Bədii təhsildə ənənə və
varislik
Məlum olduğu kimi, hər hansı bir sahənin inkişafı üçün
onun tədrisi mühüm rol oynayır. Bədii ənənənin ötürülməsi və
inkişaf etdirilməsi
məhz təhsillə,
müəllim-şagird-tələbə
(biz burada həm müəllim, həm də şagird-tələbə
sözlərini ümumi
mənada işlədirik
- müəl.) bağlılığı
ilə birbaşa əlaqədardır.
Bu sözlər xoreoqrafiya
sənətinə də
aiddir. Nəinki aiddir, hətta
demək olar ki, sənət təhsilinin stimullaşdırılması
və bədii ənənənin inkişafı
məhz xoreoqrafiya təhsilində öz hərtərəfli, dolğun
ifadəsini tapır.
Rəqs sənətində müəllim-şagird-tələbə
münasibətəri, bu
münasibətlərin səmimiliyi,
ardıcıllığı və məhsuldarlığı
sənətin inkişafının
əsas meyarlarından
biridir ki, bu da xoreoqrafiya
təhsili nümunəsində
çox aydın görünür. Bütün bunlar
belə bir fikri vurğulamağa əsas verir ki, xoreoqrafiya təhsili rəqsin inkişafında mühüm
rol oynamaqla yanaşı, həm də milli mədəniyyətin
və təhsilin inkişafının, onun diferensiallaşmasının vacib
komponentlərindən biri
kimi çıxış
edir.
90 il kifayət
qədər böyük
tarixdir, inkişafı
görüb duymaq, təhlil etmək üçün tamamilə
yetərli rəqəmdir.
Maraqlıdır ki, uzun illər ərzində respublikamızda xoreoqrafiyanın
tədris olunması orta ixtisas təhsili
səviyyəsində aparılmışdır.
Bununla belə, Xoreoqrafiya məktəbi əsl sənət ocağı kimi formalaşmış, burada əsl sənətkarlar yetişmişdir.
2014-cü ildə ölkə
başçısının fərmanı ilə Bakı Xoreoqrafiya Akademiyası təsis olundu. Mədəniyyət tariximizdə böyük
hadisə olan bu fərman milli xoreoqrafiya sənətinin inkişafına
yeni bir təkan oldu. İndi həmin günlərdən tam 5 il keçir. Bu müddət azdır,
yoxsa çox? Bəlkə də bu, tarix
baxımından o qədər
də böyük rəqəm deyil. Lakin əməli işlərə nəzər
saldıqda xeyli iş görüldüyünün
şahidi ola
bilərik. Bu müddət
ərzində Xoreoqrafiya
məktəbi yenidən
təşkil edilmiş,
burada tam orta məktəb, kollec, ali təhsil
(bakalavr və magistratura səviyyələri)
və doktorantura pillələri yaradılmış,
peşə təhsilinin
ardıcıllığı, fasiləsizliyi və mütəşəkkilliyi təmin
edilmişdir. Akademiyada mədəniyyət
təhsilinin digər ixtisasları üzrə də kadr hazırlığına
başlanılmışdır.
90 illik tarixdə
milli rəqs, xoreoqrafiya təhsilimizin şərəfli, o qədər
də hamar olmayan inkişaf yolundan keçmişdir. Bu tarix kino lenti
kimi gözlərimiz önündən keçib
gedir. Az
qala bir əsri haqlayan həmin tarixin xeyli hissəsini biz şəxsən görməmişik.
Bu barədə yalnız oxumuşuq, eşitmişik, bəzi fraqmentlərə köhnə
lentlərdə, fotolarda
baxmışıq. Yaxşı ki,
həmin dövrün
böyük sənətkarlarının
təcrübəsindən lazımınca
istifadə olunmuşdur.
Artıq
onların çoxu həyatda yoxdur. Lakin bu ölməz sənətkarların pedaqoji
fəaliyyəti, keçirdiyi
ustad dərslər hələ də xatirələrdədir və
təhsilin müasir mərhələsində onlardan
yetərincə yararlanırlar.
Bu, klassiklərimizin qoyduğu ənənələrin
yaşaması, inkişaf
etməsi və nəsildən-nəslə ötürülməsi
üçün mühüm
şərtdir.
"Azərbaycan Respublikasında
təhsilin inkişafı
üzrə dövlət
Strategiyası" sənədi
sürətlə modernləşən
ölkəmizdə, təhsil
sistemi qarşısında
qoyulan məqsəd və strateji hədəflərə çatmağa,
milli təhsil sisteminin Avropa təhsil standartlarına uyğunlaşdırılmasına imkan verir. Bu sənəd təhsilin digər sahələri ilə yanaşı, xoreoqrafiya təhsilinin də qarşısında
yeni imkanlar açır.
"Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyasında
qeyd olunur ki, təhsil sisteminin səmərəliliyində,
onun nailiyyətlərinin
formalaşmasında müəllim
amilinin həlledici əhəmiyyətini nəzərə
almaqla savadlı mütəxəssis hazırlığının
gücləndirilməsinə xüsusi önəm verilir. Konsepsiyada oxuyuruq:
"Azərbaycan təhsilinin
dünya və Avropa təhsil məkanına inteqrasiyası
gücləndiriləcəkdir. Təhsil standartlarının unifikasiyası
və Bolonya prosesinin dərinləşməsi
ilə yanaşı, Azərbaycanın təhsil
ocaqlarının, xüsusilə
də təhsil müəssisələrinin beynəlxalq
əlaqələrinin genişləndirilməsinə,
təhsil sahəsində
həyata keçirilən
beynəlxalq proqramlara
fəal cəlb olunması üçün
müvafiq şəraitin
yaradılmasına xüsusi
fikir veriləcəkdir".
"Dövlət Strategiyası"ndan
irəli gələn vəzifələrin yerinə
yetirilməsi istiqamətində
digər ali
məktəblər kimi
Bakı Xoreoqrafiya Akademiyasında da müvafiq işlər görülür. Əsas məqsəd
kreativ, innovativ düşüncəli gənc
mütəxəssislər hazırlamaqdır.
Bakı Xoreoqrafiya Akademiyasındakı
yaradıcılıq mühiti,
aparılan islahatlar, yaradılmış şərait
və imkanlar, eləcə də müəllimlərin peşəkarlığı,
təhsilalanların kəmiyyəti,
keyfiyyətli təhsil
qısa müddət ərzində akademiyanın
dünyanın ən aparıcı xoreoqrafiya akademiyaları ilə bir sırada dayanmasına şərait
yaradır.
Bugünkü sənət dünyasında
gedən inkişaf prosesləri və yeniliklər ali
təhsil müəssisələri
qarşısında da
mühüm vəzifələr
qoyur. Həmin vəzifələrdən biri
də xarici ölkə ali
məktəblərindən dəvət olunmuş dünya şöhrətli
mütəxəssislərin ustad dərslərinin təşkilidir. Təbii ki, görkəmli
mütəxəssislərin ustad dərslərinin keçirilməsi mühüm
əhəmiyyət kəsb
edir.
Müasir xoreoqrafiya sənəti sahəsində beynəlxalq
təcrübənin öyrənilməsi,
tələbə kontingentinin
rəqs sahəsində
dünyada cərəyan
edən müasir proseslərə cəlb olunması məqsədi ilə mütəmadi olaraq dünyanın müxtəlif ölkələrindən
məşhur xoreoqraf,
baletmeyster, klassik balet və xalq-səhnə
rəqsləri üzrə
mütəxəssislər Bakı
Xoreoqrafiya Akademiyasına
dəvət olunur.
Onların sırasında Rusiya
Federasiyasının Xalq
artistləri Vladimir Vasilyev,
Nikolay Tsiskaridze, Əməkdar artistlər
Sergey Moxnaçov, Vitali
Axundov, Yaponiyanın Tokio Balet Akademiyasının
Beynəlxalq Əlaqələr
Departamentinin müdiri,
balet artisti və xoreoqraf Andrey Orlov, Almaniyanın
Höte (Goethe - İnstitut)
İnstitutunun xoreoqrafı
Susanne Graun, məşhur
xoreoqraf, Rusiya Federasiyasının Xalq artisti, xalq-səhnə rəqsi üzrə peşəkar müəllim
Dikalu Muzakayev, dünya şöhrətli
amerikalı xoreoqraf
Mark Morris, tanınmış rusiyalı quruluşçu
baletmeyster və müəllim Aleksandra Tixomirova,
məşhur litvalı
xoreoqraf, Litva Respublikasının Əməkdar
artisti Petras Skirmantas, məşhur Niderland xoreoqrafı Tom Bosma, dünya şöhrətli balet ustası, İngiltərə
rəqs ustası Vilyam Pratt, tanınmış
xoreoqraf, TÜRKSOY-un baş
baletmeysteri Arman Nurmaxamatulı və başqaları vardır.
Akademiyada
keçirilən ustad
dərslərinin əsas
məqsədi xoreoqrafiya
ixtisası üzrə
yeni təhsil islahatlarını tətbiq
etmək, inkişaf etmiş ölkələrin
ali məktəblərinin
səmərəli təcrübəsini
öyrənmək, bu
sahə üzrə dərs deyən ixtisas müəllimlərinin
həm elmi-nəzəri,
həm də praktiki hazırlığını
artırmaq və qarşılıqlı təcrübə
mübadiləsini həyata
keçirməkdir. Keçirilən ustad dərsləri təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət
edir.
Elm, təhsil və
sənət ocağı
olan akademiyada münbit yaradıcılıq
mühiti həm müəllim, həm də təhsilalanlara istedad və potensiallarını tam olaraq
realizə etməyə
imkan verir. Odur ki, son 5 il ərzində
müəllim, şagird
və tələbələrimizin
birgə ərsəyə
gətirdikləri P.İ.Çaykovskinin
"Şelkunçik", Tofiq Bakıxanovun "Şərq poeması",
Qara Qarayevin "Yeddi gözəl", L.Minkusun "Don Kixot" və Ə.Bədəlbəylinin
"Qız qalası"
baletləri mütəxəssislərin
fikrincə desək yaradıcı heyətin akademizm səviyyəsində
nümayiş etdirdiyi
Azərbaycanda xoreoqrafiya
təhsili tarixində
ilk nümunəvi yaradıcılıq
işləridir. Klassik irsə
sadiqliyi qoruyub, zamanın və müasir sənət proseslərinin nəbzini tutaraq, akademiyanın müəllim, şagird və tələbələri
yeni quruluşlar üzərində də yorulmadan çalışırlar.
Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən "Ömrünü
xalqına bəxş
edən lider", Şərqin ilk balerinası
Qəmər Almaszadə
və maestro Əfrasiyab
Bədəlbəyliyə ithaf
olunmuş "Prima və
maestro", "Qələbə" xoreoqrafik kompozisiyaları,
habelə "Azərbaycan
yurdum mənim",
"Səmayi Şəms"
və "Arşın
mal alan" kimi rəqs tamaşaları müasir dövrdə peşəkar xoreoqrafiya təhsili nəticəsində
meydana gələn sənət incilərindəndir.
Bununla yanaşı,
"Qəmər Almaszadə
adına Klassik və Milli Rəqs üzrə Beynəlxalq Müsabiqəsi"nin təsis
edilməsi, 2016 və
2018-ci illərdə dünyanın
12 ölkəsindən olan
324 iştirakçı ilə
möhtəşəm keçirilməsi
milli xoreoqrafiya sənəti tarixində olduqca böyük hadisədir.
Qısa zaman ərzində
beynəlxalq tərkibli redaksiya heyəti olan "Sənət Akademiyası" beynəlxalq
elmi-nəzəri jurnalının təsis edilərək, onun Azərbaycan Respublikası Prezidenti
yanında Ali Attestasiya
Komissiyasının reyestrinə daxil edilməsi,
həmçinin, klassik balet
və milli rəqs sənəti sahəsində
ölkəmizin görkəmli şəxsiyyətlərinə
həsr olunmuş fundamental
elmi-tədqiqat işlərinin aparılması və
monoqrafiyaların yazılması zənnimcə, sənətşünaslıq
elminə verilən böyük töhfələrdən
biridir.
Timuçin
ƏFƏNDİYEV
Bakı
Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi,
professor
525-ci qəzet.- 2019.- 6 noyabr.- S.14.