ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin fondu zənginləşir

 

Fonda milli musiqimizlə bağlı yeni nəşrlər təqdim edilib

 

 

Bugünlərdə Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin Kitabxana-İnformasiya Mərkəzinə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant layihələri əsasında çap olunmuş "İzahlı saz-söz lüğəti" "Azərbaycanın ənənəvi musiqisi" adlı kitablar hədiyyə olunub.

Xalqımızın mədəniyyətini qoruyub saxlamaq naminə aparılan işləri dövlət siyasətinə paralel olaraq inkişaf etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il iyulun 25-də imzaladığı ""Kitabi-Dədə Qorqud"un tərcüməsinin nəşrinin  200 illiyi ilə bağlı" Sərəncama əsasən nəşr olunan "İzahlı saz-söz lüğəti"  saz-söz sənətini terminoloji tərəfdən təqdim edən bununla da həm musiqişünaslıq, həm folklorşünaslıq baxımından lakonik elmi bazaya çevrilən kitab kimi xüsusilə əhəmiyyətlidir.

Təqdirəlayiq haldır ki, araşdırılmasına hələ XX əsrin əvvəllərindən başlanan aşıq sənəti elmi aktuallığını müasir dövrdə qoruyub saxlaya bilib. Maraqlısı odur ki, dinamik şəkildə inkişaf edən, daim yenilənən dəyişən bu sənət sahəsi elmin bir çox sahələrində həmişə mütəxəssislərin diqqətini cəlb edib. Təbii ki, aşıq sənətinin tədqiq olunmasında əsas yük məhz folklorşünas musiqişünas alimlərin payına düşüb. Musiqişünaslıq elmində qədim köklərə malik aşıq sənətinin araşdırılması istiqamətində böyük nailiyyətlər əldə edilib. Görkəmli bəstəkarımız musiqişünas alimimiz Üzeyir Hacıbəylinin aşıq sənəti ilə bağlı ifadə etdiyi dəyərli fikirlərə söykənərək, Əminə Eldarova, Tariyel Məmmədov, İradə Köçərli, Səadət Seyidova digər tanınmış alimlər öz sanballı tədqiqat işləri ilə bu sahəni daha da zənginləşdiriblər.

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Tariyel Məmmədovun yaradıcılığı ilə aşıq sənətinin tədqiqində yeni mərhələ başlayıb. Aşıq havalarının müasir elmi tələblər səviyyəsində yazıya alınması, yeni metod konsepsiyalarla təhlili alimin əsərlərinin əsas məziyyətləri təşkil edir. Aşıq sənətinin öyrənilməsində çoxcəhətli müxtəlif istiqamətli elmi araşdırmalar aparan alimin gördüyü işlər bununla bitmir. 2015-ci ildə nəşr olunmuş "İzahlı saz-söz lüğəti" adlı kitab T.Məmmədovun musiqi terminologiyası sahəsində apardığı uzunmüddətli əhəmiyyətli araşdırmanın daha bir uğurlu bəhrəsidir. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə çap olunmuş bu lüğət musiqi mədəniyyətinin inkişafında bir neçə istiqamətdə aparılan gərgin əməyin parlaq nəticəsi hesab oluna bilər.

Ümumiyyətlə, musiqi terminologiyası məsələsi musiqişünaslıqda az inkişaf etmiş sahələrdən biridir. Görkəmli musiqişünas alim Əfrasiyab Bədəlbəylinin "İzahlı monoqrafik musiqi lüğəti"ndən sonra uzun illər bu sahədə əsaslı tədqiqatlar aparılmayıb. Aşıq sənəti ilə bağlı isə yalnız dövri mətbuat məqalələrində kitabların bəzi bölmələrində qısa məlumatlar verilib. Xalq musiqisinin müxtəlif problemlərini, o cümlədən, terminologiya məsələlərini öz elmi fəaliyyətində daim işıqlandıran professor T.Məmmədovun yeni "İzahlı saz-söz lüğəti" kitabı musiqi ictimaiyyətinin böyük rəğbətini qazanıb.

Kitabda aşıq saz-söz lüğəti, sözlük, eləcə Azərbaycanın görkəmli aşıqlarının foto-şəkilləri, "Koroğlu aşıq havaları"nın not yazıları, "Azərbaycan klassik aşıq havaları" "Koroğlu Azərbaycan qəhrəmanlıq dastanı" adlı iki CD yer alıb. Aşıq saz-söz lüğəti bölməsində alim aşıq sənəti ilə bağlı mövcud anlayışlara aydınlıq gətirmişdir. Bu bölmənin ən yüksək məziyyəti isə aşıq havalarının kökü, şeir forması, müəllifləri haqqında informasiyanın verilməsidir. Qeyd etmək lazımdır ki, bundan öncə belə məlumatlar ancaq təsadüfi məqamlarda işıqlandırılırdı. Kitabın nəşrində yaxından iştirak etmiş AMEA-nın Folklor İnstitutunun alim mütəxəssisləri - Əməkdar mədəniyyət işçisi, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədli, filologiya üzrə fəlsəfə doktoru Elçin Abbasov ilə əməkdaşlıq şəraitində hazırlanan lüğətdə verilən hər bir informasiya gənc aşıqşünaslar üçün dəyərli elmi mənbədir. Aşıq sənətinin şifahilik prinsipləri əsasında inkişaf etməsi faktını nəzərə alsaq, bu işin qədər çətin məsuliyyətli olduğunu söyləmək artıqdır. Görkəmli alimlərimiz Muxtar İmanov Məhərrəm Qasımlının lüğətə verdikləri rəydə kitabın Azərbaycan şifahi xalq musiqisinin bir qolunu təşkil edən aşıq musiqisinin üslub janrlarını əks etdirməsi sənətin özünəməxsus özəlliklərini lüğət çərçivəsində əhatə olunması xüsusi vurğulanıb.

Kitabda verilmiş fotoşəkillər görkəmli aşıqların gələcək nəsillərə tanıtdırılması baxımından önəmlidir bu, kitabın əsas missiyalarından biri kimi səciyyələnir. Növbəti bölmədə müəllif "Koroğlu aşıq havaları"nın not yazılarını təqdim edib. Bu havalardan bir qismi CD-lərdən birində verilib. Digər CD- isə klassik aşıq havaları yer alır.

Professor Tariyel Məmmədovun layihə rəhbəri tərtibçisi olduğu, Azərbaycan, rus, fransız, alman ispan dillərində 2015-ci ildə çap olunan "Azərbaycanın ənənəvi musiqisi" kitabı da alimin bu sahədə uğurlu işlərindən biridir. Azərbaycanın ənənəvi musiqisinin zənginliyini çoxşaxəliyini, eləcə öz mədəni-tarixi irsinə müəlliflik hüququnu təmin etmiş Azərbaycan xalqını bütün dünyaya tanıtmaq məqsədilə hazırlanmış nəşrdə mətnin müəllifi ADMİU-nun Teatr sənəti fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ellada Hüseynova, elmi redaktoru AMEA Memarlıq İncəsənət İnstitutunun "Teatr, kino televiziya" şöbəsinin müdiri, Teatrşünaslıq kafedrasının dosenti Vidadi Qafarovdur. Mətni xarici dillərə filologiya üzrə elmlər doktoru Cavanşir Yusifli tərcümə edib.

Kitabın "Muğam sənəti", "Aşıq sənəti" "Xalq musiqisi" adlı bölmələrində mövzu ilə bağlı maraqlı elmi-tənqidi materiallar öz əksini tapmışdır. Azərbaycanın milli mədəni irsinin ayrılmaz hissəsi olan ənənəvi musiqi irsinin qorunması, öyrənilməsi istifadəsi problemlərinin həllinə yönəlmiş bu dəyərli nəşrdə "Muğam" "Aşıq havaları. Xalq mahnıları" adlı iki CD yer alıb.

Əminik ki, özündə Azərbaycan şifahi ənənəli musiqi yaradıcılığı - xalq mahnı rəqslərinin, aşıq havaları dastanların, muğam dəstgahları, kiçik həcmli muğamlar, zərbi-muğamlar, təsnif rənglərin yaradılması tarixini ifaçılığını cəmləşdirən hər iki nəşr musiqi sahəsinin tədrisi təbliğində qiymətli informasiya mənbəyi rolunu oyancaqdır. İnanırıq ki, bu dəyərli kitablar ölkə kitabxanalarımızın sənəd-informasiya resursları fondunda öz layiqli yerini tutacaq.

 

Tamilla ƏSGƏROVA

ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin müdiri

 

525-ci qəzet.- 2019.- 15 noyabr.- S.10.