Doxsanı arxada qoyan, qələmi əlindən qoymayan dostum
Müdrik ağsaqqallardan söz düşəndə göz
önünə ilk gələnlərdən
biri qocaman şərqşünas alim
Cümşüd Muradov
olur. Doğrudur, müdriklik, ilahi
vergi, istedad hər adama qismət olmur. Yaradan bunların heç birini Cümşüd müəllimdən əsirgəməmişdir.
Azərbaycan Dövlət Universitetinin
Şərqşünaslıq fakültəsinin fars dili bölümünü bitirən
Cümşüd müəllim
uzun müddət İranda və Əfqanıstanda tərcüməçi
işləmiş, müdrik
insanlarla təmasda olmuş, həyat məktəbi keçmişdir.
Bəxti
bir də onda gətirib ki, görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal müəllimin bacanağı olmuşdur.
Ona görkəmli şəxsiyyətlərin
mənalı söhbətlərinə
qulaq asmaq, biliyini artırmaq nəsib olmuşdur. Əlli ilə yaxın Ədəbiyyat Muzeyində
işləmiş, akademik
Həmid Araslıdan çox şey öyrənmişdir.
Cümşüd müəllimin neçə
illərdən bəri
mətbuatda ara-sıra
xatirələrini, tarixi
şəxsiyyətlərlə bağlı fikirlərini,
gülməcələrini, ibrətamiz hekayətlərini
oxuyub gah gülmüş, gah da düşüncələrə
qərq olmuşam. Hər dəfə
də Cümşüd
müəllimlə görüşəndə
söhbətimiz həmin
xatirələr ətrafında
olub. Onun şərqlilərə məxsus müdrikliyi, dünyagörüşü, adət-ənənələrimizi
dərindən bilməsi,
yumoru, ədəbiyyatımıza,
mədəniyyətimizə, doğma el-obaya vurğunluğu, nikbinliyi,
böyüklər, tarixi
şəxsiyyətlər haqqında
xüsusi ehtiramla danışması məni
heyran edib.
Bir dəfə dedi ki, kitab yazmışam,
adını da "Unudulmaz xatirələr"
qoymuşam. Onu oxu, xoşun
gəlsə, ön söz yaz.
Əsər çox xoşuma gəldi. "Bənzərsiz əsər" adlı ön söz yazdım. Lakin kitab çıxmadı
ki, çıxmadı.
Özündən və oğlanları
Mahir və Elçindən kitabın
taleyi barədə soruşanda eyni sözü eşidərdim
- "Çıxar!"
Bir gün Cümşüd müəllim
mənimlə görüşmək
istədiyini bildirdi. Əlində kitab vardı. Təbəssümlə mənə uzatdı.
"Unudulmaz xatirələr"
kitabı idi. Avtoqraf yazmışdı:
"Əziz qardaşım
Qəzənfər!
Çoxdan arzuladığımız kitab
işıq üzü
gördü. Sevincimə şərik olmağınıza
görə çox məmnunam!
Çox hörmətlə, Sizin Cümşüd.
14.VI.2016"
Cümşüd müəllim düz
doxsan il
bundan əvvəl bu tarixdə anadan olubmuş. Onu da deyim
ki, 75 yaşdan sonra Cümşüd müəllim yazılarını
həmişə mənə
göndərib ki, lazım gəlsə, düzəlişlər edib
mətbuata təqdim edim.
İndi qələmi əlindən
qoymur.
Təqdim etdiyim "Hacının səxavəti" və
"Ağsaqqal sözü
faydasız olmaz" hekayətləri ibrətamiz
olmaq baxımından fərqlənir.
Oxuyanların faydalanacağına inanıram. Odur ki, onları çap etməyinizi xahiş edirəm.
Hörmətlə
Qəzənfər PAŞAYEV
525-ci qəzet.- 2019.- 15 noyabr.- S.11.