Xalq təfəkkürü
Həyatda hər şey olduğu kimi görünmür. Odur ki, bir çox fikir mühəndisləri, söz
sərrafları, yazıçılar,
şairlər dünyanın
pozulmuş mizanını
sahmana salmaq üçün daim çalışır, bu
yolda əbədi çaba göstərirlər.
Bu, əbəs, faydasız, bihudə cəhd deyil, missiyadır, vicdan borcudur.
Hər kəs dünyanın sahmanına
bir damcı mükəmməllik eleksiri
əlavə etsə, israrlı və qətiyyətli iradəsini
insanlığın azadlığı,
yüksəlişi naminə
səfərbər edə
bilsə, bəşəriyyətin
mənəviyyat xəzinəsinə,
heç şübhəsiz,
öz xidmətindən
müəyyən bir
pay vermiş olar. Belələri ilk növbədə mənsub
olduğu xalqın, millətin qarşısında
öz çarəsiz
borcundan müəyyən
qədər çıxa
bilərlər. Bu bəşəri duyğular
yaradıcı şəxslərə
- yazıçılara, şairlərə,
alimlərə, filosof
və mütəfəkkirlərə
daha çox aiddir. Növbəti doğum gününü
qeyd etdiyimiz Azərbaycanın görkəmli
yazıçısı Əli
İldırımoğlu öz
həyatı, yaradıcılığı,
estetik idealı ilə bu bəşəri
vəzifələri layiqincə
yerinə yetirən qələm sahiblərimizdəndir.
Onun əsərləri xalq yaddaşı xəzinəsidir,
milli dəyər və bəşəri meyardır. O, bütün
əsərlərində xalqın
milli-mənəvi cəhətlərini
qabartmış, onları
müdafiə etmiş,
bugünkü psevdosvilizasiyanın
dağıdıcı təsirlərindən
qorumağa çalışmışdır.
Keçmişin sosial, dini, digər mənəvi-mental
gələnəkləri ilə
bu günün müasir təfəkkür
özgürlüyünün harmonik xülasəsini təqdim etməklə o, milli-mənəvi dəyərləri
multikulturalizmin bəşəri
prinsipləri ilə ustalıqla qovuşdurmağa
nail olmuşdur. Əli müəllim
bütün əsərlərində
işıqlı ədəbiyyatın
nümayəndəsi kimi
insanları sülhə,
əmin-amanlığa, humanizmə,
sosial ədalətə
çağırmış və bu üstün
duyğuları qaba zorakılığa qarşı
sipər kimi qoymuşdur.
Lev Tolstoy deyir ki,
mənim yaradıcılığım
mənim tərcümeyi-halımdır. Bu sözlər həm fikrin bədii-estetik, həm də birbaşa, müstəqim və praktiki mənasında Əli müəllimin yaradıcılığı
ilə identiklik təşkil edir. Əslində, bu faktı
bütün yazıçılara
aid etmək olar.
Amma elə yazıçılar
var ki, öz
keçmişinə və
yaşadığı həyata
çox ehtiyatla yanaşır, bəzi faktları, hətta gizlədib ört-basdır
edirlər. Əli
müəllim isə öz keçmişini bədii tərcümeyi-hala
çevirmək üçün
heç bir ehtiyat tədbirləri görmür, bəzək-düzəyə
lüzum bilmir, yaşadığı həyatı
bədii ədəbiyyata
şəstlə, çəkinmədən,
bir az
da qürur və fəxarətlə gətirir. Çünki o, öz həyatını
elə yaşayıb ki, çəkinməli və gizlətməli heç nəyə ehtiyac yoxdur.
Bir məsələni də qeyd etmək yerinə düşərdi:
bir var tarixdən
gələn insanlar, bir də var,
tarixi gətirənlər,
tarixi özüylə
daşıyanlar, öz
işi, gücü, əməli fəaliyyəti
ilə tarixi yaradanlar... Əli İldırımoğlu tarixi şəxsiyyət kimi təkcə tarixdən gələn kişilərdən deyil, eyni zamanda, tarixi
yaradan və onu çiyinlərində
(qələmində) bu
günümüzə daşıyan
ustad sənətkarlarımızdandır.
Azərbaycan xalqının tarixləşmiş
dünəni, bu günü, milli-mental dəyərləri, etnogenezi
onun əsərlərində
fundamental təcəssümüylə bu günümüzə daşınmışdır. Bu baxımdan onun
əsərlərində xalq
bir obraz kimi qəhrəman səviyyəsinə qaldırılır.
Başqa sözlə,
milli iradəni, müdrikliyi, etnosun əbədi əzəmətini
öz varlığında
bütün çalarlarıyla
yaşadan Əli İldırımoğlu qəhrəmanları
- İldırım kişi
("Mənim rəncbər
atam"), Höcət
Cahangir ("Aqibət"),
Nazim İlham ("Zorən jurnalist"), Əmrah ("Əmrahsız
qalan dağlar"), Nəcəf ("Daş yağan gün"), Mürşüd kişi
("Qoca macgəl")
və başqaları
bütövlükdə yenilməz
bir xalq obrazıdır, Azərbaycan
xalqının əbədi
yaddaşını və
tərcümeyi-halını yaşadan simvollaşmış
insanlardır. Bu mənada Əli müəllim xalqdan gələn əsl xalq yazıçısıdır.
"Həyatda ən böyük həzz yaradıcılıq həzzidir". Cek Londonun sözləridir. Əli müəllim bu gün də yazıb-yaradır, bu həzzin iradi eleksirində yeni-yeni bədii nümunələrə imza atır. Nə xoş bir duyğu...
Hörmətli Əli müəllim, ey böyük ustad! Bu həzzin ağuşunda yaşamaqdan
yorulmayasınız! Sizə uzun müddət
bu həzlə baş-başa
olmağı, yəni oxucularınızı yeni-yeni
mükəmməl bədii sənət nümunələrilə
sevindirməyi arzulayıram.
Kamal
ABDULLA
ADU-nun rektoru, akademik
525-ci qəzet.- 2019.- 16 noyabr.- S.12.