Mirzə Cəlilin 150 illiyi Kürdəmirdə qeyd edilib

 

AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında görkəmli demokrat yazıçı ictimai xadim, Azərbaycan ədəbiyyatındaMolla Nəsrəddinədəbi məktəbinin, tənqidi realizmin banisi Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə muzeyin Aran Regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı yazıçının həyat yaradıcılığı barədə ətraflı məlumat verib. Bildirib ki, C.Məmmədquluzadə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyətdir. O, Azərbaycan ədəbiyyatı tarixində görkəmli jurnalist publisist olmaqla yanaşı, həm böyük dramaturq nasir kimi tanınır.

Prezident İlham ƏliyevinCəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2019-cu il 17 yanvar tarixli Sərəncamına əsasən böyük yazıçının 150 illik yubileyinin ölkəmizdə silsilə tədbirlərlə qeyd edildiyini deyən Y.Bahadurqızı bu tədbirlərin böyük yazıçının dərin humanist məzmuna malik dram nəsr əsərlərini, bədii publisistikasını özündə ehtiva edən irsini tanıtmaq baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Qeyd edib ki, Mirzə Cəlil dühasının məhsulu olanMolla Nəsrəddinjurnalı XX əsrin əvvəllərində ictimai fikrin, bədii düşüncənin formalaşmasında mühüm rol oynayıb.

Sonra çıxış edən Kürdəmir şəhər 6 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi Flora Əliyeva məruzə edərək Azərbaycanın milli dramaturgiyası tarixində Mirzə Fətəli Axundovdan sonra ən layiqli yerlərdən birini tutan Cəlil Məmmədquluzadənin yaradıcılığından bəhs edib. Bildirib ki, ədibin pyeslərində yaşadığı dövrün real hadisələri olduğu kimi təsvir edilib, adi ailə-məişət məsələləri əyani bədii şəkildə ustalıqla qələmə alınıb.

Tədbirdə digər çıxış edənlər görkəmli yazıçı Cəlil Məmmədquluzadənin zəngin ədəbi-bədii yaradıcılığından danışıb, ölməz əsərləri ilə bağlı fikirlərini bildiriblər.

Daha sonra ədibin həyat yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib.

Mərasimdə Kürdəmir şəhər 6 saylı tam orta məktəbin şagirdləri yazıçınınMüsəlman”, “Tapmaca”, “Bizim obrazovannılar”, “Sizi deyib gəlmişəmfelyetonlarını, “ bilim”, “Şapkanı görəndə”, “Nağıl”, “Dedilərsatirik şeirlərini söyləyiblər.

Şagirdlərin “Ölülər”, “Anamın kitabı” dram əsərlərindən hazırladıqları səhnəciklər də iştirakçılar tərəfindən alqışla qarşılanıb.

 

525-ci qəzet.- 2019.- 15 noyabr.- S.10.