Sənindir bax, bu döyünən ürəklər...
Yaylıqları bayraq olan Vətənim!
Anaların pak südünə
and olsun!
Bayraqları torpaq olan Vətənim!
Torpağının hər qatına and olsun!
O ağaran dan yerindən hərəmiz
Boyumuza bir ağ
kəfən biçərik,
Şəhidliyin can şərbətin içərik!
Yaylıqları bayraq olan Vətənim!
Anaların göz yaşına
and olsun!
Bellərini kədər bükmüş
o azman
Babaların ağ başına and olsun!
Yerdə
qalmaz bu al qanın ləkəsi,
Qalsa tutsun gözümüzü
hər zaman
Verdiyin
o duz-çörəyin tikəsi!
Yaylıqları bayraq olan Vətənim!
Sənindir bax, bu döyünən ürəklər,
Amal da sən, arzu
da sən, şərəf də,
Səninkidir bu muradlar, diləklər!
Bayraqları torpaq olan Vətənim!
Çingiz
ƏLİOĞLU
525-ci qəzet.- 2019.- 9 noyabr.- S.21.