"Mədəni coğrafiyamızda
peyğəmbər sevgisi" adlı tədbir
Noyabrın 7-də Rəşid Behbudov
adına Azərbaycan Dövlət Mahnı Teatrında Azərbaycanın
görkəmli şair
və mütəfəkkiri
İmadəddin Nəsiminin
650 illik yubileyinə həsr olunmuş "Mədəni coğrafiyamızda
peyğəmbər sevgisi"
adlı tədbir keçirilib.
Tədbirin təşkilatçıları "Azərbaycan Respublikası
Gəncliyə Yardım
Fondu" İctimai Birliyi, Yunus Əmrə İnstitutu və Dünya Gənc Türk Yazarlar Birliyidir.
Tədbirdə siyasətçilər, mədəniyyət və incəsənət xadimləri, alimlər, QHT rəhbərləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Yunus Əmrə İnstitutunun Bakı ofisinin direktoru Cihan Özdəmir, Milli Məclisin deputatı Qənirə Paşayeva və digərləri gecədə çıxış edərək öz əsərləri ilə bütün türk dünyasının mədəni inkişafına böyük töhfələr vermiş İmadəddin Nəsiminin həyat və yaradıcılıq yolundan söz açıblar. Bildirilib ki, dahi şairin irsi əbədiyaşardır, o, türk ədəbiyyatının ən parlaq nümayəndələrindən biridir. Nəsimi yaradıcılığının qorunub saxlanması və təbliği üçün belə tədbirlərin keçirilməsinin mühümlüyü vurğulanıb.
Sonra tədbir azərbaycanlı və türkiyəli sənətkarların iştirakında konsert proqramı ilə davam edib.
525-ci qəzet.- 2019.- 9 noyabr.- S.13.