"Klassik və müasir ədəbiyyat məsələləri"
işıq üzü görüb
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin elmi işlər üzrə direktor müavini, professor Xatirə Bəşirlinin
"Klassik və müasir ədəbiyyat məsələləri" kitabı
"Elm və təhsil"
nəşriyyatında çapdan
çıxıb.
Kitabda məqalələr
"Klassik irs",
"Folklor. Aşıq sənəti", "Güc, qüvvət elmdədir" və
"Görünən və
görünməyən - Mövlud
Süleymanlı" adlı
bölmələr üzrə
oxuculara təqdim edilir.
Nəşrdə müəllifin ədəbiyyat
tarixi, ədəbiyyatşünaslıq,
müasir nəsr, mədəniyyətşünaslıq və təhsili əhatə edən elmi və tənqidi
məqalələri ədəbiyyatın
formalaşması, inkşaf
prosesini əks etdirir. Kitabda milli ədəbiyyat,
folklor və aşıq ədəbiyyatının
müxtəlif problemləri
ayrı-ayrı görkəmli
alim, yazıçı
və aşıqların
yaradıcılığı əsasında araşdırılır.
Kitabın elmi redaktoru və "Ön söz"ün müəllifi
professor Kamil Allahyarov,
rəyçiləri isə
professorlar Məhərrəm
Qasımlı və Şəfəq Əlibəylidir.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 2 noyabr.- S.13.