Mirzə Şəfi Vazeh irsi Berlinin
Humboldt Universitetində
Müəllimi ona şərq poeziyasının sirlərini
öyrətdi, məşhur
olub varlanmasına öz töhfəsini verdi, o da
müəlliminə xilaf
çıxmadı, onu
alman oxucusuna təqdim edərək Avropada tanıtdı. Söhbət görkəmli
azərbaycan şairi Mirzə Şəfi Vazehdən və onun alman tələbəsi
Fridrix fon
Bodenştedtdən gedir.
Noyabr ayının 1-də Xalq Bankın, “Q Gallery Berlin”nin
və Azərbaycanın
Almaniyadakı Səfirliyinin
birgə təşkil
etdiyi, dünyanın ən nüfuzlu təhsil ocaqlarından biri - Humboldt universitetində
keçirilən konfrans“Xalq
Əmanəti” layihəsi
çərçivəsindəyeni dərc olunan, Mirzə Şəfi Vazehin “Bütün əsərləri”nin
elmi ictimaiyyətə
təqdimatına həsr
olunub.
Humboldt Universitetinin professoru
Eva Maria Aux çıxışında Mirzə Şəfi Vazehin yaradıcılığından,
özünəməxsus poeziyasından
danışdı. Vazeh yaradıcılığına rəğbət
nümayiş etdirən
alman professor,
3 dildə dərc
olunan yeni kitabı Mirzə Şəfi Vazehə layiq olduğu ehtiram, eyni zamanda onun oxucularına qiymətli hədiyyə kimi təqdim elədi. Universitetin əsasən şərq ölkələri
istiqamətində çalışan
müəllim və tələbələrinin toplandığı
konfransda həm məzmun, həm də tərtibat baxımından nəfis kitabın təqdimatını
yaddaqalan hadisə kimi dəyərləndirdi:
“Mənim fikrimcə bu təkcə xoş bir gün
kimi deyil, həm də vacib bir hadisə
kimi yadda qalacaq. Alman-Azərbaycan mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinin
növbəti nümunəsini
Mirzə Şəfi Vazeh və Fridrix
fon Bodentştedt
vəhdətində görürük.
Məncə bu ən uğurlu nümunələrdəndir.
Mirzə Şəfi Vazehin kitabının 145 dəfə alman dilində çap olunması faktnıın özü
artıq heç bir şərhə yer saxlamır”.
Azərbaycnlı dilçi alim, professor Fəxrəddin Veysəlli isə öz çıxışında
auditoriya üçün
Mirzə Şəfi Vazeh yaradıcılığının
maraqlı nüanslarını
izah elədi. Vazeh yaradıcılığının azərbaycan-alman mədəniyyətləri
arasında uğurlu
körpü rolu oynadığını vurğulayan
Fəxrəddin Veysəlli
bu işdəFridrix fon Bodenştedtin də xüsusi rolunu qeyd elədi. Yeri gəlmişkən, eyni fikirləri alman alimlərdən də eşitdik.
Almaniyanın nüfuzlu tarixçi
alimlərindən biri,
professor Udo Ştaynbax
çıxışında dedi: “Mirzə Şəfi Vazehin yenidən və belə gözəl şəkildə alman dilində dərc olunması məni çox sevindirdi. Maraqlısı odur ki, almaniyada Vazehin şeirlərini çox adam
sevə-sevə oxuyur,
amma müəllifi kifayət qədər tanımırlar. Mirzə Şəfi Vazeh və Bodenştedtin yaradıcı əlaqələrindən
və bunun hər iki xalqa
verdiyi gözəl tohfələrdən də
kifayət qədər
məlumatları yoxdur.
Düşünürəm ki, bu kitab və onun
universitetdə təqdimatı
bu boşluğu doldurmaqda yardımçı
olacaq.”
Şübhəsiz ki, söhbət Mirzə Şəfi Vazehin kitabından, onun şeirlərindən gedirsə, deməli təqdimat həm də ədəbi-bədii
müstəvidə də
olmalı idi. Təşkilatçılar
da bunu gözəl
bilirdilər və həmin hissəni Berlin “Q
Gallery Berlin” incəsənət mərkəzində qonaqlara
təqdim elədilər.
“Xalq Əmanəti” layihəsinin rəhbəri
Rafiq Həşimov kitabın böyük bir kollektivin 5 ildən artıq bir müddətdə çəkdiyi zəhmətin
bəhrəsi olaraq ərsəyə gəlməsi
barədə məlumat
verdi. O, ədibin 225 illiyinə təsadüf edən kitabın layihə çərçivəsində artıq 18-ci nəşr olduğunu dedi və öncəki işlərin nümayiş
etdirildiyi stendi qonaqlara təqdim elədi. Mirzə Şəfi Vazeh yaradıcılığıdan
bəhs edən natiqlərin çıxışlarından
sonra isə növbə poeziya və musiqinin idi. Rafiq Həşimov və alman aktrisa Kristiana
Foqtşairin əsərlərini
azərbaycan və alman dillərində səsləndirdilər. Vazeh poeziyasını özündə əks etdirən musiqi parçaları da qonaqların çox xoşuna gəldi.
Aktrisa Kristiana Foqt fikirlərini bölüşərkən
söylədi: “Maraqlıdır
ki, Vazehin şeirləri mənə
Höteni xatırlatdı.
Ona görə də sirli şərq ədibinin əsərlərini
ilk dəfədən həvəslə
və asanlıqla səsləndirdim. Düzü dil,
üslub, ritm baxımından mənə
bu qədər yaxın olacağını
düşünməzdim. Şeirlər ruhumu bütünlükləvəcdə
gətirdi. Etiraf
edim ki, bu mənim üçün
gözlənilməz oldu.“
Çox gözəl ab-havada keçən gecənin yekununda isə yeni nəşrin
alman, azərbaycan və rus
dillərində olan nüsxələri, eyni zamanda Xalq
Bankın “Xalq Əmanəti” layihəsinin
digər kitabları hədiyyə olaraq qonaqlara təqdim edildi.
525-ci qəzet.- 2019.- 8 noyabr.- S.12.