Mədəniyyət
Nazirliyinin rəhbərliyi bölgələrdə vətəndaşları
qəbul edib
Noyabrın
15-də Mədəniyyət naziri Əbülfəs Qarayev
Kürdəmir rayonunda vətəndaşlarla
görüşüb.
“Qafqazinfo”nun məlumatına görə, mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev həmin gün Ağdam rayon Heydər Əliyev Mərkəzində (Quzanlı qəsəbəsi) Ağdam rayonundan, nazir müavini Rafiq Bayramov Ağcabədi Rayon Bayraq Muzeyində Ağcabədi və Laçın rayonlarından olan vətəndaşları qəbul ediblər.
Nazir Əbülfəs Qarayevin Kürdəmir Heydər Əliyev Mərkəzində keçirdiyi qəbulda sakinlər tərəfindən Aşıq Yaradıcılığı Mərkəzinin yaradılması, rayonun Sığırlı kəndindəki Qaratəpə yaşayış yeri və qəbiristanlıq ərazisində arxeoloji qazıntı aparılması, elmi araşdırma işlərinin həyata keçirilməsi, kəndlərdə mədəniyyət mərkəzləri və kitabxana-informasiya mərkəzlərinin yaradılması, Heydər Əliyev Mərkəzində təmir işlərinin görülməsi, işlə təmin olunma barədə müraciətlər olub.
Mədəniyyət Nazirliyinin
aidiyyəti struktur bölmələrinin
nümayəndələrinin də iştirak
etdiyi görüşlərdə bütün müraciətlər dinlənilib,
qaldırılan məsələlərin əksəriyyəti
yerində həllini tapıb. Bəzi müraciətlərin operativ araşdırılması və qanunvericiliyə
uyğun həll olunması məqsədilə
müvafiq tapşırıqlar verilib.
525-ci qəzet.- 2019.-16 noyabr.- S.14.