Bolqar fotoqraf İvo Hacimişev Azərbaycan
Milli Kitabxanasında olub
Noyabrın 13-də Bakıdakı Mədəniyyət Mərkəzi,
Birləşmiş Mədəniyyətlər
və AB Nümayəndəliyi
ilə birlikdə
FANTAZİA Mədəni İrs
Festivalı çərçivəsində
təşkil edilmiş
"Balkanlar, ortaq bir miras" foto sərginin müəllifi Bolqar fotoqraf İvo Hacimişev Milli Kitabxanada olub.
Qonağı Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova
qarşılayıb.
İvo Hacimişev
söhbət zamanı
Milli Kitabxanada olmasından məmnunluğunu
ifadə edərək,
ideya müəllifi olduğu "The Balkans a shared heritage" adlı kitabı Milli Kitabxana kimi dəyərli kitab xəzinəsinə bağışlamaqdan qürur
duyduğunu bildirib. Kitab haqqında məlumat verən müəllif qeyd edib ki,
sərgidə nümayiş
olunan fotolar bir araya toplanaraq
kitab halında çap olunub və kitabda antik dövrdən son orta əsrlərə qədər Yunanıstan, Türkiyə, Rumıniya,
Serbiya, Bolqarıstan və digərləri də daxil olmaqla Balkan ölkələrinin
ortaq mədəni və arxeoloji irsinin zənginliyini əks etdirən fotolar yer alıb.
İvo Hacimişev eyni zamanda, Muzey Mərkəzində FANTAZİA Mədəni
İrs Festivalı çərçivəsində eyniadlı fotosərginin də təşkil edildiyini bildirib.
Daha sonra Milli Kitabxananın direktor müavini Ədibə İsmayılova
fotoqraf İvo Hacimişevə Milli Kitabxanaya hədiyyə etdiyi qiymətli kitaba görə dərin minnətdarlığını
bildirib və öz növbəsində
"Milli Kitabxana. Fotoalbom" (Azərbaycan, rus və ingilis dillərində) və
"Azərbaycan xalçaları
dünya kolleksiyalarında"
(Azərbaycan və ingilis dillərində) adlı kitabları qonağa hədiyyə edib.
Şahanə
525-ci qəzet.- 2019.- 15 noyabr.- S.8.