Bakıda "Alüminium" VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi  keçirilib

 

 

Noyabrın 20-də Şirvanşahlar Sarayında "Alüminium" VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində ekspozisiyaların açılışı layihələrin təqdimatı mərasimi keçirilib.

 

Təqdimatda çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov deyib: "Bu dəfə dünyanın 17 ölkəsindən 40-dan çox xarici rəssam dəvət edilib. Azərbaycandan isə biennaledə 30-dək rəssam iştirak edir. Onlar biennale çərçivəsində görüşüb öz əsərlərini nümayiş etdirəcək bəşəriyyəti düşündürən suallara birlikdə cavab tapmağa çalışacaqlar. Bu da onu göstərir ki, həqiqətən Azərbaycanda müasir incəsənət sahəsində görülən işlər öz bəhrəsini verib bizim ölkə dünya səviyyəsində bir mədəniyyət ölkəsi kimi tanınır, qəbul edilir".

Bildirib ki, noyabrın 20-dən 25-dək Bakıda "Alüminium" VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcək. Onun sözlərinə görə, biennalenin strateji hədəfi müasir incəsənətin inkişafı, xarici ölkələrdə müasir incəsənət sahəsində baş verən yenilik təmayüllərin Azərbaycanla uzlaşdırılması rəssamlar arasında dialoq yaradılmasıdır.

Sonra İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova biennalenin kuratoru Dilara Vahabova çıxış ediblər.

Çıxışlardan sonra qonaqlar ekspozisiyalarla tanış olublar.

Qeyd edək ki, 2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən "Alüminium" Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak edirlər. Biennalenin təşkilatçıları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Rəssamlar İttifaqıdır.

Biennaledə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, fotoəsərlər, habelə Azərbaycan, Almaniya Gürcüstan rəssamlarının performansları nümayiş olunacaq.

Həmin gün Biennalesi çərçivəsində növbəti sərgi Azərbaycan Rəssamlar İttifaqında təşkil olub.

Tədbirdə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov sərginin əhəmiyyətindən danışıb.

Bildirib ki, sərgidə Azərbaycanla yanaşı, Yaponiya, Norveç İspaniya fırça ustalarının əsərləri nümayiş edilir. Bu gün burada azərbaycanlı rəssamlar Nazim Şah Tərlan Qorçunun əsərləri ilə yanaşı, yaponiyalı rəssam Şo Heseqavanın, norveçli fırça ustası Eli Qladerin ispaniyalı sənətkar Teresa Puiq-Pastorun bir-birindən maraqlı əsərləri yer alıb. Sərginin yaddaqalan məqamlarından biri Azərbaycanın Əməkdar incəsənət xadimi, tanınmış fotoqraf Yuri Varnovskinin "kinematoqrafiyamız pərdə arxasında" silsiləsidir. İnanıram ki, onun Azərbaycan filmlərinin çəkiliş meydanlarında lentə aldığı fotoşəkillər hər bir iştirakçının marağına səbəb olacaq.

Tədbirdə çıxış edən fırça ustaları sərginin təşkilini yüksək qiymətləndiriblər bu işdə əməyi olanlara minnətdarlıqlarını bildiriblər.

Sonra iştirakçılar sərgi ilə tanış olublar.

"Alüminium" VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesinin açılışı mərasimi isə noyabrın 21-də Muzey Mərkəzində keçirilib.

Mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə altıncı dəfə keçirilən biennalenin önəmini qeyd edib. Bildirib ki, bu tədbir ilk dəfə ölkəmizdə 2003-cu ildən qeyd olunmağa başlayıb.

"Budəfəki biennaleni Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə keçiririk. Biennaledə 17 ölkədən 40 rəssam iştirak edir. Ölkəmizdən 30 rəssam bu tədbirə qatılıb. Biz çox sevinirik ki, Bakıda müasir incəsənətə maraq artmaqdadır. Bu ənənə artıq formalaşıb. Bu istiqamətdə Heydər Əliyev Fondu, "YARAT" Müasir İncəsənət Məkanı çoxsaylı işlər görür, layihələr reallaşdırır. Bu tədbirin təşkilində zəhməti olan bütün təşkilatlara təşəkkür edirəm. Biennale çərçivəsində beş gün ərzində müxtəlif tədbir sərgilər keçiriləcək. Biz 2007-ci ildən beynəlxalq biennaledə iştirak edir, mədəniyyəti inkişaf edən dövlət kimi tanınırıq. Bu ilin mövzusu insanın özünüdərk edilməsi ilə bağlıdır. İnanıram ki, builki tədbir yüksək formada keçiriləcək", - deyə nazir söyləyib.

Azərbaycan Rəssamlar İttifaqınin sədri, Xalq rəssamı Fərhad Xəlilov deyib ki, bu biennale rəssamların dünyagörüşü üçün olduqca yaxşı şərait yaranacaq. Bu görüş sənət mübadiləsi, qarşılıqlı təcrübə baxımından da xüsusi əhəmiyyət daşıyır. İştirak edən hər kəsə uğurlar arzulayan F.Xəlilov xarici sənət adamlarını ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Biennalenin önəmini qeyd edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov vurğulayıb ki, ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi mədəniyyətimizin dünyaya tanıdılması baxımından əlamətdardır. Qeyd edib ki, belə tədbirlər ölkəmizin tolerant multikultural dəyərlərini təşviq edir.

Sonra qonaqlar biennale çərçivəsində Muzey Mərkəzində açılan sərgiyə baxıblar.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 22 noyabr.- S.9.