"Qələmsiz yazılanlar"ın
Türkiyə nəşri
Rəşad Məcidin
İstanbulda çıxan yeni kitabının təqdimatı
noyabrın 23-də Türk ədəbiyyatı vəqfində
keçiriləcək
Azərbaycan
Yazıçılar Birliyinin katibi, şair və publisist Rəşad
Məcidin "Qələmsiz yazılanlar" kitabı Türkiyədə
çap olunub.
Bir
müddət öncə Bakıda "Qanun" nəşriyyatında
işıq üzü görən kitab bu dəfə Türk Ədəbiyyatı
Vəqfi vasitəsilə türkiyəli oxucularla
görüşür. Kitabın təqdimat mərasimi
noyabrın 23-də Vəqfin binasında keçiriləcək.
"Qələmsiz
yazılanlar"ı Türkiyə türkcəsinə
yazıçı, tərcüməçi İmdat Avşar
çevirib. Silsiləni yeni ədəbi janr adlandıran tərcüməçinin
kitab haqqındakı fikirləri olduqca maraqlıdır:
"Yaşadığımız dünya 1980-ci illərdən
etibarən hər sahədə böyük dəyişikliklərə
səhnə olub. Modern dünyanın inşa etdiyi "dəyərlər"
bir-bir mənasını itirməyə başladı.
Çağdaş insan bu dəyişiklərin gətirdiyi
yeniliklərə öyrəşməkdə çətinlik
çəkməyə başladı və bu əsaslı dəyişim
dalğası alışdığımız bütün dəyərləri
bir "dəyişim seli"nə qatıb böyük bir
boşluğa sürüklədi. Son 30-40 ildə sürətlə
artan informasiyanın yenə eyni sürətlə
yayılması dünyanı kiçik bir kəndə
döndərdi. İnformasiyanın sürətlə
artması, onun texnologiyaya çevrilərək bütün
dünyaya yayılması insanların həyatına önəmli
şəkildə təsir göstərdi. Modernimzə
qarşı çıxan Postmodern düşüncə,
modernizmin bitdiyini, onun yaratdığı standart dəyərlərin
cəmiyyəti təmsil edə bilmədiyini dilə gətirməyə
başladı. Beləcə, ədəbiyyat və sənətin
də çağdaş dövrə cavab vermədiyini iddia
etdilər. Və fəlsəfədən sosiologiyaya, ədəbiyyatdan
sənətə qədər bütün dəyərlərin
dövrün tələblərinə uyğun yenidən şəkilləndirilməli
olduğunu müdafiə etməyə başladılar.
Çoxları bu düşüncələrə
qarşı çıxaraq, modernizmi məğlub etməyin
mümkün olmadığını desələr də,
dünyanın, cəmiyyətin, insanın gözləntilərinin
dəyişməsi ədəbiyyat və sənətdə də
dəyişməyi məcburi hala gətirdi...
Rəşad Məcidin "Qələmsiz
yazılanlar"ı ədəbiyyata
yeni tələbləri,
yeni anlayışı
ortaya qoyan ilk əsərlərdən biri,
hətta birincisidir.
Bəzi yazıçı və şairlər içinə
düşdüyü vəziyyəti
qavramağda və dəyişikliyə ayaq uydurmaqda çətinlik çəkir, dövrün
dəyişiklik kodlarını
çözərək bu
tələblərə uyğun
əsərlər ortaya
qoya bilmirlər. Beləcə postmodernçilərin tez-tez
vurğuladıqları kimi,
dəyişikliyə ayaq
uydura bilməyən yazıçı, sənətçi
və elm adamının
"istifadə müddəti
bitir".
R.Məcid, içində yaşasaq da, çoxumuzun anlamadığı yenilik
dalğasını öncədən
görən, bu yeniliyin ədəbiyyatdan tələblərini sezən
və buna görə özünü
yeniləyən bir şair, yazıçı
olaraq qarşımıza
çıxır. Bir çox şair, yazıçı, sənətçi
facebook, instagram və digər sosial şəbəkələrdə
nələrsə yazıb
paylaşsalar da, Rəşad Məcidin
"Qələmsiz yazılanlar"ına qədər bu mesaj və
paylaşımların əslində
yeni bir ədəbi janr olaraq görülə biləcəyini kəşf
edə bilməmişdi.
R.Məcid çağın və
postmodern cəmiyyətin insanlarının
maraq və ehtiyaclarını, tələblərini
hamımızdan öncə
sezərək ədəbiyyatda
yeni bir janrın inşasını
yaradıb, sosial medianı bir ədəbiyyat məkanı
olaraq kəşf edib, bu ədəbi
janrın öncülü
olaraq ədəbiyyat tarixindəki yerini çoxdan aldı.
Günümüz insanları meqapolislərdə
toplanıb və həyatı çətin
bir qaçaqaçın
içində keçir. Gedən zamandan
doğru istifadə etmək insanları zamanla yarışa məcbur qoyub. İnternet isə insanların vaxtını daha təsirli və yararlı istifadəsinə
xidmət edən vasitəyə çevrilib.
Beləliklə, iqtisadiyyatın,
siyasətin məkanı
olan internet eyni zamanda ədəbiyyatın
və sənətin də məkanına çevrilib. Gününün böyük hissəsi
nəqliyyatda, yollarda keçən insanların
yüzlərcə səhifə
romanı oxumağa vaxtı yoxdur. Sürət əsrində məsafələrin
qısalması kimi ədəbi əsərlərin
də qısalması
lazımdır. Bu baxımdan sosial mediadakı sms və paylaşmalar çağdaş insan üçün iqtisadiyyatın,
siyasətin, ədəbiyyatın
mərkəzinə çevrilib.
Bunu kəşf edən R.Məcid isə sosial media paylaşmalarını
bir kitab olaraq çap etdirib ədəbiyyatda yeni janrın əsasını qoydu.
"Qələmsiz yazılanlar"ı
Türkiyə türkcəsinə
çevirərkən, ədəbiyyatda
bu yeni janrın
doğuluşunu maraqla
izlədim. Bu baxımdan,
içində yaşadığımız
çağı və
çağdaş insanların
tələblərini hər
birimizdən öncə
görərək yeni
ədəbi janr yaradan Rəşad Məcidi 55 yaşı münasibətilə təbrik
edirəm. Kitab noyabrın
23-ü İstanbulda təqdim
olunacaq. Dostları dəvət
edirik!"
Qeyd edək
ki, "Qələmsiz
yazılanlar" silsiləsində
müasir dövrün
yaratdığı yeni
janrda əsərləri
cəmləşib. Çağdaş,
dinamik zamanın diktə etdiyi sürətli, lakonik, amma məna yükü dərin, bəzən ağır olan "Status-esselər"
müəllifin çoxillik
təcrübəsinin, müşahidələrinin,
gündəmə iti,
bir az ironik,
bir az da
yumoristik reaksiyasının
əksidir. On ildən çox zaman kəsiyini əhatə edən və müəllifin bu müddətdə sosial şəbəkələrdə
yazdığı statuslar
son dərəcə maraqla
oxunur. Bu statuslarda
şair Rəşad Məcidin poetik misraları da yer alıb, ictimai həyatla sıx təmasda olan, gündəmi izləyən və müəyyən mənada
özü gündəm
yaradan baş redaktor Rəşad Məcidin hadisələrə
operativ münasibəti
də... Eyni zamanda, aforizm
səviyyəsində qəbul
edilən fikirlər də bu silsilənin
daha bir uğurudur. "Qələmsiz yazılanlar"
həm bütöv bir xarakteri ifadə
edən bitkin bioqrafik əsərdir, həm də on illik müddətdə ölkə gündəmindən
keçən hadisələrin
xronikası.
Silsilənin ikinci hissəsi olan "Sms-esselər"
bölümü isə
böyük bir sevgi etirafı, yaxud ən doğma
adamla dərdləşmə
kimi qavranır. "Sms-esselər"i yazılmamış
bir romanın eskizləri də adlandırmaq olar, real insan həyatının qopuqları, parçaları
da. İnsan ovqatının təzadlı
məqamları - xoşbəxtlik,
səadət, küskünlük,
inciklik... "Sms-esselər"in ruhuna hopub. "Qələmsiz
yazılanlar" birnəfəsə
oxunsa da, hər cümlə, hər fikir xeyli düşündürür
- qələm olmayan zamandan bu günə
kimi bütöv insanlıq tarixi haqqında düşündürür...
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 13 noyabr.- S.12.