Xalq artisti
Yalçın Adıgözəlovun anadan
olmasının 60 illiyi qeyd
olunub
Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) akademiyanın professoru, Xalq artisti Yalçın
Adıgözəlovun anadan
olmasının 60 illiyi
qeyd edilib.
BMA-dan bildirilib ki, tədbirdə BMA-nın rektoru, Xalq artisti, dünya
şöhrətli pianoçu,
professor Fərhad Bədəlbəyli
Yalçın Adıgözəlovun
Azərbaycan musiqi mədəniyyətindəki böyük
xidmətlərindən, səmərəli
fəaliyyətindən bəhs
edərək, onu yubiley münasibətilə
təbrik edib.
Tədbir konsert proqramı ilə davam edib.
Konsertdə bəstəkar Evdard Qriqin "Holberq" süitası, Bella Bartokun
"Rumın rəqsləri",
Jean Sibeliusun "Vals Triste" kompozisiyası ifa olunub. Xalq artisti, professor Yeganə Axundovanın ifasında Georgi Sviridovun Kamera orkestri üçün musiqisi, solist Tamerlan Adıgözəlovun ifasında
Vasif Adıgözəlovun
Fortepiano və orkestr üçün 1 saylı
konserti (II hissə) və Prelüd №1 səsləndirilib.
Sonra Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, beynəlxalq
müsabiqələr laureatı Xəyal Əliyevin ifasında
Astor Piazzolanın "Oblivion"
əsəri dinlənilib.
525-ci qəzet.- 2019.- 9 noyabr.- S.12.