İlahi işığın nuru üzündə
Vasim Məmmədəliyevin əziz xatirəsinə
Bu elə, torpağa tale töhfəsi,
Ata ocağının gur işığıydın.
İrfanın, imanın, göylərin
səsi,
Kürsülər, məclislər yaraşığıydın.
İlahi
işığın nuru
üzündə,
Mərifət gül açmış
hər bir sözündə,
Səmavi
sirr vardı gözəl səsində,
Haqdan yaranmışdın,
Haqq aşiqiydin.
Saysız
xidmətlərin sənin
adını,
Zamandan zamana daşıyacaqdır.
Alim, gözəl insan, müəllim adın
Əziz
xatirətək yaşayacaqdır...
Mən tariximdən gəlmişəm
Yurdum odlar diyarıdır,
Mən işığam, mən atəşəm,
Zülməti yarmaqdır peşəm.
Vətənə anam demişəm,
Mən tariximdən
gəlmişəm.
Oğuz
xanın nəvəsiyəm,
Ulu tarixin səsiyəm,
Soruşma nəyin nəsiyəm,
Mən tariximdən
gəlmişəm.
Qılınc mənəm, qələm
mənəm,
Dünyaya ilk gələn mənəm,
Var olmaqçün ölən
mənəm,
Mən tariximdən
gəlmişəm.
Var olmuşam, olacağam,
Daim alışan ocağam,
Dosta açılan qucağam,
Mən tariximdən
gəlmişəm.
Atəş olub yaxan mənəm,
Şimşək olub çaxan mənəm,
Düşmən evin yıxan mənəm,
Mən tariximdən
gəlmişəm.
Əsir
Şuşam, Cıdır
düzüm,
Həsrətinə necə dözüm?!
Bu dərdin çarəsi özüm!
Mən tariximdən
gəlmişəm.
Qara ağrım Qarabağım,
Muğamlı doğma torpağım,
Sənə dönəcək bayrağım,
Sən tariximdən
gəlmisən.
Ünvanına ağ yalanlar yazsalar da,
Tarixinə saxta möhür
bassalar da,
Səm Simurqsan, dəyişməzsən,
ölümsüzsən,
Sən mənimsən, parçalanmaz,
bölümsüzsən,
Tariximdə öz adınla
qalacaqsan,
Sən tariximdən gəlmisən!
Əsgər nəğməsi
Torpağımız qanla sulanmış bizim,
Ürəyimdə düyünlənibdir sözüm.
Düşmən tapdağına yox
artıq dözüm,
Ey Vətən övladı,
a canım, gözüm,
Marş
irəli, marş Vətən imdadına!
Torpağımız, namusumuz, şanımız,
Bu uğurda əsirgənməz
qanımız,
Tələb edir dinimiz, imanımız,
Gəl eloğlu, gəl birləşək hamımız,
Marş
irəli, marş Vətən imdadına!
Lap sümüyə dayanıb
artıq bıçaq,
Bir bayraq altına! Nə sol, nə də sağ,
Sənin,
mənim, bizimkidir bu torpaq,
Sənin,
mənim, bizimkidir bu bayraq,
Marş
irəli, marş Vətən imdadına!
Şuşam
Gözü yolda qalan Şuşam,
Həsrətinlə qovrulmuşam...
İntiqamla yoğrulmuşam,
Gözlə məni, gələcəyəm,
Göz yaşını siləcəyəm!
Çilələrin bitməz olmuş,
Bülbüllərin ötməz olmuş,
Səsin
mənə yetməz olmuş,
Qayaları dələcəyəm,
Gözlə məni, gələcəyəm!
Şimşək olub çaxacağam,
Atəş olub yaxacağam,
Düşmən evin yıxacağam,
Gözlə Şuşam, gələcəyəm,
Göz yaşını siləcəyəm!
Azadlığın sorağıyla,
Düşmənlərə göz dağıyla,
Azərbaycan bayrağıyla
And içirəm, gələcəyəm,
Göz yaşını siləcəyəm!
Ey Azərbaycan əsgəri
Qobustanın qayaları,
Xəzərin qırçın suları,
Məsum
körpə röyaları,
Qoru deyir, qoru məni...
Gey əyninə, gey səngəri,
Ey Azərbaycan əsgəri!
Xocalının qan yaddaşı,
Kəlbəcərin dərdli başı,
Üzeyirin məzar daşı,
Qoru deyir, qoru məni...
Gey əyninə, gey səngəri,
Ey Azərbaycan əsgəri!
Qədirin göynəyən səsi,
Bülbülün qay nar nəfəsi,
Xan əminin şikəstəsi,
Qoru deyir, qoru məni...
Gey əyninə, gey səngəri,
Ey Azərbaycan əsgəri!
Anaların min diləyi,
Babaların min əməyi,
Nəsillərin gələcəyi,
Qoru deyir, qoru məni...
Gey əyninə, gey səngəri,
Ey Azərbaycan əsgəri!
Xarı bülbül ağlamasın
Səmalar da qara bağlar,
Sular, sellər coşub çağlar,
Ürəkləri həsrət dağlar,
Xarı bülbül ağlayanda.
Güllərin bağrı qan
olar,
Nərgizin gözləri dolar,
Qərənfillər dinməz solar,
Xarı bülbül ağlayanda.
Buludlar kirpiyin sıxar,
Göz yaşı sellənib axar,
Qəmli-qəmli ay da baxar,
Xarı bülbül ağlayanda.
Haraylar dostu, sirdaşı,
Üsyan
edər qan yaddaşı,
Baş qaldırar məzar daşı,
Xarı b ülbül ağlayanda.
Haydı,
yürü Qarabağa,
Boynu bükük
o torpağa.
Azərbaycan, qalx ayağa,
Xarı
bülbül ağlamasın!
Ürəkləri dağlamasın!
Qoy gurlasın gur-gur cəngi,
Dəyişsin dövrün ahəngi,
Açılsın güllərin rəngi,
Xarı
bülbül ağlamasın!
Ürəkləri dağlamasın!
Təbrizim
Təbriz
dedim, dilim yandı,
Əl uzatdım,
əlim yandı.
Həsrət oduna tutuşdum,
Tək canım
yox, külüm yandı.
Təbrizim, Arazım mənim,
Payız
olan yazım mənim,
Nə vaxt səsin gurlayacaq,
Ey qırılan
sazım mənim.
Quruyan gölün ağrısı,
Farslaşan dilin ağrısı,
Nə vaxt kəsəcək, bilmirəm,
Həsrətli elin ağrısı?!
Ey ulu Təbrizim mənim,
Tarixdəki izim mənim,
Vaxt dolanar, zaman gələr,
Deyilər son sözüm mənim!
Yollar
Yenə
fikir yollarının ağına düşürəm,
Sonu görünən və görünməyən
yollarla görüşürəm.
Çəkir məni arxasınca
onlar,
Hər yolun öz taleyi,
hər taleyin öz yolu var,
Çeşid-çeşiddir onlar.
Bərli-bəzəklisi, daşlı-kəsəklisi
var,
Hərcayi qadınlar kimidir yollar.
Səmtini tez-tez dəyişir,
Gah güllü-çiçəkli çəmənliklərdən keçir,
Gah da bir kolluqda
ilişir...
Səmadan, dənizdən, qurudan
keçən yollar,
İnsanlara açılan qollar.
Biri bizi uzaq-uzaq ölkələrə, aya,
ulduza,
Biri dağa,
dərəyə, düzə
aparır.
Biri də son mənzilə...
Birini şöhrətin zirvəsinə
aparır,
Birini şöhrətin
zirvəsindən qoparır.
Haqqa aparan yollar da
var,
Haqdan qoparan yollar da var.
İrfani
yollar da var,
Şeytani yollar da var.
Hansını seçsən oraya aparır onlar.
Yol səni seçmir, sən yolu seçirsən,
Yolu seçərkən
öz taleyinin donunu biçirsən.
Könüllü seçilməyən, könüllü keçilməyən
yollar da var,
Alın yazısıdır onlar.
Yolsuzluq
sözü də var dilimizdə,
Yolsuzluq
özü də bir yoldur,
Bu yolun yolçuları
nəfslərinə quldur.
Orta yol da var.
Onun da yol ayrıcı, sağı, solu var.
Sağla
gedən sağlıq,
Solla gedən
solluq xəstəliyi tapar.
Dünyanın boynuna ilantək sarılan yollar da var.
Onlar gözə görünməzdir,
gizlidir,
Təhlükəli, sürüşkəndir, buzludur.
Super güclərin niyyətlərindən
keçir o yollar,
Pis niyyətli,
xəbis niyyətlidir
onlar.
Bir də mənəviyyat yolları
var.
Yolların ən çətini, ən şərəflisidir
onlar.
Dünyaya gəlmədən də,
dünyada da,
Son mənzildən sonra
da yollar bizimlədir.
Hələ son mənzildən sonrakı
yollar...
Sirli bir aləmə uzanan qollar.
Yolların sinəsini ayaqlayırıq,
İstəyəndə açırıq, istəyəndə
bağlayırıq.
Yollarsa sakit-sakit üzümüzə
baxır
Və bunların
əvəzini son mənzillə
çıxır.
Sinəsi
tapdaqlı yollar,
Sirli-soraqlı yollar,
Və qələbə bayraqlı
yollar!
Daşlar
Boz, ağ, qara
daşlar,
Tarixiniz nə zamandan başlar?
Daş dövründənmi,
daha əvvəlmi?
"Bilinməyir yaşınız,
Amma nələr
çəkmiş başınız".
Siz də bizim kimi torpaq
idiniz?
Dəyişdiniz, daş oldunuz?
Fərqli
olsaq da, həqiqət budur -
Ata-anamız torpaqla
sudur.
Daşlar - ögey və doğma qardaşlar.
Dözümünüz, səbriniz hamıya ibrətdir,
Gözləriniz kor, üzünüz
çox sərtdir,
Olsun, bu da bir xasiyyətdir.
Bəzən insanlar da sizə bənzəyir, daşlaşır,
İnsanlıq sərhədlərini aşır.
Belə
olmasaydı,
Qarabağ boyda qara ağrı olmazdı,
Yurd-yuva
həsrətilə ürəklər
qanla dolmazdı...
Dərələr, dağlar sizin olsun,
Çaylar, büllur bulaqlar
sizin olsun...
Başdaşısınız, başımızın
üstündə də
yeriniz var,
Bircə
ürəklərə girməyin,
nə olar!
Dünya
Dünya,
sənin neçə
üzün var imiş,
Çox üzlüsən, atalar doğru demiş.
Bir üzün
ağdırsa, bir üzün qara.
De, hardan gəlirsən,
gedirsən hara?
Bir üzündə əlvan-əlvan
naxışlar,
Bir üzündə
kinli-kinli baxışlar.
Bir üzündə məhəbbətin
cilvəsi,
Bir üzündə
xəyanətin kölgəsi.
Bir üzündə anaların
şəfqəti,
Bir üzündə
bədxahların nifrəti.
Bir üzündə məsum körpə çöhrəsi,
Bir üzündə
dəhşətli bomba
səsi.
Bir üzündə gözəl
həyat həvəsi,
Bir üzündə
ölüm, kabus kölgəsi.
Bir üzündə müharibə
sorağı,
Bir üzündə
dostluq, barış bayrağı.
Bir üzündə "gəlin
çıxdı" havası,
Bir üzündə
nakam bir gəncin yası.
Sən,
ey gəldi-gedər, yalançı dünya,
Həm yaradan, həm də talançı dünya.
Həm gözəlsən,
həm çirkinsən,
kimsən sən?
Böyüdən, bəsləyən, məhv
edən də sən.
Ən sonunda yalan dünya,
Verdiyini
alan dünya,
Fatehləri, sultanları yola
salıb,
Arxasınca gülən dünya...
Gül ey dünya, gülmək sənə yaraşır!
Allahşükür QURBANOV
525-ci qəzet.- 2019.- 20 noyabr.- S.20