Ağsaqqal məsləhəti
faydasız olmaz
Xoşbəxtəm ki, Mir Cəlal kimi böyük alimin, yazıçının və əvəzsiz pedaqoqun kiçik bacanağıyam. Onun müdrik kəlamları, məsləhətləri həmişə karıma gəlib. Təkcə mənim yox, onu tanıyanların, məsləhətlərinə möhtac olanların hamısının.
Yaxşı yadımdadır, Mir Cəlal müəllimin böyük oğlu Arif 1956-cı ildə Ukraynadan texniki ixtisas alıb vətənə qayıtmışdı. Bu həmin il idi ki, televiziya yavaş-yavaş evlərə qədəm qoyurdu. Ona görə də ixtisasçılara böyük ehtiyac vardı.
Arif evdə sevinə-sevinə Mir Cəlal müəllimə müraciətlə:
- Ata, məni televiziyada ixtisasıma uyğun işə dəvət edirlər. Yaxşı məvacib, vəzifə, xidməti maşın təklif edirlər.
Mir Cəlal müəllim:
- Oğul, vəzifə də, məvacib də yaxşı şeydir. Lakin elə ki, səni işdən kənarlaşdırdılar, uşaqlarının necə dolanacağı barədə fikirləşən olmayacaq. Elm dalınca get.
Yüksək məvacib gənc Arifə hava kimi, su kimi lazım idi. Lakin o vaxtlar ağsaqqal sözü eşidilərdi. Arif elm dalınca getdi.
Tarixdə təkrarlamalar çox
olur. Arif hələ
8-ci sinifdə oxuyanda düzəltdiyi aeroplan modeli müsabiqədə
1-ci yeri tutmuşdu. Arif bu sahəni seçdi. Moskvada Dövlət Nadir Metallar İnstitutunda
aspirant oldu. Əvvəlcə texnika elməri namizədi, sonra isə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi aldı. Elmin keşməkeşli yolları ilə addımlayaraq Milli Elmlər Akademiyasının
həqiqi üzvlüyünə
qədər yüksəldi.
İndi akademik Arif Paşayev
Milli Aviasiya Akademiyasının rektorudur.
Bu yaxınlarda ad günündə
bu böyük alimin adına
təqaüd təsis
olundu. İndi Milli Aviasiya
Akademiyasında ən
yaxşı oxuyan tələbələrə Arif
Paşayev təqaüdü
verilir.
Unudulmaz Mir Cəlal müəllimin ruhu şad olsun,
dedikləri yerini aldı.
Cümşüd MURADOV
Tədqiqatçı şərqşünas
525-ci qəzet.- 2019.- 15 noyabr.- S.11.