"İmadəddin Nəsimi - 40 qəzəl"
kitabının təqdimatı keçirilib
Noyabrın 12-də Beynəlxalq Mətbuat Mərkəzində "Kitab
Evi" İctimai Birliyinin nəşr etdiyi "İmadəddin Nəsimi - 40 qəzəl"
kitabının və
diskin təqdimatı keçirilib.
AZƏRTAC
xəbər verir ki, kitab Azərbaycan
Respublikasının Prezidenti
yanında Qeyri-Hökümət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
maliyyə yardımı
ilə icra edilən "İ.Nəsiminin
farsca şeirlərinin
Azərbaycan dilinə
tərcüməsi və
nəşri" layihəsi
çərçivəsində "Kitab Evi" İctimai Birliyini tərəfindən nəşr
olunub.
Tədbirdə çıxış edən "Kitab Evi"nin direktoru
Adilə Nəzərova
nəşr haqqında
məlumat verib. Bildirib ki, Nəsimi
poeziyanı ərəb
və fars
dilləri səviyyəsinə
qaldıran, doğma türkcəmizdə yazan bir mütəfəkkirdir.
Buna görə də bütün elm və tədris müəsissələrində Nəsimini təbliğ etmək olduqca təqdirəlayiqdir. "İctimaiyyət bu günə qədər dahi şairin əsasən Azərbaycan türkcəsində yazdıqlarını
tanıyır. Onun
fars dilində
yazdıqları işıqlandırılmayıb.
Ancaq bu nəşrdə Nəsimi kimi mütəfəkkirin farsca
yazdığı 40 qəzəlini
orijinal dildən tərcümə etmişik",
- deyə A.Nəzərova
söyləyib.
Kitabın bədii redaktoru,
tərcüməçi-qəzəlxan, tarix elmləri doktoru, professor Şahin Fazil deyib: "Nəsiminin özü və sözü insanları cəlb etsə də biz hər zaman hərfi tərcüməyə
meyl göstərmişik.
Ancaq bu dəfə çalışdım onun
qəzəllərinə bir
bədiilik qatım, onu düşündüyüm
kimi tərcümə
edim".
Nəsiminin qəzəlləri Fizuliyə
nisbətən asandır
vurğulayan Ş.Fazil,
onun öz yolu olduğunu söyləyib. Diqqətə çatdırıb ki, bu günə
qədər Nəsimi
"Allahsız bir şair" kimi təbliğ olunurdu.
Bu, sovet dönəminin
bir tələbi olsa da Nəsimi
Allahı heç zaman inkar etməyib,
əksinə şeirlərində
qurandakı sürələri
əks etdirib.
Yazıçı Səfər Alışarlı bu kitabın unikal bir layihə olduğunu deyib. Kitabın mətnşünaslar üçün əyani bir vəsait olduğunu söyələyən S.Alişarlı onların sonrakı araşdırmalarına kömək edəcək bir kitab olduğunu vurğulayıb. "Bu kitabla araşdırmaçılar Nəsiminin sirrlərinə daha yaxından bələd olacaqlar", - deyə S.Alişarlı əlavə edib.
Bildirilib ki, Azərbaycan cəmiyyəti Nəsimini uzun zamanlar Nizami Gəncəvinin, Rəsul Rzanın, Süleyman Rüstəmin yazılarında görüb. Ancaq onun örijinal mətndən çevirmələrini oxumaq olduqca sevindiricidir. Qeyd olunub ki, Nəsiminin son yüz ildə kütləvi təbliğatı Nəsiminin 600 illik yubileyində baş verib. Onun haqqında filmlər çəkilib, kitablar yazılıb. Bu müddət ərzində xalqımız Nəsimini unutmuş olsa da, yenidən onu oxumağa başlayıb.
525-ci qəzet.- 2019.- 13 noyabr.- S.13.