Əli İldırımoğlunun kəlamları
Var-dövləti
dərrakəsindən artıq olanların axır-aqibəti
faciədir.
***
Vəzifə sadəliyin, səmimiyyətin qənimidir; ünsiyyət tellərini günbəgün çürüdür.
***
Həbsxana zillətindən betər cəzalar var. Ən ağırı anasızlıqdır. Mən belə
bir cəzanı çəkmişəm.
***
Əl tutanda xeyli-xeyli yüngülləşirəm. Əlimdən tutanda arzumca olmayan minnət yüküm ağırlaşır
və qəlbimin həssaslığında əzaba
çevrilir.
***
"Ağacı içindən
qurd yeyər" - deyiblər. Nəsildə, nəcabətdə peyda olan qurd
qəni düşməndən
betərdir.
***
İnsan üçün ən müqəddəs olan vicdan qanunudur. Yalnız o qanunla
gedənlər Tanrı
dərgahına yaxınlaşırlar.
***
Savadın da, istedadın da sükançısı
ağıl, kamal olmalıdır.
***
Ədəbiyyatın atası istedad, anası əzab-əziyyət,
mamaçası zəhmət,
bəzəyi sadəlik,
eybi təkəbbürdür.
***
Hörmətimi əziz tutanların qarşısında kiçilirəm,
gücsüzləşirəm, aciz oluram.
***
Naqis qadınları
ən çox namus-qeyrətdən dəm
vuran ərləri mədh edir.
***
Mənəvi zənginlik insanlığı
zinətləndirir, maddi
zənginlik isə eybəcərləşdirir.
***
Ahıllığın ən böyük dərdlərindən biri sənə möhtac olanlara möhtac olmaqdır.
***
Yazıçı az yaşasa da, çox ömür sürür.
***
İstedadsızları istedadsızlar mədh edib, göylərə qaldırır.
***
Valideyn üçün
ən böyük dərd əzizləyib
ərsəyə gətirdiyi balasının sonradan
onun başına bəla olmasıdır.
525-ci qəzet.- 2019.- 16 noyabr.- S.12.