Bəxtiyar Aslanın "Üç əqrəb zamanı" kitabının təqdimat mərasimi keçirilib

 

 

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Türkiyə Yazıçılar Birliyinin üzvü, "Türk ədəbiyyatı" jurnalının baş redaktoru Bəxtiyar Aslanın "Üç əqrəb zamanı" kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Bəxtiyar Aslanın yaradıcılığı "Üç əqrəb zamanı" kitabının özünəməxsusluğundan danışıb. Müəllif haqqında məlumat verən akademik bildirib ki, Bəxtiyar Aslan Türk Ədəbiyyatı Vəqfi İdarə heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvüdür. Ümumilikdə 552 sayı işıq üzü görən "Türk ədəbiyyatı" jurnalının 2015-ci ildən baş redaktordur. Həmin jurnalda Azərbaycana da geniş yer ayrılır.

Akademik əlavə edib ki, şeirləri, hekayə esseləri, araşdırma yazıları müxtəlif dərgilərdə işıq üzü görən yazıçı "Şəhərin xəbəri yox", "Cənnətin son saatları", "Qar düyün", "Yazının kölgəsi" s. kitabların müəllifidir.  İ.Həbibbəyli Azərbaycan Yazıçılar Birliyinin "aybKitab" layihəsinin nəşri olan bu əsəri Türkiyə Azərbaycan ədəbiyyatının təbliği yolunda önəmli hadisələrdən biri kimi dəyərləndirib. Təqdimatda çıxış edənlərin kitab haqqındakı məqalələrinin Azərbaycanın müxtəlif mətbuat orqanlarında, "Türk ədəbiyyatı" jurnalında ayrıca kitab halında çap olunmasını tövsiyə edib.

Sonra müəllif Bəxtiyar Aslan çıxış edərək kitabın tərcüməsində, çapında təqdimat mərasiminin təşkilində zəhməti olanlara təşəkkürünü bildirib.

AMEA-nın müxbir üzvü Tehran Mustafayev "Bəxtiyar Aslanın modern hekayəçiliyinə Azərbaycan ədəbiyyatı kontekstindən baxış" adlı məruzə Bəxtiyar Aslanın hekayələrini essevari düşüncə hekayələri kimi səciyyələndirib. Məruzədə, həmçinin, Təranə Vahidin ön sözü ilə polemika xüsusilə diqqəti çəkib.

Təqdimatda filologiya elmləri doktoru, professor Salidə Şərifova, filologiya üzrə fəlsəfə doktorları Xuraman Hümmətova, Lalə Həsənova, Eşqanə Babayeva da kitabın xüsusiyyətlərindən bəhs ediblər.

Kitabın tərtibçisi ön sözün müəllifi Təranə Vahid bu cür dəyərli əsərlərin təqdimatının keçirilməsinə şərait yaratdığı üçün Ədəbiyyat İnstitutuna təşəkkürlərini bildirib. Ardahan Universitetinin Qurucu rektoru Ramazan Qorxmaz Qazaxıstandan olan ədəbiyyatşünaslar da çıxışlarında bu tipli tərcümə işlərinin ümumtürk ədəbiyyatına müsbət təsirindən söz açıblar.

Qeyd edək ki, "aybKitab" layihəsinin rəhbəri Xəyal Rza, kitabın korrektoru isə Ədəbiyyat İnstitutunun əməkdaşı Təhminə Vəliyevadır.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 9 noyabr.- S.12.