Ömür - bir xəritə
Ömür
gah dağlardı, gah dərələrdi,
Belə qanad çalıb hara qonasan?
Ömür
başdan-başa xatirələrdi,
Yerdə nə qalacaq durub sanasan?
Xanada yer
çoxdu boş günlərimə,
Adı da heç yatmır dilə həmişə.
İlləri
böləndə xoş günlərimə,
Nədən qalıq qalır elə həmişə?
Gün
var, çıxmayıbdı gün işığına,
Gün də var, günahdı dilə gəlməsi.
Dönər
bu dünyanın yaraşığına,
Gün var, dilə gəlsə bircə kəlməsi.
Günəş
qələmidi, torpaq varağı,
Ömür xatirəyə dönən gündəlik.
Elə həzin-həzin
yanır ocağı,
Aylar urvalıqdı, günlər kündəlik.
Yer-göy
də könlümün tutur dəngini,
Sinəmin
altına təzə can çəkir.
Günlər
də Payızdan alıb rəngini,
Ürəyimə təzə həyəcan çəkir.
Aylar
materikdi, həftələr qitə,
Arzular keçilmiş dağ, dərələrdi.
Ömür
ümidlərə dönən xəritə,
Meridian xətlər xatirələrdi.
Təzə
söz göyərir təzə qitədə,
Hər gün duyğulara təzə rəng qatır.
Ömür
bir xəritə, o xəritədə
Hələ gör nə qədər xatirə yatır.
Payızdan bu yana
yazılan şeir
Gah
duyğu göyərdib, gah fikir əkib
Payızdan
bu yana yazılan şeir.
Hər
gün bir misranın yükünü çəkib
Payızdan
bu yana yazılan şeir.
Bəzən
qaya dəlib, bəzən daş oyub,
Bir mərdin
yolunda bəzən baş qoyub,
Dünyanın
dərdindən, qəmindən doyub
Payızdan
bu yana yazılan şeir.
Hər
gün su daşından düşən bir damcı,
Qulun
kürəyində zol açan qamçı,
Bir az kəmşirindi, bir az da acı
Payızdan
bu yana yazılan şeir.
Duadı,
alqışdı, ocaqdı, pirdi,
Bəndədən
ruzidi, haqdan səbirdi,
Bəlkə
bir az gizlin, bir az da sirdi
Payızdan
bu yana yazılan şeir.
Süzsən
süzülməz ki, nəmi süzü lər,
Ağlamaz,
kirpikdən qəmi süzülər,
Çəksən
bir sapını, cəmi süzülər
Payızdan
bu yana yazılan şeir.
Suvağı
tökülən divardı, daşdı,
Bir qəlbdə
ümiddi, bir gözdə yaşdı,
Bir yurdun
uğruna atılan daşdı
Payızdan
bu yana yazılan şeir.
Nəsil
ağacıdı, çox tərkdən gəlir,
Oğuzu,
Qıbçağı bir kökdən gəlir,
Dərbənddən,
Təbrizdən, Kərkükdən gəlir,
Payızdan
bu yana yazılan şeir.
Dua elə
Kəfənbiçən,
kəfənimi bir az gen biç,
Səndən ayrı umacağım yoxdu, düzü.
Sağlığımda
gen dünyanı görmədim heç,
Görünmədi gözlərimə heç xoş
üzü.
İndi
susur çox günaha şərik ürək,
Sağlığında bir kimsəni incitmədim.
Sevdim
gözəl qadınları bir mələk tək,
Çirkinləri heç könlümə dərd etmədim.
Fatihəxan,
nə yanıqlı səsin varmış,
Dua elə, günahlarım bağışlansın.
Yaradandan
mələklərə izin varmış,
Qəbrim üstü ya sürülsün, ya
xışlansın.
Adamına
bir tələdi dünya varı,
Fələk oğlu Fələyi də min dillidi.
Bu bazarda
nə qazancı, nə də karı,
Qəbrim üstə bir daşı da təsəllidi.
Güvən
yoxdu, ya isidə, ya isinə,
Yerli, göylü dünya mənə otaq oldu.
Şərik
oldum bir dünyanın sevgisinə,
Fələyi də mənimlə bir ortaq oldu.
Sevdim
gözəl qadınları qadınım tək,
Dünya başdan göyçəklidi, gözəllidi.
İstəyənə
istəyini verməz Fələk,
Bir daşı da məzarıma təsəllidi.
Yetər
mənə yaradandan bir xoş baxış,
Qəbrim üstü nə bəzənsin,
naxışlansın.
Fatihəxan,
nə yanıqlı səsin varmış,
Dua elə, günahlarım bağışlansın.
Havalı gəzən könül
Havalı
gəzən könül,
Gün gələr, havan keçər.
Tapmazsan
quru çörək,
Naharın yavan keçər.
Sel topuq,
su dizindən,
Yaş
qovar yel gözündən,
Tutarsan
göy üzündən,
Vaxt durar,
nə an keçər.
Əzrayıl
can alınca,
Qaçarsan
can dalınca,
Bir məzar,
yüz qarınca,
Yüz
dişdən bir can keçər.
Dil olar
yanıqlı ney,
Qanından
çəkilər mey,
Təzədən
başlar hər şey,
Qayıdıb Ondan keçər.
Mənim iş otağım
Gözümdə
uyqu var, könlümdə ilham,
Sözü dikdə edən vaxtın özüdür.
Təpələr
kürsümdü, zirvələr masam,
Mənim
iş otağım bu yer üzüdür..
Könül
pərvanəsi bir zəif şamın,
Fikir qırmanc çəkir, duyğular döyür.
Yatıb
qanadına bəzən ilhamın
Nəyə tərif deyir, nələri öyür.
Gah
qışdı, gah payız iş otağımda,
Fəsillər dəyişir elə bu sayaq.
Göy
üzü əlimdə, yer qucağımda,
Ömürdü döyüşür elə bu sayaq.
Ulduz
şamım olub, günəş çırağım,
Ömrün
bir üzü ağ, bir üzü
göydü.
Bulud qələmimdi,
torpaq varağım,
Mənim
iş otağım bu yer, bu göydü.
Dünya
gözəl olur sənli günlərdə,
Könlümü duyğular, məni söz tutur.
Dumanlı
günlərdə, çənli günlərdə
Barmağım qələmdən könülsüz
tutur.
Bir
üzü baharam, bir üzü yazam,
Mənə ilham verir dağı, dərəsi.
Təpələr
kürsümdü, zirvələr masam,
Mənim
iş otağım bu yer kürəsi.
Boş yer
Baxışlarım
boş yer gəzir,
Adamların
arasında
Yerdə,
göydə, havada
Qara tabut
arxasıca
Gedənlərin sırasında.
Təyyarədə,
qatarda,
Boş
yer vardır görən harda
Xəzəl
olmuş yarpaqların içində,
Boş
yer yoxdu
Nə
ABŞ-da, nə Çındə.
Nə
ölülər, nə dirilər arasında,
Boş yer yoxdu.
Nə mələklər,
nə pərilər arasında
Boş yer yoxdu.
Ölülər
məzarda,
Doğulan körpələr bələkdə.
Hərə
tutub öz yerini
Bir ürəkdə.
Baxışlarım
boş yer gəzir
Suda, torpaqda havada.
Adamlar
çörək növbəsində,
Quşlar yuvada.
Baxışlarım
boş yer gəzir,
Boş yer.
Boş ver, qardaş, boş ver.
Başdan yarat
Yarat məni
gəl təzədən,
Nə torpaqdan, daşdan yarat.
Bir yox ikən,
yoxdan var et.
Allah, məni başdan yarat.
Yoğur
Musa sümüyündən,
Bir azca da İsadan qat.
İslat
Zərdüşt ruhu ilə,
Allah, məni
başdan yarat
Yarat bircə
damla sudan,
Mələklərin bətninə at.
Suvar məni
ürəyindən,
Allah, məni başdan yarat.
Çatarsan
Burax
getsin bu dünyanı,
Ardınca qaçıb çatarsan.
Bir əlin
var, bir ayağın,
Buxovdan açıb çatarsan.
Fələk
yellər yelpiyini,
Yer nazilər, göy çatlayar.
Dəvənin
quyruğu yerdə,
Qum çiçəklər, daş otlayar.
Gah
eyhamdı, gah bəhanə,
Dəccalın gözünün yaşı.
Durub Dəccala
əl açır
Qarunun qohum-qardaşı.
Haçandır
səni gözləyir,
İsrafil, əlində suru.
Adəm Məkkəni
süpürür,
Musa da dolanır Turu.
Fani
dünya sənə qalmaz,
Bir az belə baş qatarsan.
Qumru quşları
Uca
binaların çardağı yuva,
Qonduğu yerlərdi səki daşları.
Bir az hiyləsi var, bir az da yava
Şəhərdə
yaşayan qumru quşları
Nə
yaylaq tanıyır, nə aran görür,
Qisməti nə kədər, nə göz yaşları.
Mübhəm,
laübalı bir həyat sürür
Şəhərdə yaşayan qumru quşları.
Yolu-yolağası
hər tin başları,
Axşam qanad çalır, səhər səf salır.
Şəhərdə
yaşayan qumru quşları
Gündüzlə
gecəni bəzən səhv salır
Vaxtı
çeşid-çeşid, günü rənbərəng,
Gördüyü yuxular al-əlvan olur.
Uçuşu
astadı, addımları ləng,
Ona nə daş atan, nə qovan olur.
Qurunun
yerinə yaş çıxarırlar,
Gördüyü
hər işdən çıxır başları
Vallah,
bizdən yaxşı baş çıxarırlar,
Şəhərdə
yaşayan qumru quşları...
Bu yer də, bu göy də
Bir az da əcəlin qarışa başı,
Ürək
də işinə vəfalı ola.
Elə
belə keçə payızı, qışı,
Ömrün
yaşamağa macalı ola.
Düşə
göy üzündən torpağa naxış,
Yuya
çiçəklərin üzünü yağış,
Görə
umduğundan könül xoş baxış,
Baxış
da bir Pəri misalı ola.
Sevgilər,
istəklər çıxa dizinə,
Kölgəsi
uzana göyün üzünə,
Günəşdən
bir çınqı düşə sözünə,
Sözün
də yüz cahı-cəlalı ola.
Yuya
günahları günəşin nuru,
Hamı təmizlənə,
ola dupduru,
İblisin
tilovu, Şeytanın toru
Yaxşı
mələklərin timsalı ola.
Dostlardan
atılan daş belə gələ,
Gülümsər
gözlərdən yaş belə gələ,
Açılan
hər səhər kaş belə gələ,
Axşamı
da belə səfalı ola.
Yağa
yaradanın nuru içinə,
Yığa
odu, közü, qoru içinə,
Zərəri
çölünə, karı içinə,
Bu yer də,
bu göy də halalı ola.
Bu səhər çağı
Açılıb
tökülüb günün saçağı,
Əyrilib dönübdür hər zərrə telə.
Çiçəklər
gözəldir bu səhər çağı,
Üstündə günəşin şəfəqi ilə.
Gilənar
ağacı ərgən çağında,
Gilələr
od alır, yanır, köz olur.
Quşlar üz suvarır gül yanağında.
Arılar budağa qonur, söz olur.
Kilimlər
döşənib, xalı sərilib,
Gül gülü çağırır, bülbül
bülbülü.
Çiçəyi
savılıb, gülü dərilib,
Qalıb bənövşənin quru sünbülü.
Əyilib
diliylə köz götürübdür,
Oddan köynək geyib Həmişəbahar.
Üzüm
tənəyini söz götürübdür,
Dolu salxımları tutmur talavar.
Açır
sinəsini tərli çiyələk,
Əncirin, Dəfnənin dodağı qaçır.
Yerin
yaxasını oynadır külək,
Daş çiçək bitirir, torpaq gül
açır.
Keçir
baxışlarım sanki Siratdan,
Tutur əllərimdən göy mələkləri.
Əyilib
boylanır yarpaqlar altdan,
Qırpır gözlərini nar çiçəkləri.
Elə
gözəllik var, gizlində hələ,
Mən dünya bilirəm bu kiçik bağı.
Üzündə
günəşin işığı ilə
Çiçəklər gözəldir bu səhər
çağı.
Nəmli bir xatirə
Tutur
göyün üzünü,
Buludun nəmli çətri.
Sular yuyub
aparır
Payızdan qalan ətri.
Düşür
soyuq damlalar,
Sinəmi üstdən oyur.
Sən nəmli
bir xatirə,
Yağış səni də yuyur.
Saralmış
otun iyi
Yerdə, göydə, çəməndə.
Qarışırsan
sulara,
Axıb gedirsən sən də.
Səndən
sonra çəkilir
Buludun nəmli çətri.
Qalır
nəmli havada
Qurumuş çiçək ətri.
Məmməd Tahir
525-ci qəzet.- 2019.- 22 noyabr.- S.15.