BDU-da Aşıq Şəmşirə
həsr edilmiş tədbir
Bakı Dövlət Universitetinin
(BDU) 100 illik yubileyi münasibətilə başlanan
mədəni-kütləvi tədbirlər çərçivəsində
dünən universitetdə
XX əsr Azərbaycan
aşıq poeziyasının
görkəmli nümayəndələrindən
biri, Əməkdar İncəsənət Xadimi
Aşıq Şəmşirin
yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü
ilə açan
BDU-nun rektoru Elçin
Babayev deyib ki, Aşıq Şəmşir Azərbaycanın
çoxəsrlik şifahi
sənət ənənələrini
layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng
poetik-bədii nümunələrlə
milli folklor xəzinəsini daha da zənginləşdirmiş
görkəmli söz
ustalarındandır. Qədim
saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına
bağlı olub, yaradıcılığı boyunca
xalqın duyğu və düşüncələrini,
yüksək mənəvi
keyfiyyətləri və
yurdun təbiət gözəlliklərini tərənnüm
etmişdir: "Aşıq
Şəmşir şifahi
xalq ədəbiyyatımızın
dərin bilicisi, mahir dastan ifaçısı
olmaqla yanaşı, həm də bədii yaradıcılığında
Vətən sevgisini, torpağa, yurda məhəbbətini ön
plana çəkib. Dədə Şəmşir qələmə
aldığı qoşma,
gəraylı, təcnis,
bayatı, rübai, qəzəl və müxəmməslərlə Kəlbəcər
ədəbi mühitini,
eləcə də yazılı və şifahi poeziyamızın
ən vacib cəhətlərini ustalıqla
mənimsəyən söz
sənətkarı kimi
öz məktəbini
yaradıb. Onun 40-dan artıq
şagirdi olub. Şəmşirin qeyri-adi səsi
və çalğısı
saz-söz sərrafı
olan Kəlbəcər
ellərində yüksək
dəyərləndirilib, ustad
sənətkarın orijinal
ifaçılığı və şairliyi müqayisəedilməzdir. Nadir istedad və fitrət sahibinin lent yazıları bu günümüzədək gəlib
çatıb".
BDU-nun kitabxanaçılıq-informasiya
fakültəsinin dosenti,
"Aşıq Şəmşir"
Mədəniyyət Ocağı
İctimai Birliyinin İdarə Heyətinin üzvü Ələmdar Cabbarlı isə deyib ki, 20-ci əsr Azərbaycan aşıq poeziyasının
ən tanınmış
və məşhur simalarından biri Aşıq Şəmşirdir.
Əgər 16-cı əsrdə
Dirili Qurbani, 17-ci əsrdə Tufarqanlı Abbas, 17-18-ci əsrlərdə
Xəstə Qasım,
18-ci əsrdə Abdalgülablı
Valeh, 19-cu əsrdə
Aşıq Ələsgər
və Ağdabanlı
Qurban aşıq poeziyasına öncüllük
edib sənətin zirvəsində dayanırdılarsa,
20-ci əsrdə Aşıq
Şəmşir bu məqama çatmışdı.
Aşıq Şəmşir
yurdumuzun ən ucqar rayonunda, Kəlbəcər dağlarının
dilbər güşəsi
olan Dəmirçidam
kəndində 1893-cü il mart ayının
15-də dünyaya göz
açmışdı. Sonralar ailə
Kəlbəcər rayonunun
Ağdaban kəndinə
köçüb və
Aşıq Şəmşirin
bütün həyatı
burada keçib.
Aşıq Şəmşirin aşıq-şairlik şəcərəsi
uzun əsrlərdən
qaynaqlanıb gəlir.
1430-cu ildə Göyçə mahalının
Sarıyaqub kəndində
anadan olan, ulu babası Miskin Abdal Şah
İsmayıl Xətainin
yaxın dostu, müəllimi və silahdaşı olub. 1515-ci ildə Şah
İsmayıl Xətai
Miskin Abdala öz möhürü ilə təsdiqlənmiş
Şəhadətnamə vermişdir.
Xətai
öz dəsti-xətti
ilə yazırdı ki, bu şair,
yəni Miskin Abdal, öz ağlı və kamalı ilə şahlığa layiqdir.
Qədimdən müqəddəs
ocaq kimi tanınan, yaşadığı
Sarıyaqub kəndi isə Şax İsmayıl tərəfindən
elə ocaq kimi təsdiqlənir və ona bağışlanır
və ətrafdakı
beş kəndin
vergisi xüsusi fərmanla ona ayrılır. Hazırda Şah İsmayıl
Xətainin imzaladığı
həmin fərmanların
əsli Göranboy rayonun Qaradağlı kəndində yerləşən,
Miskin Abdal ocağında saxlanılır.
Şəmşir poeziyasının ikinci
qaynağı atası
Ağdabanlı Qurbanın
öz yaradıcılığı,
klassik ədəbiyyatla
və poeziya ilə onu erkən
tanış etməsidir. Azərbaycan və fars
dillərini mükəmməl
bilən, eləcə
də Şərq klassiklərinin şeirlərini,
mütaliə edən
Qurban, dövrünün
sənətkarları arasında
böyük nüfuz sahibi idi. Xüsusilə Aşıq Ələsgər
onun savadına, bilik və bacarığına
yüksək qiymət
verirdi. Bir-birlərinə
yaxın dost olan bu el sənətkarları
tez-tez görüşürdülər.
Görüş məclisləri çox
zaman Ağdaban kəndindəki Təkarmudun
dibindən çıxan
bulağın üstündə
olurdu. Sonralar bu "Qurban
bulağı" məclisi
kimi formalaşdı.
Aşıq Şəmşirin ilk ustadları da məhz atası Aşıq Qurban və Aşıq Ələsgər olub.
Aşıq Şəmşir sonradan onların yaratdığı "Qurban
bulağı" ədəbi
məclisinin gənc və fəal üzvünə çevrilmişdir.
Doğrudan da tez bir zamanda
ozan-aşıq sənətində
"Dədə" adını
qazanmış bu ifaçı aşıq,
həm də geniş yaradıcılıq
imkanlarına malik şair kimi də xalq içərisində,
ədəbi mühitdə
şan-şöhrət sahibi
olub: "1955-ci ildə
onun həyatında dərin iz buraxan
bir hadisə baş verir. Aşıq Şəmşirin həmin
ilin yayında Kəlbəcərdə sevimli
şairimiz Səməd
Vurğunla görüşü
tarixi bir hadisəyə çevrilir.
Şairi
qarşılayanlar arasında
aşıq Şəmşir
də var idi. O, Səməd Vurğunu öz qoşma-şeirləri ilə
salamlayır. Sonradan şairlər möhkəm
dost olurlar və Səməd Vurğunun təşəbbüsü ilə
Aşıq Şəmşir
Bakıya dəvət
olunur və Azərbaycan Yazıçılar
İttifaqına üzv
qəbul edilir. Səməd Vurğun aşıqdan xahiş edir ki, əlyazmalarını Bakıya gətirsin.
Onun təşəbbüsü ilə
Şəmşirin şeirlərinin
külliyyatı hazırlanır.
Saz-söz sənətində
göstərdiyi xidmətlərə
görə Aşıq
Şəmşir, Əməkdar
incəsənət xadimi
fəxri adına
layiq görülür,
ordenlə təltif edilir".
Çıxışlardan sonra tədbir ədəbi-bədii hissə
ilə davam edib.
S.QARAYEVA
525-ci qəzet.- 2019.- 15 noyabr.- S.9.