Azərbaycan aliminin yeni uğuru

 

 

Azərbaycan Dillər Universitetinin Qafqazşünaslıq Azərbaycan tarixi kafedrasının müdiri, Nyu-York Elmlər Akademiyasının üzvü, Özbəkistan Turan Elmlər Akademiyasının akademiki, Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin üzvü, Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının akademiki, filologiya elmləri doktoru, professor Əsgər Məmməd oğlu Zeynalovun bütün yaradıcılığı azərbaycançılığa, türk dünyasına xidmətə həsr olunmuşdur.

 

Bu zəhmətkeş alimİrəvan ziyalılarıkitabını yazanda da, Volterin zərdüştliyə, türklərə, Hindistan mədəniyyətinə, İstanbulun fəthinə, Şərq mədəniyyətinə, tarixinə münasibətini açıqlayanda da, “ZairəSkiflərfaciələrini, Viktor HüqonunŞərq motivləri”ni təhlil edəndə , Qarabağ döyüşçüləri şəhidləri, 20 Yanvar şəhidləri iştirakçıları ən nəhayət öz doğma yerləri barəsində kitablar yazanda da onun qələmində, canında, qanında azərbaycançılıq, türkçülük aydın görünür.

 

Onu da vurğulamaq lazımdır ki, azərbaycanlı alimin bu əsərləri təkcə respublikamızda deyil, Rusiyada, ABŞ-da, Fransada, Almaniyada, İngiltərə, Kanada, Hindistan İsveç kimi nüfuzlu ölkələrdə işıq üzü görmüşdü.

Bu günlərdə prof. Əsgər Zeynalov Türk dünyasındakı xidmətlərinə görə Türk Dünyası Araşdırmalar Beynəlxalq Akademiyasının Beynəlxalq Qızıl medalı ilə təltif olunmuşdur.

Biz həmyerlimizi bu yüksək mükafat münasibətilə təbrik edir, möhkəm cansağlığı, yaradıcılığında yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

 

S.Qarayeva

 

525-ci qəzet.- 2019.- 15 noyabr.- S.8.