Musa Yaqubun oxucularla yeni görüşü
Xalq şairinin "Gərək
bu sözümü daşlara yazam" kitabını Mədəniyyət
Nazirliyi nəşr etdirib
Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi Xalq şairi Musa
Yaqubun şeirlərindən ibarət "Gərək bu
sözümü daşlara yazam" adlı yeni
kitabını çap edib.
Kitab
şairin 80 illik yubileyi münasibətilə işıq
üzü görüb. Nəfis tərtibat və yüksək
dizaynla çap olunmuş "Gərək bu sözümü
daşlara yazam"da ustad şairimizin gənc
yaşlarından indiyədək qələmə
aldığı, dillər əzbərinə
çevrilmiş çoxsaylı şeir və
poemalarının bir qismi toplanılıb. 500 tirajla 456 səhifədə
çap olunmuş kitab Renesans-A çap evində işıq
üzü görüb. Buraxılışa məsul nazirliyin əməkdaşları
Aslan Cəfərov və Ələddin Əsədzadədir.
Kitaba
ön sözü filologiya elmləri doktoru, professor Nizaməddin
Şəmsizadə (Daşlara yazılan söz) və
kitabın redaktoru, jurnalist-publisist Nəzirməmməd
Zöhrablı (Şairlik Yaradandan payıdı Musa Yaqubun)
yazıb.
Şairin
yaradıcılığının böyük bir qisminə
- əsas komponentlərinə ekskurs sayılacaq nəşr
şeirlərdən ibarət beş hissəni və poemalar
adlı bir bölümü əhatə edir.
Mədəniyyət
Nazirliyinin xəttilə ölkəmizin bütün
kitabxanalarına paylanacaq poetik nümunə həmçinin, hər
bir soydaşımızın da stolüstü kitabına
çevriləcək.
525-ci qəzet.- 2019.- 15 noyabr.- S.9.