Milli Kitabxanada
Əlillər gününə aid sərgi
açılıb
Milli Kitabxanada
"13 noyabr - Beynəlxalq
Gözdən Əlillər
Günüdür" adlı
kitab sərgisi açılıb.
Kitabxanadan bildirilib ki, sərgidə fiziki qüsurlu insanların həyat şəraitinin yaxşılaşdırılması üçün görülən
işlərdən, gözdən
əlillərə dövlət
tərəfindən göstərilən
qayğıdan, əlillərin
cəmiyyətə inteqrasiya
olunmasından bəhs
edən, Azərbaycan və digər dillərdə nəşr
olunmuş kitablar, dövri mətbuat materialları nümayiş
olunur.
Sərgi bir həftə ərzində davam edəcək.
Qeyd edək
ki, Beynəlxalq Gözdən Əlillər
Günü Ümumdünya
Səhiyyə Təşkilatının
qərarı ilə gözdən əlillik və zəif görmə problemlərinə
diqqəti cəlb etmək məqsədilə
yaradılıb. Əlillər üçün məhz 13 noyabr tarixinin ayrılmasının
isə özünəməxsus
tarixi səbəbləri
var.
Belə ki, bu tarix
fransız pedaqoqu Valentin Hayuinin doğulduğu tarixdir. 1745-ci ilin 13 noyabrında anadan olan Valentin
dünyada ilk dəfə
öz hesabına gözdən əlillər
üçün "unsial"
adlanan qabartmalı şriftlər yaratmışdır.
O, 1784-cü ildə dünyada
ilk dəfə Parisdə
hökumətin və
xeyriyyə cəmiyyətlərinin
köməyi olmadan öz evində şəxsi vəsaiti hesabına kor uşaqlar üçün
"işləyən korların
emalatxanası"nı
açmışdır. İlk dəfə
həmin məktəbə
kimsəsiz uşaqlar qəbul edilmişdir.
Gözdən əlillər üçün
kitabların yaradılması
ideyası da məhz Valentin Hayuinə məxsusdur.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 15 noyabr.- S.9.