"Temrin" dərgisinin
xüsusi sayı Anara
həsr olunub
Bu günlərdə Türkiyənin
"Temrin" ədəbi-bədii
dərgisinin yeni -
98-ci sayı işıq
üzü görüb. Dərginin bu
xüsusi sayı Azərbaycanın Xalq yazıçısı Anara
həsr olunub.
İlk yazı
"Ədəbiyyat" qəzetinin
baş redaktoru, ədəbiyyatşünas Azər
Turana aiddir. O, "Anarın
yaşama haqqı"ndan
danışıb.
Növbəti səhifələrdə oxucular Elçinin "İllərdir tanıdığım
Anar", Rahid Uluselin "Azərbaycan mədəniyyətinin Anarı",
Nizami Cəfərovun
"Səksəndən doxsana
gedərkən", Səlim
Babullaoğlunun "Anar
20-ci yüzildə xalqımızın
yetişdirdiyi böyük
azərbaycanlılardan biridir",
Ömər Kiçikmehmetoğlunun
"Anarla necə tanış oldum", Rəşad Məcidin
"Anar fenomeni: hər zaman xeyirxah və güclü", İlqar
Fəhminin "Anar xarakteri", Ramiz Rövşənin "Adıyla
yaşıd yazıçı",
Pərvinin "Sənətə
həsr olunan səksən il", Fikrət Qocanın "Dostum, səksən ili tamamlayırsan", Əyyub Qiyasın "Digər tərəfdə
kimlər görünür",
Sabir Rüstəmxanlının
"Anarın qalibiyyəti",
Niyazi Mehdinin "Anarı düşünmək",
Tehran Əlişanoğlunun "Anar" məqalələrini
oxuyacaqlar.
Bunlardan əlavə, üç müsahibə də var ki, Anar
yaradıcılığı, şəxsiyyəti haqqında
insanlarda geniş təsəvvür yaradacaq. Onlardan biri
"Mədəniyyət" qəzetinin yazıçı
Anarla olan müsahibəsidir. Digər ikisi
isə Sərdar Aminin Xalq yazıçısı
Kamal Abdulla və Xalq artisti Ramiz
Həsənoğluyla Anar
haqqındakı söhbətləridir.
Xalq yazıçısı Anarın
yaradıcılığından isə dərgiyə iki nümunə daxil edilib: "Yağmurlu gecə" və "Səadətin açarı".
Bütün nümunələri Türkiyə
türkcəsinə Ömər
Kiçikmehmetoğlu tərcümə
edib.
Şahanə Müşfiq
525-ci qəzet.- 2019.- 20 noyabr.- S.13.