Milli Kitabxanada akademik Nizami Cəfərovun
60 yaşı qeyd edilib
Görkəmli alimlə
bağlı kitabın və elektron məlumat bazasının
təqdimatı olub
Noyabrın
1-də Milli Kitabxanada akademik Nizami Cəfərovun 60 illik
yubileyinə həsr olunmuş tədbir və bu münasibətlə
"Azərbaycanın görkəmli şəxsiyyətləri"
seriyasından nəşr olunan "Nizami Cəfərov.
Biblioqrafiya" kitabının, həmçinin və
"Nizami Cəfərov - 60" elektron məlumat
bazasının təqdimat mərasimi
keçirilib. Nəşr və elektron bazanı Milli Kitabxana Mədəniyyət
Nazirliyi ilə birgə ərsəyə gətirib.
Milli
Kitabxananın direktoru Kərim Tahirov Azərbaycanda Atatürk Mərkəzinin
direktoru, Milli Məclisin deputatı, Əməkdar elm xadimi,
akademik Nizami Cəfərovun zəngin elmi
yaradıcılığından, dilçilik və ədəbiyyatşünaslıq
elminin inkişafındakı xidmətlərindən,
ictimai-siyasi fəaliyyətindən söhbət açıb.
Bildirib ki, akademik Nizami Cəfərov ölkənin ictimai-siyasi
həyatındakı fəal iştirakına və elmin
inkişafındakı xidmətlərinə görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
"Şöhrət" ordeni ilə təltif edilib.
Direktor Azərbaycan
Milli Kitabxanasının
"Azərbaycanın görkəmli
şəxsiyyətləri" seriyasından hazırladığı
"Nizami Cəfərov. Biblioqrafiya" kitabında alimin zəngin yaradıcılığı
haqqında geniş məlumatın toplandığını,
həyat və yaradıcılığının əsas tarixlərinin, görkəmli şəxsiyyətlərin
onun haqqında fikirlərinin də öz əksini tapdığını bildirən
professor, vəsaitin tədqiqatçılar,
kitabxanaçılar, tələbələr
və ümumən geniş oxucu üçün nəzərdə
tutulduğunu vurğulayıb.
Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev akademik Nizami Cəfərovun əsərlərinin orijinal
üslubu, yüksək
peşəkarlığı ilə seçilən yaradıcı alim olduğunu söyləyib. Bildirib ki,
dilçilik elmi ilə yanaşı, ədəbiyyatşünaslıq məsələlərilə də
ardıcıl məşğul
olan alim zəngin yaradıcılığa
malikdir. Vaqif Əliyev
çıxışında Milli Kitabxana tərəfindən hazırlanmış
biblioqrafiyanın, akademikin
yaradıcılığına verilmiş böyük töhfə olduğunu söyləyib.
Xalq yazıçısı, Azərbaycan
Yazıçılar Birliyinin
sədri Anar çıxış edərək
Nizami Cəfərovun Azərbaycanda dilçilik
elmi ilə yanaşı, müasir Azərbaycan ədəbi dili tarixi ilə
bağlı xüsusi
mövqe formalaşdıran
alim olduğunu vurğulayıb.
Xalq yazıçısı, Azərbaycan
Dövlət Tərcümə
Mərkəzinin İdarə
heyətinin sədri Afaq Məsud akademikin dilçilik və filologiya elminin nəzəri və praktik sahəsindəki xidmətlərindən,
dil və ədəbiyyatın tədrisinə,
klassik və müasir milli ədəbi prosesin tədqiqinə verdiyi töhfələrdən söhbət
açıb.
Əməkdar elm xadimi, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov Nizami Cəfərovun elmi yaradıcılığı, ədəbi-məzmunlu
yazıları haqqında
söhbət açıb,
yüksək təşkilatçılıq
bacarığını yüksək
qiymətləndirib.
Xalq şairi Nəriman Həsənzadə, BDU-nun Filologiya
fakültəsinin dekanı,
dosent Elçin Məmmədov, professor Rüstəm
Kamal, "Ədəbiyyat
qəzeti"nin baş
redaktoru Azər Turan, Azərbaycan Yazıçılar Birliyinin
katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid görkəmli alimin zəngin elmi yaradıcılığı, ictimai-siyasi
fəaliyyəti haqqında
fikirlərini, yubilyara
xoş arzularını
bildiriblər.
Daha sonra Milli Kitabxana tərəfindən hazırlanmış
"Nizami Cəfərov
- 60" elektron məlumat
bazası təqdim edilib.
Sonda
çıxış edən akademik Nizami Cəfərov
kitabın və elektron məlumat bazasının ərsəyə
gəlməsində əməyi olan hər kəsə, Mədəniyyət
Nazirliyinə, Milli Kitabxanaya təşəkkürünü
bildirib.
525-ci qəzet.- 2019.- 2 noyabr.- S.12.