100 yaşlı
Universitet islahatlarla yeni yüzilliyə
Ümummilli lider Heydər Əliyevin milli sərvət, milli iftixar adlandırdığı
Bakı Dövlət Universiteti 100 illik şərəfli və eyni zamanda, tarixi
bir yol keçib.
1919-cu ildə ən ağır şərtlər
altında yaradılan,
mürəkkəb, ziddiyyətli
iyirminci illərdən,
otuzuncu illərin repressiyalarından keçən
Bakı Dövlət Universiteti Ümummilli liderimiz Heydər Əliyevin ölkəyə
rəhbərlik etdiyi ötən əsrin 70-ci illərində Azərbaycanda
milli oyanışın,
müstəqillik məfkurəsinin
mərkəzinə çevrilməyə
başladı. 1969-cu ildə Heydər Əliyevin Universitetin 50 illik yubiley mərasimində
dövlət başçısı
kimi Azərbaycan dilində çıxış
etməsi tarixi hadisə idi. Ulu öndər BDU-nun 75 illiyinə həsr olunmuş yubiley iclasında həmin hadisəni belə xatırlayırdı: "Xatirimdədir,
universitetin 50 illik yubileyində çıxış
edərkən, şübhəsiz
ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük sensassiya kimi qəbul olundu - nə cür olur ki,
respublikanın rəhbəri,
Azərbaycan dilində
çıxış edir.
Bəziləri məni bu hadisə münasibəti ilə təbrik etdilər, minnətdarlıqlarını
bildirdilər. Dilini sevən,
milli ruhla yaşayan insanlar doğrudan da bunu böyük bir hadisə kimi qəbul etdilər". Bu tarixi çıxışın
cəmiyyətdə yaratdığı
əhval-ruhiyyə milli
özünüdərkə, suverenliyimizə, müstəqilliyimizə
gedən yolun başlanğıcı idi.
Ümumiyyətlə, müdrik rəhbərin
həmin illərdə
bütün fəaliyyəti
Azərbaycanın dövlət
müstəqilliyinə hesablanmışdı.
Müstəqillik illərində də BDU öz tarixi missiyasını şərəflə
yerinə yetirməkdədir. Bu gün əminliklə söyləyə bilərik
ki, Universitet ölkəmizdə milli şüurun, icimai fikrin əsas mərkəzlərindən biri,
heç şübhəsiz,
birincisidir. 2019-cu ildə
100 illiyini qeyd edən BDU-ya ən böyük yubiley töhfəsi Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 14 noyabr 2017-ci il
tarixində imzaladığı
"Bakı Dövlət
Universitetinin 100 illik yubileyinin keçirilməsi
haqqında" sərəncam
oldu. Sərəncamda müsəlman Şərqində
yeni tipli ilk ali məktəb
kimi yaranan Bakı Dövlət Universitetinin şərəfli
yol keçdiyi qeyd olunur, Universitetin
ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların aparılmasında,
ümumən milli özünüdərk prosesinin
sürətləndirilməsindəki tarixi xidmətləri xüsusi vurğulanır.
Ölkə rəhbərinin
Universitetə verdiyi bu yüksək qiymət ali
təhsil ocağının
professor-müəllim heyəti
və tələbələri
tərəfindən rəğbətlə
qarşılandı.
Yubiley ilində
Bakı Dövlət Universitetinin həyatında
yeni mərhələ
başlayıb, 100 yaşlı
universitet islahatlarla yeni yüzilliyə qədəm qoyub. Bu gün BDU-da tədrisin müasir təlim texnologiyaları əsasında təşkilindən
elmi-tədqiqat işlərinin
məzmununun yenilənməsinə,
beynəlxalq əməkdaşlıqdan
sosial-humanitar sferaya qədər hər bir detalda yeni,
innovativ idarəetmənin
ön planda olduğu açıq-aydın
hiss olunur. BDU hər kəsin uzun illər arzusunda olduğu, gerçəkləşməsini gözlədiyi reformaların
astanasındadır. Universitetdə
görülən işlərin,
həyata keçirilən
islahatların və müəyyənləşdirlmiş inkişaf strategiyasının
təhlili deməyə
əsas verir ki, Bakı Dövlət
Universiteti yaxın gələcəkdə təhsilin
səviyyəsinə, elmi
tədqiqatların məzmununa
görə beynəlxalq
reytinq agentliklərinin
siyahısında daha ön yerləri tutacaq, nüfuzlu tədqiqat universitetinə
çevriləcəkdir.
Universitetdə aparılan kadr islahatları, o cümlədən,
cəmiyyətdə müsbət
reputasiyası olan şəxslərin rəhbər
strukturlara təyinatı,
ölkə rəhbərinin
gəncləşmə siyasətinə
uyğun olaraq müasir bilik və bacarıqlara, dünyagörüşə malik
gənclərin önə
çəkilməsi ali təhsil ocağının sabahı
üçün yaxşı
perspektivlər vəd
edir. Bütün bunlar BDU-da yeni dövr kadr islahatlarının başlanğıcıdır və
şübhəsiz, davamı
olacaq. Kadr islahatları ilə
yanaşı, universitetdə
müasir çağırışlara
və dünya praktikasına əsaslanaraq
struktur islahatlarına
başlanılıb. Tədrisin
keyfiyyətinin artırılması,
elmi tədqiqatların
genişləndirilməsi istiqamətində
aparılan işlərə
təkan olaraq Universitetdə kitabxana sisteminin, xüsusilə də müasir dövrün tələbi
kimi elektron kitabxana sisteminin təşkili, eləcə
də Universitetin mətbəəsinin son texnologiyalar
əsasında yenidən
qurulması da əsas hədəflərdəndir.
Tələbələrin asudə vaxtının səmərəli təşkili,
onların Universitetin ictimai-mədəni həyatında
aktiv iştirakı üçün bir sıra sosial layihələr həyata keçirilir. Həmçinin,
bu məqsədlə Universitetdə yaradıcı
və elmi birliklərin, Gənc Alimlər Şurasının,
Tələbə Elmi Cəmiyyətinin, Tələbə
Gənclər Təşkilatının,
Tələbə Həmkarlar
Təşkilatının fəaliyyəti
yenidən və müasir tələblər
əsasında qurulur.
Qarşıya qoyulan əsas hədəflərdən biri
də Azərbaycan dövlətinin sosial siyasətinə uyğun olaraq Universitet əməkdaşlarının maddi
rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin daha da gücləndirilməsidir
ki, bu istiqamətdə
də əməli addımlar atılır, bu prosesin gələcəkdə
davamlı şəkildə
aparılması nəzərdə
tutulur.
Yubiley ilində
cənab Prezidentin müvafiq sərəncamına
uyğun olaraq ölkə xaricində, Bakı şəhərində
və bölgələrimizdə
BDU-nun 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər keçirilir. İyun ayında Parisdə
UNESCO-nun Baş qərargahında, sentyabr ayında isə Avropanın mədəniyyət
paytaxtlarından biri olan Vyana şəhərindəki
Azərbaycan Mədəniyyət
Mərkəzində BDU-nun 100 illik yubileyi təntənəli şəkildə
qeyd edilib, mərasim iştirakçılarına
universitetin tarixi, bu günü və gələcək perspektivləri barədə
məlumatlar verilib. Eyni zamanda, yubiley
ilində Universitetin beynəlxalq aləmdə daha geniş miqyasda tanıdılması,
nüfuzunun artırılması,
həmçinin, xarici
ölkə universitetləri
ilə müəllim və tələbə mübadiləsinin
aparılması, ikili
diplomların verilməsi
istiqamətində də
mühüm nailiyyətlər
əldə edilib, bir sıra xarici
ölkə universitetləri,
elmi-tədqiqat mərkəzləri
ilə əməkdaşlıq
sazişləri imzalanıb.
Əfsuslar olsun ki, Universitetdə
aparılan islahatlara qarşı çıxan,
innovativ dəyişikliklərə
müqavimət göstərən,
görülən işlərə
kölgə salmaq, qara yaxmaq istəyənlər
də var. Amma Universitetin gələcək inkişafı
üçün müəyyənləşdirilən
strategiya, götürülən
xətt və qarşıya qoyulan hədəflərin təhlili
onu deməyə əsas verir ki, aparılan islahatlara, görülən
işlərə kölgə
salmaq istəyənlərin
özləri kölgədə
qalacaq, Bakı Dövlət Universiteti isə öz uğurları, beynəlxalq
nüfuzu ilə həmişə günəş
kimi parlayacaq. Əminliklə söyləmək olar ki, bu
gün Universitetdə
görülən işlər,
aparılan islahatlar ictimai mənafenin, əqli gücün və şüurun üstünlüyü şəraitində
baş verir və Azərbaycanda elmin, təhsilin inkişafına xidmət edir.
Əziz
dostlar, bütün uğurları, nailiyyətləri
ilə BDU bizimdir!
Dəyərləri ilə BDU bizimdir!
100 illik şərəfli tarixi ilə BDU bizimdir!
Bu günü ilə BDU bizimdir!
Parlaq sabahı ilə BDU bizimdir!
Ümummili liderimizin dediyi kimi, Bakı Dövlət Universiteti Azərbaycan xalqının,
Azərbaycan Respublikasının
milli sərvətidir,
milli iftixarıdır!
Milli sərvətimizi qoruyaq və inkişaf
etdirək!
Ələmdar
CABBARLI
Bakı
Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2019.- 8 noyabr.- S.6.