Elçinin "Baş"
romanı çap olunub
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalq yazıçısı Elçinin "Baş" romanı işıq üzü görüb.
Nazirlikdən bildirilib ki, görkəmli yazıçı, dramaturq Elçinin "Baş" romanındakı hadisələr XVIII əsrin ilk onilliyində, Azərbaycanda və ümumiyyətlə, Cənubi Qafqaz tarixinin ən gərgin və mürəkkəb dövründə cərəyan edir. Əsər tarixi roman olmaqla yanaşı, həm psixoloji, həm də bəzi məqamlarda ustalıqla mistik çalarlardan istifadə edilmiş əsərdir.
İlk dəfə 2015-ci ildə çap olunan bu roman artıq bir çox dillərə tərcümə olunub və böyük populyarlıq qazanıb.
"Təhsil" nəşriyyatında
yüksək poliqrafik keyfiyyətlə çap edilən kitab Mədəniyyət
Nazirliyinin tabeliyində olan
kütləvi kitabxanalara paylanılacaq.
525-ci qəzet.- 2019.- 1 noyabr.- S.9.