"Odərlər" romanı türkiyəli
oxuculara təqdim olundu
Noyabrın 11-də Dədə Qorqud və Əhməd Yasəvi vəqfinin təşkilatçılığı ilə Ankarada azərbaycanlı yazar, pedaqoq, filologiya üzrə fəlsəfə
doktoru, dosent Şəmil Sadiqin "Odərlər" romanının
imza mərasimi keçirilib.
Tədbiri Dədə Qorqud vəqfinin rəhbəri, şair, Azərbaycan sevdalısı Servet Gurcan açaraq, "Odərlər" romanı
barəsində tədbir
iştirakçılarına ətraflı məlumat verib. Romanın türk dünyası
üçün önəmindən
danışan Servet Gurcan, çıxışında
əsərin hər bir nöqtəsində belə türk ruhu olduğunu xüsusi olaraq vurğulayıb.
Sonra çıxış
üçün söz
Türkiyənin keçmiş
mədəniyyət naziri,
Türk Dünyası
ziyalılarından Namiq
Kamal Zeybəkə verilib. O, çıxışında türklərin tarixi, türkçülük ideologiyası
barəsində nitq söyləyib. Bununla yanaşı, "Odərlər" romanının
ideya baxımından türk dünyasını
birləşdirici bir mövqe tutduğunu bildirib.
Tədbir roman ətrafında müzakirələrlə davam edib. Müzakirələr vaxtı tədbir iştirakçıları parallel olaraq türk mifologiyası, inanc sistemi haqqında da fikirlərini bölüşüblər.
"Odərlər" romanının təqdimat mərasiminə bir sıra yerli KİV nümayəndələri, həmçinin, araşdırmaçı-yazar Müjdat Kayayerli, Dədə Qorqud vəqfinin sədr müavini, arxeoloq Metehan Gürcan, yazıçı Miraç Demirbaş, Vedat Çağlar, yazıçı Alper Aksoy, professor Mustafa Karakaya, Beyazid Karacan, yazıçı Fahrettin Alay, Erdoğan Pamuk, rəssam Mustafa Kaya Akozan, Bilal Şahbaz, rəssam Aydın Demirkaya, TRT əməkdaşı Nebi Tamyüksel, rəssam Nezih Demirtepe, Ural Yılmaz kimi türkiyəli ziyalılar da qatılıb.
Sonda Şəmil Sadiq türkiyəli oxucuları üçün "Odərlər" romanını imzalayıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 13 noyabr.- S.13.