Cavid irsinə və Cavidlər ocağına sonsuz məhəbbətlə yaşanan ömür

 

 

Bu yaxınlarda Naxçıvan Muxtar Respublikasında Cavidli günlər yaşadıq.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il aprel ayının 18-də imzaladığı Azərbaycan romantizminin əvəzsiz simalarından olan Hüseyn Cavidin sevimli övladı, istedadlı musiqiçi-rəssam, sənətşünas Ərtoğrol Cavidin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamının icrası, eləcə Hüseyn Cavidin anadan olmasının 137-ci ildönümü ilə əlaqədar olaraq keçirilən silsilə tədbirlərin iştirakçısı izləyicisi olduq. Bu tədbirlər ömrünü Naxçıvanla bağlamış nəhəng yaradıcı şəxsiyyət olan Hüseyn Cavidin həyat, fəaliyyət, ailə tarixçəsini ictimaiyyətə çatdırmaqla yanaşı, şüurlara həkk olunmasında müstəsna əhəmiyyətə malikdir. Cavidin xatırlanması təbliği yolunda reallaşdırılan layihələr içərisində bir sıra konfranslar, dərslər, televiziya proqramları sənədli filmlər hazırlanmasında cavidşünasların böyük rolu vardır. Elə bu Cavidli günlərdə, həftəsonu istədim ki, övladlarımı da Cavidlər ailəsiylə, onların kimliyi ilə, xidmətləri ilə tanış edim. Hüseyn Cavidin ev muzeyi xatirə kompleksini ziyarət edərkən ömrünün 49 ilini muzey işinə həsr etmiş bir insanla tanış oldum, muzeyin direktoru Bəhruz Axundovla. istədim ki, Bəhruz müəllimi geniş kütlə tanısın.

Bəhruz Mahmud oğlu Axundov 1948-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Atası Bakıda Pedaqoji İnstitutun tarix fakültəsini bitirib, bir müddət müəllim işlədikdən sonra ixtisasını dəyişib, kənd təsərrüfatı sahəsində çalışıb. Onun böyük kitabxanası olub Hüseyn Cavidin əsərlərinin hamısının ilk nəşrləri bu kitabxanada var idi. Anası Zəkiyyə xanım ibtidai təhsilini Tiflisdə alıb, sonralar Naxçıvanda yaşayıb, rus dili üzrə kurs bitirərək kənd məktəblərində dərs deyib, geniş mütaliə mədəniyyətinə malik bir qadın olub, dünya ədəbiyyatına aid olan əsərlərin böyük əksəriyyətini oxuyub. Ailədə iki övlad olublar, Azərbaycan Pedaqoji İnstitutunun məzunu olan bacısı Alisə xanım uzun illərdir ki, orta məktəbdə Azərbaycan dili ədəbiyyatı fənnini tədris edir. Bəhruz Axundov 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinin qiyabi şöbəsinə daxil olub, 1973-cü ildə isə oranı bitirib. 1970-ci ildən Naxçıvan Dövlət Tarix muzeyində baş elmi işçi, sonra isə elmi katib vəzifəsində çalışan Bəhruz müəllim 1981-ci ildə Hüseyn Cavidin Naxçıvan şəhərində təşkil olunmuş ev muzeyinə direktor təyin edilib bugünədək həmin vəzifəni şərəflə, işinə böyük məhəbbətlə, Cavidlər ailəsinə sədaqətlə icra etməkdədir.

2000-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muzeydə aparılmış əsaslı təmir bərpa işlərindən sonra muzey ekspozisiyasının mövzu-tematik planı yenidən Bəhruz Axundov tərəfindən hazırlandı bu plana əsasən ekspozisiyanın bədii tərtibatı onun rəhbərliyi ilə tərtib edildi. Sədrin tapşırığı ilə muzey Hüseyn Cavidin yaşadığı ev kimi quruldu. Bəhruz müəllim bildirir ki, muzey yarananda təxminən 200-ə yaxın eksponatla fəaliyyət göstərirdi, lakin bu gün muzeyin ekspozisiyası onun səyləri nəticəsində şairin qızı Turan Cavidin yaxından köməkliyi ilə xeyli zənginləşdirilərək eksponatların sayı 9600-ü ötüb keçib. Son illərin göstəricilərinə görə muzeyə bir ildə 20 min nəfərə yaxın ziyarətçi baxışı olur.  Muzeyin yaradıldığı ilk illərdə Bəhruz Axundov Gürcüstan, Özbəkistan Türkmənistan dövlət arxivlərinə, eləcə şəxsən Çingiz Aytmatova, Oljar Süleymanova məktublar yazaraq Hüseyn Cavidi tanıyıb-tanımadıqları, onunla bağlı məlumatlı olub-olmadıqlarına dair sorğular göndərmişdir. Düzdür, bu yazıçılardan heç bir cavab ala bilməsə , müraciət etdiyi arxivlərdən əldə olunmuş müəyyən qədər fotoşəkil, sənəd, qəzet jurnal materialları, kitablar muzeyin ekspozisiyasının genişləndirilməsi işinə öz töhfəsini vermişdir.

Bir maraqlı məqamı da qeyd etmək lazımdır ki, keçid illərində ölkənin bütün sahələrində olduğu kimi, Hüseyn Cavidin ev muzeyinin fəaliyyətində bir sıra çətinliklər qarşıya çıxmışdı. Belə ki, eksponatları sərgiləmək üçün vitrinləri, stendləri, çərçivələri əldə etmək imkanları olmayanda çox vaxt şəxsən Bəhruz müəllim muzey işçiləri ilə birlikdə onları əldə düzəltmişdi.

Bəhruz Axundov bu illər ərzində yalnız öz vəzifəsini icra etməklə, muzeyi idarə etməklə kifayətlənməyib, onun inkişafına xidmət edib, bir sıra beynəlxalq tədbirlərdə iştirak edərək cavidşünaslığın inkişafında özünəməxsus fəaliyyət nümayiş etdirib. 1987-1988-ci illərdə Moskva şəhərində ixtisasartırma kursunda olarkən kursun müəlliminə Cavidlə bağlı, onun nəşinin Ümummilli Lider Heydər Əliyev tərəfindən Naxçıvana gətirilməsi ilə bağlı məlumat verməsi böyük marağa səbəb olub, dəfələrlə ona Cavidlə bağlı məlumat almaq üçün məktubla müraciət ediblər.

1990-cı ildə Belarusun paytaxtı Minsk şəhərində Yakub Kolasın ev muzeyində təcrübə mübadiləsində olarkən özü ilə apardığı kiçik formatda 12 lövhədən ibarət "Hüseyn Cavidin həyat yaradıcılığı"adlı sərgini orada nümayiş etdirib. Bu fəaliyyətinə görə B.Axundov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin mükafatına layiq görülüb.

Bəhruz Axundovun fəaliyyəti Muxtar Respublika rəhbərliyinin diqqətindən kənarda qalmamış, o, 2005-ci ildə Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görülmüşdür.

2007-ci ildə "Kazım Qarabəkir Paşa Vakfı"nın "Turan Cavid qadın mərkəzi ictimai birliyi"nin birgə təşkil etdiyi Hüseyn Cavidin Kazım Qarabəkir Paşanın 125 illik yubiley tədbirlərində iştirak etmək üçün İstanbul şəhərinə dəvət olunaraq özü ilə apardığı "Hüseyn Cavid - 125" adlı sərgini Cavidin vaxtilə təhsil aldığı qədim "İstanbul" universitetində, "Yeddi təpə" universitetində, "Hacı Ahmet Yasevi" vakfında "Kazım Qarabəkir Paşa" vakfında keçirilən tədbirlərdə nümayiş etdirib.

60 illik yubileyi ilə əlaqədar olaraq B.Axundov 2008-ci ildə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən fəxri fərman və pul mükafatı ilə təltif edilib.

Onun fəaliyyəti dövründə Hüseyn Cavidin ev muzeyinin ədəbiyyat profilli bir çox müzeylərlə, Litvanın Kaunas şəhərindəki Ədəbiyyat muzeyi, Belorusiyanın paytaxtı Minsk şəhərindəki Yakub Kolasın ev muzeyi, Qorki (indiki Nijniy Novqorod) şəhərində Qorki adına ədəbiyyat muzeyi, İstanbulda Kazım Qarabəkir Paşanın ev muzeyi, Bakı şəhərində Nizami Gəncəvi adına ədəbiyyat muzeyi, Abdulla Şaiqin ev muzeyi, Səməd Vurğunun ev muzeyi ilə sıx təmasda olub. Hüseyn Cavidin Bakı şəhərindəki ev muzeyi ilə də səmərəli əlaqə qurub, oradan hədiyyə edilmiş fotoşəkillər, sənədlər, afişaproqramlar, qəzet və jurnallar, onlarla yeni nəşr edilmiş kitablar muzeyin fondunun zənginləşdirilməsi işində xüsusi əhəmiyyətə malik olub. Onu da qeyd etmək lazımdır ki, Bəhruz Axundovun Türkiyədəki cavidşünas Ənvər Uzunla mütəmadi əlaqələri mövcuddur ki, bu da Turkiyədə Cavidlə bağlı yeniliklərdən xəbərdar olmaqda müstəsna əhəmiyyət kəsb edir. İran İslam Respublikasında Əkbər H.Əlyarın tərcüməsi ilə H.Cavidin "Peyğəmbər", "Şeyx Sənan", "Hüseyn Cavid xəzinəsindən: Peyğəmbər, Şeyx Sənan, Maral", "Maral" əsərləri, Türkiyədə Kusena yayım nəşriyyatında türk dilində çap olunan  "Hüseyn Cavidin əsərləri" kitabını, Özbəkistanın Daşkənd şəhərində özbək dilində Cavidin "Seçilmiş əsərləri"ni əldə edərək muzeyin ekspozisiyasına daxil etmişdir. Bütün bunlarla yanaşı, şairin oğlu Ərtoğrol Cavidlə və qızı Turan Cavidlə bağlı ayrıca yaradılmış guşələrdə onların əsərləri və şəxsi əşyaları sərgilənməkdədir.

Bəhruz Axundov tərəfindən nəşrə hazırlanmış "Hüseyn Cavidin əsərlərinin nəşri tarixi" və "Azərbaycan Milli təsviri və tətbiqi sənətimizdə Hüseyn Cavid obrazı" adlı biblioqrafik göstəricilər yaxın zamanlarda işıq üzü görəcəkdir.

Bəhruz müəllim bütün bu işlərlə bərabər müntəzəm olaraq müxtəlif dövrlərdə mərkəzi və yerli mətbuatda, AMEA Naxçıvan Bölməsinin "Xəbərlər" jurnalında, Naxçıvan Dövlət Universitetinin "Elmi əsərləri"ndə, Hüseyn Cavidin Bakı şəhərindəki ev muzeyinin Hüseyn Cavidin 125, 130, 135 illik yubileyləri ilə əlaqədar keçirdiyi konfransların toplularında, muzeyin nəşr etdirdiyi "Cavidşünaslıq" adlı oncildlik toplusunda, AMEA Naxçıvan Bölməsinin nəşri olan "Ərtoğrol Cavid: taleyi və sənəti" kitabında bir sıra elmi məqalələrlə çıxış edib. Onun "Bu evdə Cavid yaşamışdır", "Hüseyn Cavid irsinə Heydər Əliyev qayğısı", "Məktublarda yaşayan ömür", "Cavid sorağıyla, Cavid izi ilə", "Hüseyn Cavid və ümumbəşəri problemlər", "Şairin adına layiq məbəd" və bu kimi bir çox məqalələri Cavid irsinə, onun yaşadılmasına və təbliğinə böyük məhəbbət, sərf edilmiş yüksək əməyin göstəricisidir.

Bəhruz Axundov eyni zamanda, "Hüseyn Cavidteatr", "Hüseyn Cavid irsinə Heydər Əliyev qayğısı", "Milli təsviri və tətbiqi sənətimizdə Cavid obrazı", "Hüseyn Cavid yaradıcılığında Şərq mövzusu" mövzularında mühazirə mətnlərinin müəllifidir.

Həyatının 38 ilini bu muzeyə rəhbərlik etməklə Cavidlər ailəsinə şərəflə, qürurla, sədaqətlə xidmət edən, hətta fəal cavidşünas adlandırıla biləcək Bəhruz Axundov bu günHüseyn Cavidlə bağlı tədqiqatlarını böyük həvəslə davam etdirməkdədir. Yaxın günlərdə Hüseyn Cavidin böyük bacısı Fatmaxanımın üst geyimi olan güləcəsini əldə etmişdir. Bəhruz Axundov yorulmadan öz fəaliyyətini inkişafdavam etdirməklə bərabər, bu gün öz ardıcıllarını da yetişdirməkdə, öz məktəbini yaratmaqdadır. Bu gün 10 nəfərlik heyətlə çalışan muzeyin bələdçiləri Cavidlə, onun yaradıcılığı, ailəsi ilə bağlı məqamları mənimsəməklə yanaşı, distant dərs keçərək, özünü muzeyşünas kimi yetişdirmək yolunda əllərindən gələn səylə çalışmaqdadırlar.

 

Leyla SƏFƏROVA

 

525-ci qəzet.- 2019.- 15 noyabr.- S.14.