Milli Kitabxanada
"12 noyabr - Konstitusiya
Günüdür" sərgisi
Noyabr ayının 12-də M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasında "12 noyabr-
Konstitusiya Günüdür"
adlı geniş kitab sərgisi açılıb.
Sərgidə azərbaycançılıq, dövlətçilik,
dövlət atributlarımız
haqqında Azərbaycan,
rus və digər dillərdə nəşr olunmuş kitab və dövri
mətbuat materialları
nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, Azərbaycan
Respublikası müstəqilliyini
bərpa etdikdən sonra Ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə
1994-cü ildə Konstitusiya
Komissiyası fəaliyyətə
başlayıb və
1995-ci il noyabr ayının 12-də
keçirilmiş ümumxalq
səsverməsi yolu ilə Azərbaycan Respublikasının ilk konstitusiyası
qəbul edilib. Bu müstəqil Azərbaycanın
ilk, ümumilikdə isə
respublikamızın tarixində
dördüncü konstitusiyadır.
5 bölmə, 12 fəsil, 158 maddədən
ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin
demokratiya ideallarına
sadiqliyinin göstəricisidir.
1996-cı il fevral ayının 6-da Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə
noyabrın 12-i Konstitusiya
Günü elan edilib.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 13 noyabr.- S.13.