Bəşər sivilizasiyasının inkişafında multikulturalizmin rolu

 

 

Bəşəriyyətin sosial-mədəni inkişaf tarixinə nəzər saldıqda müxtəlif zamanlarda ayrı-ayrı coğrafi məkanlarda fərqli sivilizasiyaların mövcudluğunun, tənəzzül etmələrinin ya dominant mədəniyyətlər tərəfindən udulmasının şahidi oluruq.

 

Müasir dövrdə cəmiyyətin siyasi, sosial-iqtisadi mədəni inkişafının ən yüksək səviyyəsi kimi anlaşılan "Sivilizasiya" sözü tarixi mənbələrdə ilk dəfə qədim romalılar tərəfindən işlədilib. Bu terminlə onlar, özlərinin inkişaf səviyyəsinə görə barbarların primitiv səviyyəsini yaşayış tərzini üstələyən şəhər həyat tərzini ifadə edirdilər. "Sivilizasiya" sözünün kökü latın mənşəlidir, "civilis" - vətəndaşlıq, şəhər əhalisi, vətəndaşlar, cəmiyyət mənasını ifadə edir. Bu söz Avropa elmi ədəbiyyatının istifadəsinə XVIII əsrdə daxil olub.

Müxtəlif xalq ya ölkələr sivilizasiya mərhələsini fərqli zamanlarda qət edir. Qədim Misir Şumer sivilizasiyalarının tarixi daha erkən dövrlərə təsadüf edirsə, Mərkəzi Afrika, Cənubi-Amerikanın Cənub-Şərqi Asiyanın bəzi yerli qəbilələri hələ sivilizasiya mərhələsinə qədəm qoymayıb. Mədəniyyət prosesi bəzən onun ayrı-ayrı sahələrinin geriləməsi, hətta tənəzzülü ilə müşayiət oluna bilir. Bunun klassik nümunəsi kimi, Hindistanda harappa Yunanıstanda krito-miken yazı sisteminin itməsi ilə müşayiət olunan qədim sivilizasiyaların tənəzzülünü misal göstərmək olar. Sivilizasiyaların tənəzzülünün qarşısının alınması mədəni varisliyin qorunması, multikulturalizm ideologiyasının təbliğ olunması ilə mümkündür. "Multikulturalizm" bir termin kimi ilk dəfə ötən əsrin 70-ci illərindən işlədilməyə başladılmışdır latıncadan tərcümədə "çoxmədəniyyətlilik" mənasını verir. Bu söz elmi ədəbiyyata təxminən XX əsrin 60-70-ci illərində daxil olsa da.  Multikultural vəziyyətlər - etnik, irqi, dini mədəni müxtəlifliklər dünya tarixində yeni bir hadisə deyil. Antik dövrdən bəri Yaxın Şərqdə Aralıq dənizi sahillərində, çoxsaylı mədəniyyətlər mövcud olub. Makedoniyalı İskəndərin dövründə yunan dilli şəhər elitaları müxtəlif dillərə, dinlərə mədəni ənənələrə malik Misir, Orta Asiyaya ya Şimali Hindistana aid olan qruplar üzərində öz dominantlığını saxlayırdı. Roma fəthləri bu nümunəni əhəmiyyətli dərəcədə dəyişməmişdi. İslamla birlikdə hakim qrupların dini dili dəyişdi, mədəni mozaikaya yeni çalarlar əlavə olundu. Antik dövrlərdən bəri fomalaşan sivilizasiyaların mədəni, dini iqtisadi baxımdan ölkələr üzərində əhəmiyyətli rolu olub. Orta əsrlərdə meydana gələn bəşəriyyətin inkişafına böyük həlledici təsir göstərən cərəyanlar hərəkatlar: intibah, reformasiya maarifçilik bəşər mədəniyyətinin daha da inkişaf etdirilməsinə, yeni məzmun mahiyyət kəsb etməsinə qiymətli töhfələr verdi. Mədəniyyətin əldə etdiyi bu nailiyyətlər orta əsrlərdə XVIII-XIX əsrlərdə formalaşan multikulturalizm fəlsəfi-siyasi konsepsiyasının baza prinsiplərinə daxil olub, onun məzmununu daha da zənginləşdirib, elmi-nəzəri əsaslarının formalaşmasına mühüm təsir göstərib.

Müasir multikultural vəziyyətlər əvvəlkilərindən bir çox xüsusiyyətləri ilə fərqlənir. Böyük coğrafi kəşflər dönəmindən başlayan qloballaşma prosesi sürətlə reallaşmağa başladı, 20-ci əsrdə isə müasir informasiya texnologiya vasitələri ilə bu proses daha da sürətləndi. Hazırda uzaq ölkələrdə yaşayan insanlar hava yolları ilə rahat hərəkət edərək turistlərlə təmaslar qurmaqla yeni həyat tərzlərini kəşf edirlər. Ölkələrarası miqrasiyalar zamanı çox sayda xarici qruplar inkişaf etmiş ya inkişaf etməkdə olan ölkələrin böyük şəhərlərində məskunlaşırlar. Yeni telekommunikasiya vasitələri onlara ölkələri ilə əlaqə saxlamaq imkanı verir ki, bu da miqrantlara uzaq xarici ölkələrdə olsalar belə öz mədəniyyətlərini yaşatmaq, davam etdirmək şansını yaratmış olur.

Keçən əsrin 80-ci illərində Amerikanın tanınmış sosioloqlarından olan Samuel Hantinqton qeyd edirdi ki, sivilizasiyalar çoxdur onların birgə mövcud olması yolu tapılmalıdır. Əks halda "sivilizasiyaların toqquşması qaçılmazdır",  gələcəkdə baş verən münaqişələrdə əsas amil kimi mədəni müxtəliflik əsas yer tutacaq. XX əsrin sonu XXI əsrin əvvəlləri doğrudan da sivilizasiyaların gərgin mübarizəsinin şahidi oldu. Bu bir reallıqdır ki, günümüzdə dünyada, hətta demokratiyanın beşiyi sayılan Avropa ölkələrində imiqrasiya əleyhinə səslənən fikirlərin artması ilə multikulturalizmdən uzaqlaşmaq, millətçilik, irqçilik, diskriminasiya şovinizm siyasətini həyata keçirmək meylləri çox müşahidə olunmaqdadır. Dünyada multikulturalizm, sivilizasiyalararası münasibətlər böhran dövrünü yaşayır. Yaxın Şərq ölkələrində müharibələrin tüğyan etməsi, on minlərlə insanın həlak olması, bir sıra hallarda kənardan, əsas etibarilə Qərbdən olan müdaxilələrin sabitlik yaratmaq əvəzinə, insani faciələrin miqyasının artmasına səbəb olması deyiləni təsdiq edən çoxsaylı faktların kiçik bir qismidir. Buradan belə bir nəticə çıxarmaq olur ki, bəşəri birliyə, müasir qlobal problemlərin həllinə bəşəriyyətin yaratmış olduğu ideyalar, konsepsiyalar içərisində insanlığa məxsus ən humanist anlayış olan multikulturalizm ideyalarının təbliği ilə mümkündür. Multikulturalizm prosesində milli mədəniyyətlərin mənfi cəhətləri təkmilləşir milli mədəniyyətlər daxili stereotiplərdən təmizlənir, mədəniyyətləri təmsil edən etnoslar vahid mərkəzdə toplana bilir, ölkələrdə tolerantlıq, mədəni sabitlik regional sabitlik formalaşır, etnik azlıqların qabiliyyətlərindən bacarıqlarından istifadə etməyə münasib şərait yaranır, intellektual potensialla yanaşı, ədəbiyyatın zənginləşməsi gerçəkləşir, həmçinin, xalqlar bir-birindən qarşılıqlı anlaşma şəraitində yaşayırlar müxtəlif xalqların bir-biri ilə nikaha girməsi nəticəsində yeni nəsil meydana gəlir. Bu baxımdan multikulturalizmin bəşər sivilizasiyasının inkişafında rolu müstəsna əhəmiyyət kəsb edir.

2001-ci ilin 2 noyabr tarixində qəbul olunmuş YUNESKO-nun "Mədəni müxtəliflik haqqında ümumdünya Bəyannaməsi"nin "Mədəni müxtəliflik, bəşəriyyətin ümumi irsi" adlı 1-ci maddəsində deyilir: "Mübadilənin, innovasiyanın yaradıcılığın mənbəyi olan mədəni müxtəliflik təbiət üçün biomüxtəlifliyin zəruri olduğu kimi bəşəriyyət üçün zəruridir. Buna görə mədəni müxtəliflik bəşəriyyətin ümumi irsidir o, indiki gələcək nəsillərin rifahı naminə tanınmalı təsdiq olunmalıdır". Cəmiyyətdəki etnik-mədəni müxtəlifliklərin qorunmasına yüksək önəm verən Ümummilli lider Heydər Əliyev qeyd edirdi: "Dövlət, ölkə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə sivilizasiyasına öz töhfəsini verir". Məhz buna görədir ki, son 20 ildə Azərbaycan həmişə mədəniyyətlərin dinlərin dialoqunun, tolerantlığın tərəfdarı kimi çıxış edir. Ölkəmizdə min illərdir yanaşı yaşayan sivilizasiya təmsilçilərinin çoxmədəniyyətli həyat tərzində heç bir böhran müşahidə olunmayıb. Azərbaycanın bu sahədəki təcrübəsi aparıcı beynəlxalq təşkilatlar beynəlxalq birlik tərəfindən yüksək qiymətləndirilir. Multikulturalizm siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Ölkə başçısı müxtəlif tədbirlərdə, iri miqyaslı beynəlxalq toplantılarda çıxışları zamanı, multikulturalizm məsələsinə mütləq olaraq yer ayırır bunun vacibliyini vurğulayır. 2014-cü ilin 15 may tarixində dövlət başçısının qərarı ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin ölkəmizdə - “Multikulturalizm ilielan edilməsi həmin ilin 25-27 aprelində BMT-nin qərarı ilə BMT Sivilizasiyalar Alyansının VII Qlobal forumunun Bakıda keçirilməsi, forumda dünyanın 140 ölkəsindən 1500-dən artıq görkəmli alimlərin, dövlət ictimai xadimlərin, BMT-nin aparıcı təşkilatlarının iştirakı, həmçinin, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün bu yaxınlarda Bakı şəhərində keçirilməsi dediklərimizə parlaq nümunə olmaqla yanaşı, həm ölkəmiz tərəfindən aparılan bu siyasətin bəşəriyyətin işıqlı gələcəyinə xidmətinin bariz sübutudur bu mənada xüsusi əhəmiyyət kəsb edir.

Ramin AĞAYEV

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının 2-ci kurs tələbəsi

 

525-ci qəzet.- 2019.- 22 noyabr.- S.7.