar.
Bölgələri təmsil edən
şairlərdən Sabirabaddan
Şahnaz Şahin, Gəncədən İradə
Aytel, Lənkərandan
Sevda Əlibəyli, Cəlilabaddan Gülbala Teymur isə çıxışlarında müəllifin
bölgələrdə yaranan
ədəbi nümunələri
də diqqətdə saxlamağından minnətdarlıq
hissi ilə danışıblar.
Daha sonra söz alan tədbir
iştirakçıları da müəllifi təbrik edib, ona yeni yaradıcılıq
uğurları arzulayıblar.
Sonda Vaqif Yusifli çıxış
edərək hər kəsə təşəkkürlərini
bildirib. Ustadı saydığı böyük tənqidçilərin
adlarını çəkərək
onları da ehtiramla xatırlayıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 1 noyabr.- S.8.