Azərbaycan Bəstəkarlar İttifaqının yubiley təntənəsi

 

 

 

Əsl musiqi ocağı, eyni məqsədə xidmət edən, musiqi xəzinəmizi bir əmanət kimi qoruyub saxlayan sənət xadimlərinin bir araya gəldiyi qurumdur Bəstəkarlar İttifaqı.

 

Bu doğma ocaqda bəstəkar musiqişünasların, ümumilikdə isə hər bir peşəkar musiqiçinin özünü ifadə edə bilməyi üçün yetərincə geniş şərait yaradılıb. Oranı musiqi ocağı adlandırmağımız belə heçdə təsadüf deyildir. Biz orada hər an dahi Üzeyir bəy Hacıbəylinin ruhunu, nəfəsini duyuruq. Onun ruhudur musiqimizə qanad verən, ona olan ehtiramdır bizi bu amaldan döndərməyən.

Bu yaxınlarda Bəstəkarlar İttifaqı adlı əmanətimizin 85 illik yubileyini qeyd etdik. Hamımız birlikdə olduqca qürurverici hədsiz dərəcədə duyğulu anlar yaşadıq. Bəlkə 85 il rəqəm kimi sıradan görünə bilər, lakin bu illərə görkəmli sənətkarlarımızın danılmaz əməyi, zəhməti sığışıb. Dünyasını dəyişənlərə tanrıdan rəhmət, həyatda olanlara isə can sağlığı diləyirik.

Musiqi festivalının açılış mərasimində Bəstəkarlar İttifaqının sədri Firəngiz xanım Əlizadə çıxış edərək ittifaqın yarandığı gündən musiqi mədəniyyətimizin inkişafında çox önəmli rol oynadığını bildirdi. Firəngiz xanım dedi: "Fəaliyyət göstərdiyi böyük hadisələrlə zəngin zaman kəsiyində Azərbaycan bəstəkarlarını musiqişünaslarını öz sıralarında birləşdirən Azərbaycan Bəstəkarlar İttifaqı nüfuzlu yaradıcılıq birliyi kimi ölkəmizin mədəni həyatında fəal iştirak edir, yüksək səviyyəli musiqi əsərlərinin yaranmasına hərtərəfli dəstək verir, özünün rəngarəng, əhəmiyyətli tədbirləri ilə musiqi həyatında daim canlanma yaradır".

Mədəniyyət naziri Əbülfəs Qarayev isə çıxışında Azərbaycanın müstəqilliyi dövründə bu qurumun özünün yaradıcılıq potensialını səfərbər edərək ölkənin mədəni həyatında layiqli bir yer tutmasının əlamətdar hal olduğunu bildirdi. Azərbaycan Bəstəkarlar İttifaqının fəaliyyətini yüksək dəyərləndirən nazir musiqimizin tanınmasında daha geniş təbliğ olunmasında, müxtəlif layihələrin həyata keçirilməsində qurumun böyük rolu olduğunu söylədi.

Üç günü əhatə edən musiqi festivalı mədəniyyətə dəyər verən hər kəsdə əsl bayram ab-havası yaratdı. İttifaqın əməkdaşlarının, üzvlərinin milli musiqi sənətinin inkişafında xidməti olan hər kəsin yaxından iştirakı ilə olduqca yaddalan festival oldu. Bu əlamətdar hadisə yüksək səviyyədə təşkil olunmuş hesabat xarakterli konsert proqramları ilə yadda qaldı.

25 oktyabr festivalın ilk günü idi, əvvəlcə Fəxri Xiyabanı Şəhidlər Xiyabanını ziyarət, daha sonra Azərbaycan Bəstəkarlar ittifaqının konfrans zalında mətbuat konfransı oldu. Açılış mərasimi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti ilə davam etdi.

26 oktyabrda Kamera orqan musiqi zalında-Orqan musiqisi Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrının konserti, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti reallaşdı.

Ertəsi gün Azərbaycan Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda "Son illərdə Azərbaycan musiqi mədəniyyətinin nailiyyətləri perspektivləri" mövzusunda elmi konfrans, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında - Kamera konserti, Azərbaycan Dövlət Akademik Opera Balet Teatrında - Fikrət Əmirovun "Sevil" operasının tamaşası, R.Behbudov adına Dövlət Mahnı Teatrında isə mahnı konserti, Zabitlər Evinin "Sərhədçi" instrumental ansamblının çıxışı oldu.

Oktyabrın 28-də Bəstəkarlar İttifaqının Ü.Hacıbəyli adına Konsert Salonunda Kamera-instrumental vokal musiqidən ibarət konsert, Heydər Əliyev Sarayında isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xor Kapellasının Azərbaycan Dövlət Televiziyası Radiosunun C.Cahangirov adına Xorunun iştirakı ilə festivalın təntənəli bağlanış mərasimi keçirildi.

xoş bizə ki, bu üç gün ərzində sözün əsl mənasında öz birliyimizi gözəl şəkildə nümayiş etdirə bildik. Ən önəmlisi isə hər məsələdə olduğu kimi, musiqimizin inkişafı naminə bir-birimizə təkan olmağımız çox mühümdür. Bu yolda addımlamaq, bu sənətin bir parçası olmaq, əmək sərf edib, xidmət etmək şərəfdir. Bu qayğını bizə göstərən, diqqətini əsirgəməyən şəxsiyyətlərə minnətdarlıq borcumuz var.

Azərbaycan Bəstəkarlar İttifaqının uğurlu fəaliyyətində, musiqi mədəniyyətimizin inkişafında dünya arenasında geniş təbliğində Ulu öndərimiz Heydər Əliyevin yüksək xidmətlərini qeyd etmək gərəkdir. Ümummilli liderimizin milli musiqiyə xidmət edən insanlara onların yaradıcılığına bəslədiyi hörmət, göstərdiyi həssasiyyət, xüsusi diqqət böyük qayğının nəticəsində olduqca gözəl bir şərait yaradılıb.

Dahi şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi bu şərəfli missiya onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməkdədir. Milli musiqinin inkişafında xidmətləri olan şəxsləri Azərbaycanın milli sərvəti adlandıran cənab Prezidentin musiqi mədəniyyətimizə qədər böyük önəm bəslədiyinin müntəzəm şahidi oluruq.

Heydər Əliyev Fondunun Azərbaycan Mədəniyyətinin Dostları Fondunun Prezidenti, YUNESKO-nun İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya da həmçinin, musiqi mədəniyyətimizin yüksəlişi naminə misilsiz xidmətinə görə səmimi təşəkkürümüz var.

Milli bəstəkarlıq məktəbinin banisi, dahi Üzeyir bəy Hacıbəylidən bizə miras qalan musiqi ocaqlarından biri Bəstəkarlar İttifaqıdır. Çox böyük sevinclə qeyd edə bilərik ki, onun əmanəti əmin əllərdədir. Bəstəkarlar İttifaqının bu gözəl missiyası, inanırıq ki, Üzeyir bəyin ruhunu hər an şad edir. Bu qurum haqda qədər xoş ifadələr söylənsə , yenə sözümüzün gücü yetmir.

Mədəniyyət sahəsində xidmət edən bir insan kimi öz növbəmdə bu cür mədəniyyət ocaqlarımızın uğurlu fəaliyyətinə ürəkdən sevinib əmək sərf edən hər kəsə minnətdarlığımı bildirirəm. Bəstəkarlar İttifaqının 85 il ərzindəki uğurlarına şad olub, bundan sonrakı fəaliyyətində daha böyük uğurlar diləyirəm.

Qeyd edim ki, bu təntənəli yubiley mərasiminin ardınca növbəti xoş xəbərin sədası duyuldu. Görkəmli Azərbaycan bəstəkarı, xalq artisti, AMEA-nın müxbir üzvü, professor, YUNESKO-nun sülh artisti Firəngiz xanım Əlizadə yenidən 5 il müddətinə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinə sədr seçildi. Bu münasibətlə bir daha təbrikimizi yetiririk.

 

Aysel KƏRİM

Bəstəkar, musiqişünas

 

525-ci qəzet.- 2019.- 2 noyabr.- S.13.