Milli Kitabxanada BDU-nun 100 illiyi qeyd olunub
Dünən Milli Kitabxanada Mədəniyyət Nazirliyi,
Bakı Dövlət Universiteti və Milli Kitabxana birgə Azərbaycanın
nüfuzlu elm və təhsil ocağı, ölkədə ali təhsilin və elmin inkişafında mühüm xidmətləri
olan Azərbaycan xalqının milli sərvəti "Bakı
Dövlət Universitetinin
100 illik yubileyi"nə
həsr olunmuş tədbir keçirilib.
Tədbiri Azərbaycan Milli
Kitabxanasının direktoru,
professor Kərim Tahirov açaraq əlamətdar yubiley münasibətilə BDU-nun bütün
kollektivini, professor-müəllim-tələbə heyətini
ürəkdən təbrik
edib. O, Azərbaycan dövlətçiliyinin qorunub
saxlanılmasında və
inkişafında, ölkədə
maarifçiliyin, elmin
tərəqqisində, milli
ideologiyanın formalaşmasında
Bakı Dövlət Universitetinin misilsiz xidmətləri olduğunu
qeyd edib.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev universitetin kollektivini təbrik edərək bildirib ki, Xalq
Cümhuriyyətinin yadigarı
olan BDU 100 il
ərzində keşməkeşli
yol keçib. Dövlətçiliyimizin inkişafında, milli kadrlarımızın
yetişdirilməsində, Azərbaycan
dilinin inkişafinda mühüm rol oynayıb. Vurğulayıb ki, ölkədə
təhsilin və elmin inkişafına verdiyi böyük töhfələrə, Azərbaycana
dəyərli ziyalılar
ordusu bəxş etdiyinə görə Ümummilli lider Heydər Əliyev "Bakı Dövlət Universitetini Azərbaycan xalqının, Azərbaycan
Respublikasının milli
sərvəti, milli iftixarı" adlandırıb.
BDU-nun fəxri professoru, tarix elmləri doktoru, Əməkdar elm xadimi Abuzər Xələfov çıxış
edərək Azərbaycan
Xalq Cümhuriyyətinin
yadigarı olan Bakı Dövlət Universitetinin Azərbaycan təhsilinin, elminin yolunu işıqlandırdığını,
qüdrətli elm ocağına
çevrildiyini, öz
elmi-intellektual potensialı
və tədrisin yüksək keyfiyyəti ilə beynəlxalq nüfuz qazandığını
söyləyib.
Professor Abuzər Xələfov
bildirib ki, Ümummilli lider Heydər Əliyevin universitetdə təhsil aldığı illərdə
və respublikaya rəhbərlik etdiyi dövrdə universitetlə
əlaqələri Bakı
Dövlət Universitetinin
şanlı tarixinin böyük və əlamətdar bir mərhələsini təşkil
edir.
Bakı
Dövlət Universitetinin
rektoru Elçin Babayev deyib ki,
Prezident İlham Əliyev tərəfindən
"Bakı Dövlət
Universitetinin 100 illik yubileyinin keçirilməsi
haqqında" sərəncam
imzalanıb və beynəlxalq səviyyədə,
o cümlədən, Parisdə
UNESCO-nun baş qərargahında
da böyük təntənə ilə qeyd edilib. Ölkənin
ilk ali təhsil ocağı olan Bakı Dövlət Universitetinin elmin müxtəlif sahələrinin
inkişafında, vətənpərvər,
dövlətçiliyə sadiq ziyalıların yetişməsində mühüm
xidmətləri olduğunu
söyləyən Elçin
Babayev Ümummilli lideri Heydər Əliyevin Bakı Dövlət Universitenin inkişafında, təşəküllündə,
formalaşmasında misilsiz
xidmətləri olduğunu
xüsusi vurğulayıb.
Daha sonra AMEA-nın Qafqazşünaslıq İnstitutunun
direktoru, millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı, yazıçı,
millət vəkili, Azərbaycan Dövlət Neft və Sənaye
Universitetinin kafedra müdiri, professor Hüseynbala
Mirələmov, professor Cahangir
Məmmədli çıxış
edərək Azərbaycan
elminin, təhsilinin inkişafında, milli kadr potensialının yetişdirilməsində Bakı
Dövlət Universitetinin
misilsiz xidmətlərindən
söhbət açıblar.
S.QARAYEVA
525-ci qəzet.- 2019.- 8 noyabr.- S.6.