Memarlıq və İnşaat Universitetində Milan Dizayn Film Festivalı

 

Bu gün İtaliyanın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Milan Dizayn Film Festivalının təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, açılış mərasimində İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini, səfirliyin əməkdaşları, İtaliyadan gələn qonaqlar, festivalın təşkilatçıları iştirak edib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova vurğulayıb ki, İtaliya səfriliyi çoxşaxəli fəaliyyətində ölkələrimizin ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin qurulmasına önəm verir, bu istiqamətində görülən işlərdə AzMİU-nu daim diqqət mərkəzində saxlayır, İtaliya universitetləri ilə əməkdaşlıq məsələsində bizə yardımçı olur: “Səfirliyin dəstəyi ilə Milan Politexnik Universiteti ilə işgüzar əməkdaşlıq qurmuşuq, Universitetdə Azərbaycan İtaliya Dizayn Mərkəzi açmışıq, itayan dili kursları fəaliyyət göstərir, tələbələrimiz burda italyan dili öyrənir. Hazırda Milan Politexnik Universiteti ilə ikili diplom layihəsi üzərində çalışırıq”.

Səfir Auqusto Massarini əməkdaşlığın çərçivələrinin genişlənməsini alqışlayıb, Milan Dizayn Film Festivalının AZMİU-da keçirilməsini ölkələrimiz arasında körpü rolunu olacağını qeyd edib. O, bu festivalın dizayn ixtisasında oxuyan tələbələrin bilik bacarıqlarının möhkəmlənməsinə, inkişafına böyük kömək edəcəyinə ümidvar olduğunu bildirib.

Çıxışlardan sonra tədbir iştirakçılarıƏllərin sehriadlı filmi izləyiblər.

Məlumat üçün qeyd edək ki, illik tədbir oktyabr ayında Milan şəhərində keçirilir, lakin bu il festival ilk dəfə Bakıda, İtaliyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə AzMİU-da keçirilir.  Festival noyabrın 1-nə qədər davam edəcək.

 

525-ci qəzet.- 2019.- 1 noyabr.- S.9.