Azərbaycan VIII Sankt-Peterburq Mədəniyyət Forumunda
təmsil olunub
Rusiyada
VIII Sankt-Peterburq Mədəniyyət
Forumu çərçivəsində
təşkil edilmiş
silsilə tədbirlərdə
ölkəmizi M.F.Axundzadə
adına Azərbaycan Milli Kitabxanasının direktoru
Kərim Tahirov təmsil edib.
Kitabxanadan bildirilib ki, əvvəlcə forum çərçivəsində
Rusiya Milli Kitabxanasının yeni binasında, Asiya və Afrika ədəbiyyatları şöbəsində
“Koreyaya Pəncərə”
layihəsi çərçivəsində
“Koreya Mədəniyyəti
Kabineti”nin təntənəli açılışı
mərasimi keçirilib.
Açılış mərasimində
Koreya Respublikasının
Sankt-Peterburqdakı baş
konsulu Kvon Donq Sok, Mədəniyyət
üzrə vitse-konsul
Çon Kvonse, həmçinin, Koreya Milli Kitabxanasının icraçı direktoru So Xe Ran ilə birgə bir sıra kitabxanaların nümayəndələri, o cümlədən,
Azərbaycan Milli Kitabxanasının direktoru
Kərim Tahirov da iştirak edib.
Tədbirin açılışı Koreya Respublikasının təbiəti və turizm məkanlarına dair “Koreyaya Pəncərə: adaların
gözəlliyi” adlı
sərgi ilə başlayıb. Sərgidə texnoloji tərəqqi
və təbiətə
qayğı, əsrlər
boyu davam edən ənənələr
və son tendensiyaları
birləşdirən ölkənin
tarixi və mədəniyyətindən bəhs
edən əsərlər
nümayiş olunub.
Daha sonra
forum Rusiya Milli Kitabxanasının baş
binasında “Rəqəmsal
əsrdə kitabxanaların
və nəşriyyatların
beynəlxalq əlaqələri”
mövzusuna həsr edilmiş simpoziumla davam edib.
Simpoziumda
Sankt-Peterburq Dövlət
Mədəniyyət İnstitutunun
Kitabxana-informasiya fakültəsinin
dekanı Valentina Brejneva, Rusiya Milli Kitabxanasının baş direktoru Aleksandr Verşinin, Qırğızıstan Respublikası
Milli Kitabxanasının
direktoru Jıldız Bakaşova, Qazaxıstan Respublikası Milli Kitabxanasının direktoru
Bakıtjamal Ospanova, Koreya Respublikası Milli Kitabxanasının icraçı direktoru So Xe Ran, Rusiyanın “Elsevier”
nəşriyyatının vitse-prezidenti
Marat Fatxullin, Polşa
Milli Kitabxanasının
Kitab və Mütaliə İnstitutunun
rəhbəri Tomaş
Şvaçinski, Azərbaycan
Milli Kitabxanasının
direktoru Kərim Tahirov, Rusiya Dövlət Kitabxanasının
baş direktoru Vadim Duda, Belarus Milli Kitabxanasının direktoru Roman Motulski, Slovakiyanın Bratislava Universitet
Kitabxanasının baş
direktoru Silviya Stasellova qlobal informasiya mübadiləsində
beynəlxalq kitabxana əməkdaşlığının rolu, onun müxtəlif
ölkələrdə elm, mədəniyyət və
təhsilin inkişafına
təsiri barədə
məruzələrlə çıxış
ediblər.
Kərim
Tahirov simpoziumda “Azərbaycan Milli Kitabxanasının beynəlxalq
əlaqələri” mövzusunda
çıxış edərək
Kitabxananın son illərdə
genişlənən beynəlxalq
əlaqələrindən, o cümlədən Beynəlxalq
Kitabxana təşkilatlarında
təmsilçiliyindən, beynəlxalq kitab mübadiləsi imkanlarından
istifadədən, beynəlxalq
kitab sərgilərində
və elmi konfranslarda iştirakdan, habelə Bakıda beynəlxalq elmi konfransların, simpoziumların,
treninqlərin keçirilməsindən
və bu yolla Milli Kitabxananın
beynəlxalq əlaqələrinin
möhkəmlənməsindən danışıb.
Sonda istifadəçilərin
məlumat istəklərini
təmin etmək üçün istifadə
olunan rəqəmsal mənbələrin həcminin
artması, eləcə
də mədəni irsin qorunmasında müasir informasiya texnologiyalarının rolu
baxımından kitabxanaların
fəaliyyəti ilə
əlaqəli geniş
məsələlər müzakirə
edilib.
Dünən isə forum çərçivəsində
Dövlət Ermitajının
Baş qərargahında
“Böyük Qələbənin
75 İlliyi: Ədəbiyyat,
Kino, Teatr” mövzusunda
konfrans keçirilib.
Konfrans Rusiyanın
Televiziya aparıcısı,
dokumentalist Nika Strijakın moderatorluğu
ilə keçirilib.
Konfrans iştirakçıları tərəfindən
ədəbiyyat, teatr,
kino və televiziya sahəsində hazırlanmış əhəmiyyətli
layihələr – beynəlxalq
ictimaiyyətlə ünsiyyət
yolları və vasitələri ilə MDB
ölkələrində gənc
nəsillər arasında
Böyük Qələbənin
xatirəsinin qorunmasına
yönəlmiş layihələr
təqdim edilib, həmçinin, müxtəlif
mədəniyyət meyllərinin
qovşağında formalaşan
və beynəlxalq kontekstdə yazılmış
yeni formatlar barədə müzakirələr
edilib. Eyni zamanda mədəniyyət
müəssisələrinin Böyük Vətən Müharibəsində Qələbənin
75 illiyinin qeyd olunmasındakı rolundan danışılıb.
Kərim
Tahirov Böyük Vətən Müharibəsində
Qələbənin 75 illiyi
münasibətilə Azərbaycan
Milli Kitabxanasının
həyata keçirəcəyi
tədbirlər və
MDB ölkələrinə daxil olan bır
sıra ölkələrin
milli kitabxanaları ilə birgə həyata keçirəcəyi
layihələr barədə
danışıb.
Həmin gün Kərim Tahirovla Rusiya Milli Kitabxanasının baş direktoru Aleksandr Verşinin arasında görüş
keçirilib. Görüşdə Azərbaycan Milli
Kitabxanası və Rusiya Milli Kitabxanası
arasındakı qarşılıqlı
əməkdaşlığın daha da inkişaf
åtdirilməsi,
ålm, mədəniyyət
və məlumat mənbələrinin yayılması
və mübadiləsi
sahəsində gələcək
əməkdaşlığın davam etdirilməsi istiqamətində danışıqlar
aparılıb.
Daha sonra Rusiya Milli Kitabxanasının
əməkdaşlarının müşayiəti ilə
Foruma dəvət olunmuş iştirakçıların
Dövlət Ermitajında
ekskursiyası təşkil
edilib.
Qonaqların iştirakı ilə VIII
Sankt-Peterburq Mədəniyyət
Forumunun təntənəli
açılış mərasimi
axşam saatlarında
Mariinsky Teatrının
yeni səhnəsində
keçirilib.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 16 noyabr.- S.14.