Qüsursuz insanlar  

 

Esse

 

"Ruhumda heç tükənməyən bir səssizlik dərin bir boşluq var. Danışa bilmirəm, eşidə bilmirəm, görə bilmirəm. Bunun üçün taleyimdən bəlkə şikayət edə bilərəm, ancaq bir səs mənə "özünü unutmaq da bir xoşbəxtlikdir", - deyə pıçıldayır". Bu sözlər on doqquz aylıqkən görmə, eşitmə nitq qabiliyyətini itirmiş amerikalı yazıçı Helen Kellerə aiddir.

Helen Adams Keller 27 iyun 1880-ci ildə Amerikanın Alabama ştatının Taskambiya şəhərində hörmətli ailədə anadan olmuşdu. Körpəykən çox sağlam uşaq idi. Hətta bir yaşına yaxın artıq gəzirdi. Görmə qabiliyyəti yerə düşən iynələri tapacaq qədər əla idi. Anasının xatirələrinə görə, Helen altı aylıqda ikən artıq bəzi sözləri deyə bilirdi. Sonralar məhz bu bir neçə söz Helenin yaddaşında qalmışdı. Onlardan biri "su" sözü idi. Lakin məlum səbəbdən sonralar bu sözü belə tam aydın şəkildə ifadə edə bilmirdi. Bütün bunlara səbəb isə, o dövrün ən sayılan həkimlərinin ehtimalına görə Helenin on doqquz aylığında keçirdiyi skarlatina xəstəliyi idi. Xəstəlikdən əmələ gələn beynin iltihablaşması balaca qızcığazın sağlamlığı üçün çox ağır fəsadlar törətmişdi.

Həyatının ilk illərində Helen özünün digər uşaqlardan fərqlənməsinə alışa bilmir bunun nəticəsində aqressiv əsəbi hallar keçirirdi. Hətta valideynləri çarəsizlikdən bir müddət çıxış yolunu qızcığazın özü kimi qüsurlu uşaqlar olan internata göndərməkdə görmüş, lakin Helenin anası Çarls Dikkensin "Amerikan yazılarındakı Lora Bridcman haqqındakı qeydlərini oxuduqdan sonra qızı üçün tam başqa bir qərar vermişdi. Bridcman da eynilə onun qızı kimi körpəliyindən görmə, eşitmə qabiliyyətlərini itirmiş, lakin müəllimi Samuel Hauyi sayəsində həyata adaptasiya olmağı öyrənmişdi. O dövrə Hauyi artıq dünyasını dəyişmiş öz unikal yaşam metodlarını da özüylə aparmışdı.

Anası yenə təslim olmamışdı. Bəlkə Helen öz dəyanətli xasiyyətini məhz anasından irs olaraq "hədiyyə" almışdı. Ailəsinin uzun axtarışlarından sona Helen, onun həyatını təmamilə dəyişən son nəfəsinə qədər onunla bərabər addımlayan müəlliməsi Enn Sallivanla tanış olur. Bundan sonra Helenin tam başqa bir həyatı başlayır.

Çox uzun yol gedir. Yaşıdlarının iyirmi yaşlarında əldə etdikləri uğurlara Helen qırx yaşına yaxın nail olur. Lakin nail olur. Onun vəziyyətində "mümkün olmayanlar"ı ailəsinin, xüsusən anasının müəlliməsinin sevgi dəstəyi, özünün iradə gücü, həyata ümidlə tutunması sayəsində "mümkün" edir.

1900-cü ildə Redkliff kollecinə daxil olur 1904-cü ildə əla nəticələrlə bakalavr dərəcəsini alan ilk kor-kar məzun olur.

Təhsil aldığı illərdə "Mənim həyatımın tarixi" adlı ilk kitabını, tərcümeyi-halını yazır. Kitab ilk dəfə "Ladies Home Journal"da dərc edilir, daha sonra isə ayrıca kitab şəklində çap olunur. Beləcə əlli dilə tərcümə edilir. Bir çox başqa kitabların müəllifi olan Helen təkcə yazçılıq fəaliyyəti ilə kifayətlənmir. O, çox aktiv siyasi ictimai fəaliyyətilə cəmiyyətdə özünəməxsus yer tutur. 

Helen Kellerin həyatı bu günə qədər dünya kinematoqrafçılarının müraciət etdiyi bir "həyat hekayəsi"dir. Onlardan biri baş rollardan birini canlandıran türk kino aktyoru, ssenaristi, rejissoru Uğur Yücəlin 2013-cü ildə rejissorluq etdiyi "Mənim dünyam" adlı filmdir. Film Helen Kellerin tərcümeyi-halına əsaslanan, 2005-ci ildə çəkilmiş "Qara" adlı hind filmindən qaynaqlanıb. Filmin digər baş rol əsas rol ifaçısı Beren Saat "Ela" obrazı ilə, rejissorun süjet xəttində müəyyən dəyişikliklərinə baxmayaraq, eynilə Helenin həyatını uğurla canlandırıb. Film çox böyük maraqla izlənmiş, böyük tamaşaçı kütləsinin sevgi rəğbəti ilə qarşılanıb.

Helen Keller öz həyat eşqi, insansevərliyi, dözümlülüyü, zəngin yaradıcı fəaliyyətilə bu gün bir çox insanlara örnək bir çoxları üçün isə ümid işığıdır.

Bu gün Helen Kellerlər var. Aramızdadırlar. Bəlkə onun kimi imkanlara sahib deyillər, lakin onun qədər məğrur əzmkardırlar. Biz "sağlam" insanlar həyat qarşısında aciz qalmışkən ya həyatdan şikayətlənirkən, "Helenlər" qarşılarına çıxan bütün fiziki mənəvi çətinliklərinə, qəlblərindəki fırtınalara, eniş-yoxuşlarına rəğmən həyatı olduğu kimi qəbul edib sözün əsl mənasında yaşamağa davam edirlər. Onların arasında müxtəlif peşə sahibləri, ailə başçıları, cəmiyyətdə öz sözünü deyə bilən insanlar var.

Onlar bu həyatda qaranlıqda işıq görən, səssizlikdə səslərin ahəngini təsəvvür edə bilən, əldə etdikləri hər uğuru, hətta həyatı belə nemət bilən, "olmazlar"ı "mümkün"ə çevirən ruhən sağlam insanlardır. Onlar qüsursuz insanlardır.

 

 

Fidan MALİK

 

 

525-ci qəzet.- 2019.- 22 noyabr.- S.7.