Türkiyə regionda gücünü və hərbi qüdrətini
artırır
Yola saldığımız
oktyabr ayı Türkiyənin ictimai-siyasi
həyatında mühüm
hadisələrlə yadda
qaldı. Neçə illərdir ki, regiondakı proseslərə
birbaşa bağlantısı
olan, Orta və Yaxın Şərqdə baş verən münaqişlərin
ağır fəsadlarını
bilavasitə öz ictimai-sosial həyatında
yaşayan, 100 kilometrlərlə
sərhəd qonşuları
olan İraq, Suriya və Liviyada son illərdə daha da fəallaşan
terrorçu şəbəkələrin
təzyiqləri ilə
üzləşən Türkiyə
beynəlxalq sülh koalisiyasının saxtakarlığından
bezərək tarixində
ən irimiqyaslı antiterror hərəkatını
başlatdı.
Oktyabrın 9-da bütün hərbi birləşmələrin və
xüsusi kəşfiyyat
qruplarının cəmləşdiyi
“Sülh çeşməsi”
adlı antiterror hərəkatının başladılmasında
məqsəd Suriyadakı
terrorçu qrupların
zərəsizləşdirilməsi idi. Prezident Rəcəb
Tayyib Ərdoğanın
əmri ilə başlayan bu hərəkatın digər
başlıca hədəfləri
terrorçuların Fərat
çayının şərq
sahilindən geri çəkilməsi və
həmin ərazidən
didərgin düşmüş
on minlərlə suriyalının doğma yurdlarına dönməsini
təmin etmək idi.
“Sülh çeşməsi”
- terrora və onu dəstəkləyənlərə
sarsıdıcı zərbə...
“Sülh çeşməsi”
Türkiyə Silahlı
Qüvvələrinin 3 il əvvəl uğurla həyata keçirdiyi antiterror hərəkatının yeni
həmləsi oldu. Türkiyə hərbi birləşmələri hələ
2016-cı il avqustun 24-də "Fərat
Qalxanı” əməliyyatına
başlamaqla, regionda terrorizmə qarşı qətiyyətli mövqeyini
ortaya qoydu və qısa müddət ərzində
Suriyanın Hələb
bölgəsinə bağlı
Cerablus şəhərini
İŞİD-dən təmizləndi.
Fərat
çayı boyu ərazilər Azad Suriya Ordusuna (ASO) təhvil verildi. 2017-ci ilin mart ayında uğurla başa çatdırılan həmin
əməliyyat planı
sayəsində doğma
yurdlarından qovulmuş
türkman və ərəblərin öz yurdlarına dönməsi
təmin olundu.
Türkiyənin 2018-ci il yanvarın 20-də apardığı
digər əməliyyat
– "Zeytun budağı"
hərəkatının məqsədi
və strateji hədəfləri də Afrindən öz ərazisinə yönəlmiş
terror şəbəkəsini, konkret olaraq PYD və YPG-ni zərərsizləşdirmək idi. Türkiyə bu hərəkatı
da uğurla tamamlayaraq dünyaya göstərdi ki, terrorçunu sonuncu yuvasına qədər qovacaq və dayanmayacaq. Qərbin terrorçulara mənəvi-maddi
və hərbi dəstək göstərməsinə
baxmayaraq, rəsmi
Ankara əzmkar və cəsur türk əsgərinin amansız həmlələri nəticəsində
bu hərəkatı da möhtəşəm sonluqla yekunlaşdırdı.
Türkiyə özünün
hədəflərinə nail oldu, min kilometrlərlə
ərazi YPG-PYD terrorçularından
təmizləndi, 50 mindən artıq suriyalı öz torpaqlarına qayıtdı.
Afrində həyat qaynamağa
başladı, insanlar
işləməyə, sabit
həyat şəraitində
yaçayışını qurmağa başladılar.
Bununla belə, əvvəlki 2 hərəkatın nəticələri
göstərdi ki, YPG və PYD, habelə digər kürd terrorçuları qaldıqları
ərazilərdə, xüsusilə
də Fəratın şərqində yenidən
fəallaşır, Türkiyə
sərhədlərini yenidən
zərbələrə məruz
qoyur, sabitliyi pozur və insanların
həyatını təhlükəyə
məruz qoyurlar. Məsələ ondadır
ki, bu terrorçuların
silahlanmasında, hərbi
təlimlərə cəlb
olunmasında , geyim, ərzaq
və digər təminatlarla təzhiz edilməsində ABŞ və
digər Qərb ölkələrinin canfəşanlığı
Türkiyənin xüsusi
xidmət orqanları tərəfindən təkzibolunmaz
faktlarla təsdiqini tapmaqdadır. 20-dən artıq
xarici dövlətin birbaşa iştirakı ilə yaradılmış
12 hərbi bazada təlim keçmiş 40 mindən artıq YPG terrorçusu da məhz Türkiyədə
sabitliyi pozmaq, bu ölkənin ərazi bütövlüyünü
parçalamaq niyyəti
ilə meydana bıraxıldı. Əsəd hökumətinin
mərkəzi hakimiyyətinin
dağılmasından istifadə
edən Qərb məhz kürdlərin əli ilə Suriyanın parçalanmasına
və burada bir neçə dövlət yaradılmasına
çalışır. Türkiyə isə bu məkrli plana yol verməyəcəyini
ilk gündən bəyan
edib və ölkənin süverenliyini
qoruyan müxalif qüvvələrlə, Azad Suriya
Ordusu ilə birgə bu işğalçı
plana qarşı qətiyyətlə mücadilə
edir. “Sülh çeşməsi” hərəkatının
strateji məzmunu da məhz bu
idi: terroçuların
ölkəni parçalamaq
planlarını darmadağın
etmək və Suriyanın ərazi bütövlüyünü qorumaq,
kürd terrorçuların
nəzarətində olan
ərazilərin azad olunaraq ölkədə milli birliyi dəstəkləyən
qüvvələrə vermək,
Türkiyədə sığınmış
on minlərlə qaçqını
öz yurdlarına qaytarmaq və Suriya-Türkiyə sərhədi
boyunca güclü və etibarlı təhlükəsizlik zolağı
yaratmaq.
Etiraf etmək
lazımdır ki, “Sülh çeşməsi”
hərəkatı Türkiyənin
əvvəlki antiterror
əməliyyatlarından daha
uğurlu oldu və və dinamikliyi ilə diqqəti cəlb etdi. Türk silahlı qüvvələrinin
sürətlə irilələməsi
ABŞ və Rusiyanı
narahat etdiyindən, dərhal atəşkəsin
əldə edilməsi
üçün Türkiyə
ilə danışıqlara
başlanıldı. Oktyabrın 17-də Türkiyə ilə
ABŞ arasında hərəkatla
bağlı 13 maddəlik
ortaq bəyanat imzalandı. Oktyabrın 22-də isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyalı həmkarı
Vladimir Putinlə 10 maddəlik
müqavilə imzaladı.
Hər iki sənəddə Türkiyənin qoyduğu
bütün şərtlər
kürdlərə qəbul
etdirildi. Hər iki
ölkə ilə Ankaranın imzaladığı
sənədlərin icrası
oktyabrın 30-da yekunlaşdı.
Əslində, Türkiyənin
də istədiyi bu idi: terrorçular
444 km-lik ərazidən
30 km geri çəkildilər,
təhlükəsizlik zolağı
hesab edilən ərazilər Türkiyə
ordusunun nəzarətinə
keçdi. Həmin ərazilərdə qurulmuş xüsusi məntəqələrdən kürd
terrorçuları daim
izləniləcək.
“Sülh çeşməsi”
hərəkatının ən
mühüm uğurlarından
biri də Türkiyənin planlaşdırdığı
qərarlardan birinin – qaçqınların yerlərinə
qayıtması da təmin olunmaqdadır. Oktyabrın 20-dən 30-dək
75 min Suriya vətəndaşı
Türkiyədən öz
ölkəsinə geri
dönüb. Yaxın günlərdə
daha 180 min vətəndaşın
yurdlarına dönəcəyi
nəzərdə tutulur.
Türkiyə bir daha dostunu və düşmənini də ayırd etdi...
“Sülh çeşməsi” hərəkatı bir daha Türkiyənin terrora qarşı mübarizədə dostunu və düşmənini ayırd etmək fürsəti əldə etməsinə səbəb oldu. Özünü Türkiyənin strateji müttəfiqi hesab edən ABŞ və NATO ölkələrinin ikili standartları, Avropa Birliyinin saxtakar mövqeyi özünü göstərdi. Avropa hər zaman yalan vədlər verərək terrorla mübarizədə Türkiyəni yarı yolda qoyduğunu, saxtakarlığını biruzə verdi. PKK-nın Suriyadakı qolu olan PYD-nin əsas rəhbərlərindən olan Məzlum Kobaninin 196 ölkədə qüvvədə olan qırmızı bülletenlə axtarışda olmasına baxmayaraq, ABŞ-da xüsusi qonaqpərvərliklə qarşılanması Qərbin və Amerikanın terror adı ilə siyasi alver etdiyini göstərir. Belə görünür ki, Qərbi Suriyanın zəngin sərvətləri maraqlandırır, minlərlə insanın ölümü isə onu narahat etmir. ABŞ Prezidenti Donald Trampın dediyi kimi, "Bizi Suriyada neft maraqlandırır, Amerika öz qoşunlarını neft yataqlarının qorunması üçün saxlayacaq".
Suriyada beynəlxalq gücləri insan həyatı, qaçqınların acı taleyi deyil, neft düşünüdür. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beynəlxalıq güclərin bu cür ədalətsiz addımlarını qətiyyətlə pisləyərək bildirib ki, Qərbi Suriyada insanların tökülən qanı deyil, neft maraqlandırır.
Məsələ ondadır ki, “Sülh çeşməsi” əməliyyatının başa çatmasına və atəşkəsin əldə olunmasına baxmayaq, Türkiyənin faktiki olaraq oktyabr ayında həm hərbi, həm də siyasi zəfəri Amerika və Avropa dövlətləri tərəfindən həzm edilmir. Onlar Ankaranın bu uğuruna qarşı müxtəlif çirkin vasitələrlə, namərdcəsinə "cavab vermək" istəyirlər. ABŞ Nümayəndələr Palatasının oktyabrın 29-da “erməni soyqırımı"nın tanınmasına dair qəbul etdiyi qətnamə də Amerikanın qıcığının, siyasi riyakarlığının, Türkiyəyə qarşı qisasçılıq siyasətinin bir hissəsidir. Çünki Türkiyə açıq-aşkar Amerikanın çirkin Rojova və Yaxın Şərq planlarını pozur.
Türk dövlətləri hər zaman Türkiyənin arxasındadır
Türkiyənin güclənməsini qəbul edə bilməyən beynəlxalq güclər artıq anlamalıdrlar ki, dünayda baş verən yeni geosiyasi proseslər Türkiyə başda olmaqla türkdilli dövlətlərin nüfuzunu və təsir imkanlarını daha da artırır. Bu, qlobal miqyasda türkün möhtəşəm gücünün qəbul olunması deməkdir. Hələ oktyabrın 15-də Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü də türk ölkələrinin siyasi qüdrətini dünyaya nümayiş etdirdi. Türkiyənin haqq işini, terrorla mübarizə qətiyyətini dəstəkləyən türk dövlətləri bir daha qardaş ölkənin yanında olduqlarını bəyan etdilər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi kimi, türk dövlətlərinin ən dinamik strukturlarından biri olan Türk Şurasının dünya siyasətində rolu daha da artır. Türkdilli dövlətlər qlobal proseslərin mürəkkəbləşdiyi bir dövrdə milli mübarizələrdə və milli məsələlərdə bir-birimizin yanında durmalıdır. Toplantıda Türk dövlətlərinin başçılarının birlik və bərabərlik, ortaq soy kök, ortaq tarix, ortaq dil təklifləri də təqdirəlayiq haldır.
Zirvə Görüşündə səslənən fikirlər və verilən mesajlar Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) yaxın zamanlarda möhkəmlənərək dünyada vacib güc mərkəzinə çevriləcəyini deməyə əsas verir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, türk xalqları arasında mədəni-mənəvi bağların möhkəmləndirilməsi, turist axınını təşviq etmək üçün ortaq təşəbbüslərin gücləndirilməsi, iqtisadi və siyasi sahədə birgə proqramların həyata keçirilməsi bu təşkilatın siyasi statusunu və rolunu gücləndirəcək. Eyni zamanda, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin Şuranın Türk Dövlətləri Təşkilatı adlandırılması təklifi Türk Dövlətləri Birliyinin təşəkkülündə təsisatlanma prosesini sürətləndirən bir addım kimi dəyərləndirilə bilər.
Hazırda regional təhdidlər,
yeni çağırışlar daim var və regional təhdidlərin
qarşısını almaq üçün türkdilli
dövlətlər arasında siyasi
inteqrasiyanın güclənməsi çox
mühüm əhəmiyyət kəsb edir. Dünyada qlobal ticarət və tranzitlər uğrunda rəqabət dərinləşir, türk respublikalarının yerləşdiyi coğrafiya ən strateji nəqliyyat-tranzit
qovşaqlarıdır. Burada tarixi İpək Yolu,
Şərq və Qərbi birləşdirən tranzitlər mühüm əhəmiyyət kəsb edir. Hazırda regionda ən
nəhəng meqalayihə olan “Bir kəmər, bir yol” qlobal iqtisadi,
siyasi və sosial
inteqrasiyanı dərinləşdirən geniş
platformadır. Bu isə Avrasiya
regionunda Türk
Şurasının rolunu möhkəmləndirəcək.
Məsələ ondadır ki, təşkilat
tək Asiya qitəsi ilə
yekunlaşmır. Artıq Macarstanın da
təşkilatda müşahidəçi status
alması, Monqolustanın da qurumla əməkdaşlığa can atması təşkilatın Avropa və Uzaq Şərq
sərhədlərinə qədər uzanması deməkdir.
Aydın
AĞAZADƏ
“525-ci
qəzet”in Türkiyə müxbiri
525-ci qəzet.- 2019.- 6 noyabr.- S.15.