TANRIM
Həyat
eniş-yoxuşdu,
Səni
duydum, nə xoşdu,
"Yalnış da
bir naxışdı".
Fikrət
Qocaya hər söz
Dünyaya bir baxışdı.
Tanrım,
mən ağlamıram,
Gözüm dolu yağışdı!
Bəlkə mənim dərdimə
Mələklər ağlamışdı...
BİR
QARA MİLÇƏK
Çöldə bayram günüdü,
Çal-çağır, vur-haraydı.
Yayın qaynar ayıdı.
Elə bil ki, xamıram,
Gün boyu yoğrulmuşam,
Yaxşıca yorulmuşam.
"Oxqay" deyib
oturdum.
Sərin otaq, mən də tək.
Hardansa peyda oldu
Bir yekə
qara milçək.
- Ay Milçək,
Məndən əl çək!
Gah qulağıma girir,
Gah cumur göz-qaşıma.
Oyun açır
başıma.
Baxmır
yalvarışıma,
Baxmayır göz yaşıma...
Ev başıma dar olub,
Çarpayım məzar olub.
- Ay Milçək,
Məndən əl çək!
Mənimdir bu od-ocaq!
Erməni
deyilsən ha...
Vuracam öləcəksən!
Adım qatil olacaq...
13.11.2019
Fikrət QOCA
525-ci qəzet.- 2019.-16 noyabr.- S.14.