"İki xalqın oğlu Maqsud Şeyxzadə" kitabı işıq üzü görüb

 

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən Özbəkistanın Azərbaycanın görkəmli sənətkarı haqqında "İki xalqın oğlu Maqsud Şeyxzadə" kitabı nəşr edilib.

 

Maqsud Şeyxzadənin 110 illiyinə həsr olunan kitab Ədəbiyyat İnstitutu Elmi Şurasının 28 fevral 2019-cu il tarixli 2 saylı qərarı ilə çap olunub.

Kitabın elmi redaktoru ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylidir. "İki xalqın görkəmli sənətkarı" sərlövhəli ön sözdə Maqsud Şeyxzadənin həyatı fəaliyyəti əksini tapıb.

Kitabı toplayıb nəşrə hazırlayan redaktoru filologiya elmləri doktoru Almaz Ülvi Binnətovadır. Topluya Özbəkistanlı alimlər akademik Naim Kərimov, filologiya üzrə fəlsəfə doktoru Gulnoz Sattarova Azərbaycanlı alim filologiya elmləri doktoru Yaşar Qasımbəyli rəy verib. Nəşrin məsul katibi isə AMEA Tarix İnstitutunun elmi işçisi Gülşən Kəngərlinskayadır.

"Elm və təhsil" nəşriyyatında işıq üzü görən kitabda Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyinə həsr olunmuş Beynəlxalq Elmi Konfransın materialları və haqqında müxtəlif illərdə yazılmış elmi məruzələr və məqalələr toplanıb. Məqalələr Azərbaycan, özbək və rus dillərində olmaqla yanaşı, kitabda 64 foto da yer alıb.

 

525-ci qəzet.- 2019.- 20 noyabr.- S.13.