Əjdər Olun yeni romanı çapdan
çıxıb
Bu günlərdə yazıçı Əjdər Olun "LO" adlı yeni romanı işıq üzü görüb.
"Qanun" nəşriyyatında
çap olunan əsəri yazıçı
"canlı roman" adlandırıb. Kitabın redaktorları
Əsəd Cahangir, Mahir N.Qarayev, korrektoru Zahir Məmmədlidir. Mətn dizaynı
Günay Seyidova, qapaq dizaynı Rafael Qasıma aiddir.
Kitabın üz qabığındakı
rəsm Xalq rəssamı Sakit Məmmədovundur.
"LO"
romanı uydurma deyil, canlıdır, gerçəkdir. Əsər son iki yüz ildə
xalqımızın ən
böyük hadisələrinin
baş verdiyi
1988-1993-cü illəri əhatə
edir. Bir-biri izləyən olaylarda
öz adı ilə iştirak edən qəhrəmanlar milli azadlıq hərəkatının, dövlət
müstəqilliyinin, Qarabağ
müharibəsinin fəal
iştirakçılarıdır. Onları həyatda da tanıyırıq. Hadisələrin şahidi olan müəllif insanların
taleyini dəyişən,
evlərimizin içərisinə
qədər gəlib çıxan qanlı-qadalı
hadisələri geniş
panoramda təsvir edir. İlk səhifədən oxucu romanın "əhalisi"nə qaynayıb-qarışır.
"LO" hər kəsin
romanıdır.
Artıq satışda olan kitabı şəhərin
müxtəlif yerlərindəki
"Əli və
Nino" kitab mağazası
şəbəkələrindən əldə etmək olar.
ŞAHANƏ
525-ci qəzet.- 2019.- 20 noyabr.- S.13.