Tüdor sülaləsinin uğurları və
bədbəxtliklər
(Əvvəli
ötən şənbə sayımızda)
Elizabetin məşhur məhəbbət əhvalatı
Dadli ilə olmuşdu, o, 1575-ci ildə Kennlvorz qəsrində
bu effektli yüksəkliyi almışdı, hətta məşuqunun
öz əmisi qızına evlənməsi
açıldıqdan sonra da kraliçanın onunla
yaxınlığı davam etmişdi. Dadli 1588-ci ildə
ölənə qədər ona olan sədaqətini
kraliça davam etdirmişdi və onun ölüm xəbərini
eşidəndə uzun müddət bağlı qapı
arxasında yaşamışdı.
Onun əvvəlki şübhəliliyi nikaha girməkdən
imtina etməklə uzlaşmışdı, bu da şayiələrin
yayılmasına səbəb olmuşdu ki, o, heç də
bakirə deyildir. Axı onun özü də bastard kimi
doğulmuşdu və ya guya müəyyən fiziki
qüsurlara malik olduğundan onunla cinsi əlaqə
mümkün deyildir. Əslində isə,
kraliçanın Fransa kralının qardaşı d'Alenson
hersoquna ərə getməsi barədə 1579-cu ildə
danışıqlar getmişdi. Həmin
vaxt Elizabetin ayaqları çox ağrıdığından
yeriyə bilmirdi. Ona görə sarkazmla
danışdı ki, qoca arvad kimi, o, cavan oğlanı kilsəyə
apara bilməz və bu ittifaqın baş tutmasına
razılıq verməmişdi.
1566-cı
ildə Lesterin fransız səfirinə dediyi sözlərə
görə, "Alihəzrət kraliçanın heç bir
xəstəliyi yoxdur və ya onun elə bir təbii funksional
qüsuru da yoxdur ki, dünyaya uşaq gətirməsində
ona mane ola bilsin". Fransız səfiri həmin
ilin avqustunda demişdi ki, o, kraliçanı hələ 8
yaşlı uşaq olandan tanıyır və o vaxtdan da bu
qız uşağı deyirdi ki: "Mən heç vaxt ərə
getməyəcəyəm".
Elizabet
iki yaş 8 aylıq olanda kral atası onun anasını -
kraliça Anna Boleyni edam etdirmişdi. O, 8
yaş 5 aylıq olanda atası onun dayısı oğlunu və
kraliça Katerina Hauardı edam
etdirmişdi. Onun həyatındakı bu iki hadisə
heç vaxt dayanmayan psixoloji bir şərtə
çevrilmişdi. Bəzən deyirdilər
ki, Elizabetin Lesterə ərə getməsi ona, yəqin ki,
xoş gələcəkdir, lakin hesab edirdilər ki, bu, siyasi cəhətdən
düz olmayacaqdır, çünki Lester populyar deyildi. Onun birinci arvadı Elen Robsart 1560-cı ildə
şübhəli şəraitlərdə qəflətən
ölmüşdü. 1596-cı ildən Elizabet ərə
gedə bilməzdi, çünki xalq kraliçanı ərə
getmiş və ana görməkdən çox, narahat bir
kütləyə çevrilmişdi - onun ölümü
baş versə, vətəndaş müharibəsinin və
müdaxilənin ziddinə varis, hökmən onlardan yeganə
sağ qalan olacaqdı; - Buna görə də Parlament istəyirdi
ki, o, xoşuna gələn bir nəfərə ərə
getsin. Onun əllərinə sahib olmaq
üstündə danışıqlar Elizabetin xarici siyasətinin
çox mühüm hissəsi idi. Bu vəziyyət,
o, taxt-taca çıxandan 1583-cü ilə qədər davam
etdi, həmin vaxt onun 49 yaşı var idi. Axırıncı
danışıq da d`Alenson hersoqunun saray adamları ilə
aparılmışdı. Bu
danışıqlar Alensonu öz qardaşı, Fransa kralı
III Henrinin təsir dairəsindən uzaqlaşdırmaq
üçün geniş istifadə olunurdu. Həm də güman edilirdi ki, Alenson İspaniya
maraqlarına zərbə vurmaq üçün
Niderlanddakı kampaniyaya daxil olacaqdır, İngiltərə
tacının müttəfiqi kimi Fransanın həmin ərazidə
təsirinin artmasına imkan verməyəcəkdir.
1559-cu ildə dini məsələ həll edildikdən
sonra dini qarışıqlığın və siyasətin
geniş şəkildə qarışması XVI əsrdə
yenidən Elizabet üçün ən böyük təhlükəyə
çevrildi.
Mariya Styuart, Şotlandiyanın irsi kraliçası olmaqla, həmçinin,
VIII Henrinin bacısı Marqaretdən törənən nəslə
aid idi, Marqaretin oğlundan olan nəvəsi idi, ingilis
taxt-tacına da nəzərdə tutulan varis qadın idi.
VIII Henrinin ikinci nikahının qanunsuz olduğunu
düşünənlər üçün, - kral, Katerina
Araqonlu ilə öz nikahını ləğv etdikdən sonra
Anna Boleynə evlənmişdi, - Mariya Styuart artıq İngiltərənin
kraliçası kimi qiymətləndirilidi. Bu həm də Mariyanın
öz baxışı idi və o, əri, gənc fransız
kralı II Fransisk öldükdən sonra, 1561-ci ildə
Şotlandiyaya qayıtdı və ingilis taxt-tacına olan
öz iddiasını heç vaxt dayandırmadı. Mariya öz ərini öldürən Botvell ilə
nigaha girdi, lakin şotlandların kükrəyən nifrət
hissinə davam gətirə bilməyb, İngiltərəyə
qaçdı. O inanmışdı ki, ingilis
torpağına qədəm qoyan kimi, ingilis katolikləri onu
salamlamağa qalxacaq və onlar Elizabeti taxt-tacdan salacaqlar. Baxmayaraq ki, bu düşüncə yalnız öz
yanlışlığını göstərirdi, buna
baxmayaraq, o, hər yerdə müxalifətə güclü
kömək göstərmək imkanından istifadə edirdi.
Mariyanın işi Şotlandiyada düz gətirməyəndə,
nəticədə o, ölkədən qovulmaqla 1568-ci ildə
İngiltərədə sığınacaq tapmaq istədi. Şotlandlar
istənilən şərtlə onun geri qayıtmasına icazə
vermədilər və onun xarici ölkəyə getməsinin
özü də çox təhlükəli idi. Çünki o, yəqin ki, fransız və ya
şotland ordusunu toplaya bilərdi və cəhd edərdi ki,
İngiltərəyə müdaxilə etsin. Lakin burada onu şərəfli hesab olunan həbsdə
saxlanmaqdan başqa heç bir alternativi yox idi. Mariya, nəhayət, öz qaçmaq qəsdini
hazırlamağa başladı və daim bəyan edirdi ki, bu,
onun istədiyi hər şeydir. Lakin
üç başlıca qəsdin üstü
açıldı və sübutlar təsdiqini tapdı.
1561-ci ildəki Rudolf qəsdi, 1582-ci ildəki
fransız de Giz hersoqunun təşkil etdiyi qəsd və
1586-cı ildəki Babinqton qəsdi, - onların
hamısına Elizabetin öldürülməsi daxil idi.
Babinqton həbsdə olan Mariya Styüarta
1586-cı ilin sonunda yazmışdı ki, onunla birlikdə altı
centlmen I Elizabeti öldürməyi və sonra onu taxt-taca gətirməyi
qərara almışlar. Mariya Babinqtonun təklifinə
şifrə yazılmış məktubla razılıq verdi. Bu üç qəsdin
hamısından daha qorxulusu ispan ordusu tərəfindən
İngiltərəyə müdaxilə edilməsi perspektivi
idi. Bu ordu həmin vaxt
niderlandlıların müqavimətini yatırtmaqla məşğul
idi. Bu ordunun rəhmsiz, qəddar
reputasiyası şotland kraliçasının
qaldırdığı qorxunun və nifrətin ifadə
olunmasına kömək etmişdi. Hər bir qəsd
açıldıqdan sonra Elizabetə Parlamentdə qəzəbli
təzyiq göstərənlər, qəsdçi qadın
Mariyanı yalnız edam etmək istəyirdilər.
Onlar kraliçanı məcbur etdilər ki, Mariyanın edam edilməsi barədə hökmü
imzalasın. Lakin onun xəbəri olmadan edam
həyata keçirildi, bu Elizabeti çox hiddətləndirmişdi,
o, digər monarxı öldürtmək istəmirdi və buna
görə həyatının sonuna qədər əzab
çəkəcəyini demişdi.
Papa XIII
Qreqorinin 1580-ci ildəki, kim Elizabeti o
dünyaya göndərsə, onun heç bir günahı
olmayacaqdır barədəki bəyanatı və 1584-cü
ildə digər yeretik lider Sakit I Uilyamın qətlə
yetirilməsi, o, ispanlara qarşı holland müqavimətini təşkil
etmişdi, Elizabetə qarşı böyük təhlükənin
mövcudluğundan xəbər verirdi.
1584-cü
ildə hər bir şəhərdə imzalanan Assosiasiya
müqaviləsində ingilislər and içirdilər ki, əgər
Elizabet öldürülsə, onlar bu hərəkəti edənləri
və kimlər üçün ki, bu hərəkət
edilmişdir, onları ölümlərinə qədər təqib
edəcəklər. 1585-ci il Parlamenti qərara
aldı ki, Akta Kraliçanın təhlükəsizliyinin
qorunması da daxil edilsin. Onun ölümündə
maraqlı olan şəxslər ölümə məhkum ediləcəklər
və qəsdçilərin irəli sürdüyü varis
taxt-taca çıxmaqdan məhrum ediləcək, onu əvvəldən
bilənlər də təqsirkarlıqda ittiham ediləcəkdilər.
Bu düzəliş təkcə ədalətli
deyildi, həm də Mariyanın oğlu şotlandiyalı VI
Ceymsi Elizabetin nəzərdə tutulan varisi mövqeyində
saxlayırdı. Ona əsas verirdi ki, VI
Ceyms Elizabetə qarşı xəyanətdə iştirak etməyəcəkdir.
Bunları ağıllı qaydada başa
düşmək, gələcəkdə Fransa və ya
İspaniya tərəfindən İngiltərənin baş
taxt-tacını tutması imkanına İngiltərə
üçün əsl qalxan yaratdı.
Sonrakı ili, Babinqton qəsdi açıldıqdan sonra Mariya bu Akt əsasında mühakimə edildi və 1586-cı ilin oktyabrında Elizabetin qətlinə cəhdə kömək etməkdə təqsirli bilindi. Hökumət üç ay ərzində Elizabeti inandırırdı ki, ölüm sənədini imzalasın. Bu da şübhəsiz olaraq hökmü icra etmək demək idi. Lakin Özəl Şura ona demədən order üzrə hərəkət etdikdə, başqa sözlə Mariya Styart edam edildikdə, Elizabet isteriya tənəzzülünə məruz qaldı. Elan etdi ki, heç vaxt ona razı olmamış və ya final addımını atmaq niyyətində olmamışdı. Buna baxmayaraq, 1587-ci ildə şotland kraliçasının edam xəbərinin yaratdığı xalq şadlığı şübhə edilən deyildi. Bütün kilsə zəngləri London üzərində 24 saat çaldı.
Mariya Styuart (1542-1587-ci illər) 1542-ci ildən qəbirə gedənə qədər Şotlandiya kraliçası olmaqla, kral V Ceymsin və Meri Gizin qızı idi. O, həm də VIII Henrinin uşaqlarından sonra İngiltərə taxt-tacının varisi idi. O, anadan olandan 6 gün sonra atası V Ceyms öldüyündən kraliçaya çevrilmişdi. Kralın uşaqları ilə birlikdə roman katolik dininə sitayiş etməklə Fransanın kral sarayına götürülmüşdü. 1558-ci ildə fransalı dofin, gələcək kral II Fransiskə ərə getmişdi, həmin əri 1560-cı ildə ölmüşdü.
1561-ci ildə Şotlandiyaya dönmüşdü. Ona dininə görə inanılmırdı və dul qadın kimi ona evlənmək istəyən kübarlar arasındakı intriqanın qurbanına çevrildi. 1565-ci ildə öz əmisi oğlu, Darnli baronu Henri Styuarta ərə getdi və ona kral titulu verdi. Öz ögey qardaşı, Morey qrafı Ceymsin qiyamını yatırtdı. Lakin özünü mütləq monarx edə bilmədi. Roman katolitsizmini yaymaqla, Darnlinin taxt-tacın ona və varisinə ömürlük verilməsi tələbinə zidd çıxdığından, digər kübarlarla sıx birlik yaratdı. Darnli onun katibi, italyan Rittsionu 1566-cı ildə öldürdü, həmin ili Mariya oğul doğdu, sonralar o, I Ceyms kimi İngiltərənin kralı oldu.
Mariya Styuart 1567-ci ildə Botvell qrafı Ceyms Herbam tərəfindən kraliçalıqdan devrildi. Güman edilir ki, bu qadının öz təxribatı imiş. 1567-ci ildə Botvellə ərə getdi. Bu nikah şotland kübarlarının qiyamına səbəb oldu və 1567-ci ilin iyulunda Karberi təpəsindəki döyüşdə öz ordusunu qoyub qaçdı. Bu, b.e.ə. 31-ci ildə Aktsi dəniz döyüşündə Kleopatranın Antonini qoyub qaçmasına bənzəyirdi.
Mariya Styuart Botvelldən ayrılmağa məcbur edildi, öz oğlunun xeyrinə taxt-tacı tərk etməsini imzaladı. Lox Levendə həbs olunmaqdan qaçdı, lakin Morey tərəfindən 1568-ci ildə Lanqsaydda məğlub edildi. İngiltərəyə qaçdı, kraliça Elizabet tərəfindən ömürlük dustaq kimi saxlanıldı.
Onun xeyrinə qaldırılan bir sıra katolik üsyanları yatırılmaqla, ingilis taxt-tacına təhlükəli rəqib ola bilmədi. Botvelldən boşanması ilə razılaşdı.
1586-cı ildəki Babilqron qəsdində və əvvəlki iki qəsddə iştirak etdiyinə görə mühakimə olundu və ölüm cəzasına məhkum edildi. 19 illik həbsdən sonra Fezerinhetdə 1587-ci ildə onun boynu vuruldu.
Elizabet İspaniyaya tam ölçüdə haqqı ödənilməyən, cavabı verilməyən çoxlu zərbələr vururdu. Ser Frensis Dreyk dünya ətrafına üç illik səfərdən 1580-ci ildə qayıtmışdı və kraliça ilə özəl danışığa gəlmişdi ki, Amerikadan qayıdan ispan sərvət gəmilərini qarət edəcəkdir. Əgər o tutulsa, Elizabet ondan imtina etməli idi.
1585-ci ildə kraliça, Lesterin başçılığı altında kiçik qüvvə göndərdi ki, niderlandlıların müqavimətinə kömək göstərilsin. 1586-cı ildə bu qüvvə geri çəkildi, lakin şotland kraliçasının 1587-ci ildə edam edilməsi kral II Filippə İngiltərəyə müdaxilə etmək perspektivini daha cəzbedici etdi, çünki bu o demək idi ki, Filipp qələbə çaldıqda ingilis taxt-tacına da yiyələnəcəkdi və onu özünə götürəcəkdi. Bu isə onun çoxdankı arzusu idi. Dreykin ispan yüklərinə və 1587-ci ildə Kadis və Lissabon anbarlarına viranedici reydi, nəhayət, Filippi bu qərara gətirdi ki, Niderlandı tabe etməmişdən əvvəl İngiltərəyə hücum etsin.
İspan Armadası 1588-ci ilin iyulunda üzməyə başladı, niyyəti də bu idi ki, Fiandriya sahilində dayandıqdan sonra Temza estuarisində sahilə yan alsın.
(Ardı var)
Telman
ORUCOV
525-ci qəzet.- 2019.-16 noyabr.- S.22.