İNDİ
El
ağsaqqalı, sayılıb-seçilən söz adamı
Qənbər Şəmşiroğlunu ad günü
münasibətilə "525-ci qəzet"in kollektivi olaraq
ürəkdən təbrik edir, ona ən xoş
arzularımızı ünvanlayır, şeirlərindən
nümunələri oxucularımızın diqqətinə
çatdırırıq.
Bahar əhvalımı xatırlayaraq,
Payız əhvalıma dözürəm indi.
Bir zaman yerləri göydən süzərdim,
Yerlərdən göyləri süzürəm indi.
O vaxt ki, könlümdə yar şövqü vardı,
Nərəm göy suları varaqlayardı.
Qollarım dəryanı qucaqlayardı,
Halsızam, dayazda üzürəm indi.
Məhəbbət uğrunda düşdüm borana,
İstəmişdim bir baş vuram
ümmana.
Bəlkə elə çevriləcək
dastana:
Sözdən mirvarilər düzürəm
indi.
ÜSTÜNƏ
Özün xəlq etmisən,
böyük Yaradan,
Nəzər sal, nur çilə
yerin üstünə.
Elə əvvəllərdən qayda
olubdu:
İnamla gedəllər pirin üstünə.
Qəlblərdə şeytanlar yuva
salıbdı,
Şər ilə, böhtanla
dünya dolubdu,
Artıq
insan oğlu aciz qalıbdı,
Pərdə çəkə bilmir şərin üstünə.
Mane olan olmaz alsan,
ya versən,
Ədalətin vardır - tədbir görürsən.
Xaliqsən, Vahidsən, Qadirsən,
Birsən!
Hamı yön çevirir birin üstünə.
Öz güclü əlini atmasan əgər
Nadanlıq, nankorluq baş alıb gedər.
Hər kəs dərk edəcək nəsihət
göndər,
Dərdə düşmüş bu bəşərin üstünə.
Qənbərin xahişi belədir,
belə:
Dünyanı tutmasın xəsarət, bəla.
Yolumuzu sədaqətə tuş elə,
Hamı gedə bilsin xeyrin üstünə.
EYLƏR
Nəsil-nəcabəti dürüst olanlar,
Müdam
yaxşılığa dəlalət
eylər!
Yeri gəlsə əsirgəməz
canını,
İgid
ürəyini əmanət
eylər!
Kişi
gördüm: dar ayaqda kişidi,
Dada çatmaq, hova
yetmək işidi.
Müdafiədə sinəsidi, döşüdü,
Min əzaba dözər, dəyanət eylər!
Yeməyin gədanın çayın,
çörəyin,
Süfrə üstə söyləyəcək
diləyin.
Əsirgəməz fırıldağın, kələyin,
Aləmə səs salar, bəyanət eylər!
Çox
dolandım babaların
oymağın,
Görmədim palıdda cökə
calağın,
Gecə
kəsər qonşusunun
qulağın,
Səhər göz önündə
ibadət eylər!
Eşitmişik, biz də gördük
dünyada,
Cəsurlar dost üçün qalanar oda.
Qənbər, söylə, çox
deyilmiş olsa da
Xain üzə gülər, xəyanət eylər!
BİLMİRƏM
Ətri
də gedibdi, xoş görkəmi də,
Daha bənövşəni görə
bilmirəm!
Kolların dibində qaldı
ömürlük,
Uzaqdı,
yaxındı - gələ
bilmirəm!
Vaxt var idi çəmənlərə
gedərdik,
Dəstə-dəstə dosta töhfə verərdik,
Qoxusuna könül fəda edərdik,
Yuxuda görürəm, dərə
bilmirəm!
Tale bizi yaman ayrı
salıbdı,
Gözəlliklər düşmənlərə qalıbdı.
Həsrət məni qəm-qüssəyə
alıbdı,
Necə
yaşayıram-hələ bilmirəm!
Mən bir gün yox
olanda kölgələr
təkin,
Demirəm ağlayın, göz yaşı tökün.
Qəbrimin üstünə bənövşə
əkin,
Axı o çiçəksiz
ölə bilmirəm.
Qaçqın olduq, gözlərimiz gördü nə?
Sığınmışıq kainatın Mərdinə!
Şərik olun siz Qənbərin dərdinə,
Ağlayıram, amma gülə
bilmirəm!
GƏZƏR
Əqidəsi doğru, Allah sevənlər
Həqiqət axtarar, imanı gəzər.
Tanıyar Qibləni, tanıyar
Haqqı,
Məhəmməddən qalan Quranı gəzər!
İstəyər ki, halal nemət bol olsun!
Hər kəsin getdiyi doğru yol olsun!
Ellər
fərəhlənsin, həm
xoşhal olsun!
Üzə vurmasa da pünhanı gəzər!
Hamıya
xoş əhval, şadlıq diləyər,
Əlsiz,
ayaqsıza kömək
eləyər,
Aclara sonuncu tikəsin verər,
Dillərdə dastantək dünyanı gəzər.
Ürəyində yurd salmayan yalanlar,
Canından böhtanı, məkri qovanlar.
Qəlbi
istək ilə nurla dolanlar
Alla hu-Əkbəri, sübhanı
gəzər!
Rəbbim,
özün saxla, eləsi də var,
Yalandan min fitnə-böhtan
uydurar.
Dostuna gah duzaq, gah
tələ qurar,
Ara qarışdıran
şeytanı gəzər.
VAR
Gözə görünmədən Haqq olan kəsin
Zühr edib bilinmək təcəllası var.
Yaratdığı hər bəndənin
ayrıca
Özünə məxsusluq iştahası
var.
İnsanı yaşadan duzdur,
çörəkdir,
Halal zəhmət
çəksən, O verəcəkdir.
Doğruçu, qeyrətli olmaq
gərəkdir,
Bizlərdən beləcə təmənnası
var.
Oğr uya, əyriyə, yalana lənət,
Ürəyinə şeytan dolana lənət.
Aralığa nifaq salana lənət,
Hər işin
oxşarı, öz qaydası var.
Atdığımız hər addımı izləyər,
Səbri
çox böyükdü,
dözər, gözləyər,
Qərara
gələndə bir cümlə deyər:
Cümlənin xəbəri, mübtədası
var.
İstəsə, hər şeyi
aşıb-daşdırar,
Boy verər, bəzən də aşıb-daşdırar.
Ya göyə ucaldar, ya dolaşdırar,
Belə edər-etməz intəhası
var.
Sərkərdələr sözdə bir olsa əgər
Qələbə gətirər, zəfər
gətirər.
Axşam-səhər deyin: "Allahu-əkbər!"
Qənbərin sözünün
bu mənası var.
Qənbər ŞƏMŞİROĞLU
525-ci qəzet.- 2019.-16 noyabr.- S.15.