SÖZ - QƏRİB DURNA QATARI...
İlahidən gəlməyəndə
O sözü geri qaytarın.
Qoymayın ölsün, dirildin,
Sözü ölümdən qurtarın!
Söz bəşərin şirin
dili,
Sevirəm bu şirindili.
Söz-çəmənin qönçə-gülü,
Söz
- qərib durna qatarı!
Bir müqəddəs yazı
itib,
Tapan gərək,
izi itib.
Allahın bir sözü itib,
Şair
o sözü axtarır!
BƏRİ GƏL
Biri dedi, deyən, sən də yazırsan,
Eylədiyin nə ağılmış,
bəri gəl!
Yazıb-pozub ölməyə də
hazırsan,
Gözlərinə qan sağılmış,
bəri gəl!
Daş acıyır bir kəsəyə yenəmi,
Şam oturub gün ağlayır günəmi?
Qalıb yoxu var eyləmək
sənəmi?
Ay biçarə, ay yox olmuş, bəri gəl!
Kim çıxarıb bu dünyanı yolundan?
Baxır, gözü heç su içmir halımdan.
Qalx, söyləyib anam dartır qolumdan,
"Düzələn döy bu dağılmış,
bəri gəl!"
Mən neyləyim, alın yazım yazılı,
İlhamımın nə sağı var, nə solu.
Şeir
yazmaq deyil məndən asılı,
Şair
olmaq bir nağılmış, bəri
gəl!
Oxuyubmuş ürəyimi elə
bil,
Bir qanadlı
pəri gəldi, açdı dil.
Dedi, burda harda olur
Baratgil,
Dedim, mənəm, ay sağ olmuş, bəri gəl!
DÜNYANI TANITMA MƏNƏ
Dədə, bu dünyanı
tanıtma mənə,
Bu dünyanın neçə
sifəti varmış,
Bu dünyanın neçə
üzləri çıxır.
Qızıl sandığının üstə oturub,
Cırıq şalvarından dizləri
çıxır.
Guya ki, mənə də qanı qaynayır,
Halbuki qanımı
qaba tutacaq.
Hələ ki, mənimlə
beşdaş oynayır,
Bir azdan məni də topa tutacaq.
Xəncəri bağrımı dəlib
əlində,
Səni də vuracaq, bilməyəcəksən.
Dünən dədəm-babam ölüb
əlində,
Bu gün mənə deyir: ölməyəcəksən?!
Dədə, bu dünyanı
tanıtma mənə,
Götürüb birinə kədər-qəm
verir.
Aldadıb birinə şeir
yazdırır,
Birini dünyadan aparmaq üçün,
Yüzünə bel verib qəbir qazdırır!
Təzə qəbristandı sanki
qayəsi,
Yüyürüb yoluna daş dığırlayır.
Dilində duası - Quran ayəsi,
Əlində baltası, baş
dığırlayır!
Bir qismət çörəyi
təzə qəbirmiş,
Bir qismət çörəyi
dərin quyuymuş,
Gələnə-cavaba oxşayan ömür,
Gedənə sualmış: dünya
bu imiş?!
Dədə, bu dünyanı
tanıtma mənə,
Boylandım, qəlbidən tanıdım
onu.
Qərbinə, Şərqinə qarışdı
başım,
Qərbindən-qəbrindən tanıdım onu.
Dedirdir bağlama, yanıltmac mənə,
Dilim gəlmir, dinəm: Canidi! - deyə.
Dədə, bu dünyanı
tanıtma mənə,
Dədəmi yandırır tanıdım!
- deyə.
MƏNİ ÖZ QƏBRİMƏ
QOYUN
Qoymayın seçilsin ilk beşiyimdən,
Siz məni
özümün qəbrimə
qoyun.
Siz məni etməyin ev-eşiyimdən,
Siz məni özümün qəbrimə qoyun!
Bələnim qanımın qanına
kimi,
Yollanım Allahın yanına kimi.
Aparın
dünyanın sonuna kimi,
Siz məni özümün qəbrimə qoyun!
Hər cibdən bir cürə güllə çıxacaq,
Canımız min cürə yolla çıxacaq.
Haranı
qazsanız kəllə
çıxacaq,
Siz məni özümün qəbrimə qoyun!
Səbri
sanmayın ki, çoxdu səbrimin,
Olmazdım, olsaydı baxtı
dərdimin,
Əlim
ətəyindən çıxdı
qəbrimin,
Siz məni özümün qəbrimə qoyun!
Hazır
bir qəbirmiş bu yorğan-döşək,
Qazılı qəbirmiş bu yorğan-döşək.
Pozulu qəbirmiş bu yorğan-döşək,
Siz məni özümün qəbrimə qoyun!
Susmazdı bu qəlbim, özgə qəlbidi,
Bu zirvə dərədi,
üzdə qəlbidi.
Vallah, yer kürəsi özgə qəbridi...
Siz məni özümün qəbrimə qoyun!
BARIŞIQ
Xalq yazıçısı İsmayıl
Şıxlıya
Köhnə yurd yerində köhnə bir kişi,
Sağa boylanırdı, sola baxırdı.
Qazaxdan burulan, Tiflisdən gələn,
Cığıra üz tutur, yola baxırdı.
O köhnə pəncərə,
bu köhnə tavan,
Köhnə ağa evi necə
var, durur.
Köçüb qalmasa da, bu yurdda duran,
Ürəkdə ağrılar, acılar durur.
Kimiydi qəfildən o keçən
atlı,
İsrafil ağamı, qaçaq Kərəmmi?
Bayaqdan bir qonaq durub
gözləyir,
Bəs mən də onları gözləmirəmmi?
Od köhnə ocaqsa, getdi sönməyi,
Zaman dayanmadan
çapır atını.
Köhnə Kəsəmənə - yurda dönməyi,
Köhnə kişilər də yadırğadımı?!
Elə bil bu yurdun
yoxmuş heç kimi,
Sevinc axtarırsan,
bəxtə qəm çıxır.
Birdən
dəli Kürü qızılquş kimi,
Şığıyıb bir kişi böyürdən
çıxır.
İsrafil ağadır bu
gələn, Allah,
Dünya xali deyil, gördünmü
qardaş?
İsmayıl Şıxlının sevincinə bax,
İsmayıl Şıxlının gözlərində yaş...
"A bala, yeri bir Kərəmi çağır!"
İsrafil ağanın səsiydi bu səs.
Bir görüş müqəddəs,
bir görüş ağır,
Kərəm gələrmi ki? Gəlməyə
bilməz!
Göyə şölə çəkir
köhnə od-ocaq,
Bir sözü dil demir, deyir göz,
ürək.
Deyir ki, indi də
biz barışmasaq,
Vallah, göydəmizə el tüpürəcək!
İsrafil ağanın sözləri
haqdı,
Birləşir axırda neçə yol, gəlib.
Kərəm də yəqin ki, yumşalacaqdı,
"Nağayrım, qapıya
İsmayıl gəlib!"
İki köhnə düşmən,
iki köhnə dost,
O günü yuxudan oyanmışdılar.
Köhnə bir kişinin dərdli qəlbində
Təzədən baş-başa dayanmışdılar.
DAR AĞACININ BAYRAMI
Dedikləri səndən ötrü
deyildi,
Bir itkisi belə itki deyildi,
Gül sənə dediyi ətri deyildi,
Başa
düşməməli burda
nə var ki!
O göy yerlə, bu yer o göylə
dolu,
Doğmayla, yaxınla, ögeylə dolu.
Könüllər, yer-göylər hər
şeylə dolu,
Tanrıdan savayı harda nə var ki?!
Sanma bir Nəsimi, bircə Mənsur var,
Göydə Nəsimilər, yerdə
Mənsurlar.
Asılmaq istəyir bir də Mənsurlar,
Sən hələ
deyirsən darda nə var ki?!
ADƏM
Cənnətdə deyirlər, gəlib
həyata,
İtirib ağlını, azıb yolunu.
Peyğəmbərlik edir bədbəxt bir ata,
Tərbiyə edəmmir namərd oğlunu.
Olub keçənləri bir-bir
bildirir,
Köhnə qardaş dərdi, qardaş fəryadı.
Bütün ölənləri Qabil
öldürür,
Bütün ölənlərin Habildir
adı?!
Dərddən unudurmuş adam adını,
Bu dərdi fələklər
deyir, yazıram.
Mən də çəkən gündən Adəm adını,
Cənnətdən qovulub... şeir yazıram?!
Ürək as, sinəmdən daş
asma, Tanrı,
Sən nədə
yalansan, mən nədə doğru?
Diriykən cənnətdən baş
açmayanı,
Ölü göndəririk cənnətə
doğru!?
Bir-bir döşürülür bir-bir
tökdüyü,
O yazıq Adəmin oğluyam mən də.
Bəlkə mən bilmirəm,
Qabil tökdüyü,
Məlum qan-qadayla doluyam mən də?!
Bəlkə Qabil mənəm,
elə haqq üçün,
Yüz qərar
çıxarır, yüz
akt alırlar.
Məni
Habil bilib basdırmaq üçün,
Gündə yer gəzirlər, yer axtarırlar?!
Damarda bu qanı bu
qan yeyibdi,
Adamam, Adəmə
yazığım gəlir.
Necə
olubdu ki, Adəm yeyibdi,
Yeyilən o dənə yazığım
gəlir!
Sənin
bədəninin ay Adəm
babam,
Yarısı ölüymüş, yarısı sağmış!
Yoxsa insan oğlu - zamin dururam,
Bir olan Allahtək yaşayacaqmış.
... Olan faciəni bir-bir bildirir,
Köhnə qardaş dərdi, qardaş fəry adı.
Bütün ölənləri Qabil öldürür,
Bütün ölənlərin Habildir adı?!
Adamlar haqq gəzir, Haqqı tapdayır,
Nə günə düşübdü vay dədə, Adəm.
Adamlar çoxalır... adam çatmayır,
Peyğəmbərəm! - deyir hələ də Adəm?!
TƏZƏ SÖZLƏR,
QƏDİM SÖZLƏR
Xalq
şairi Fikrət Qocaya
Ürəyində dərd kişnəyir,
Ruhu - Cıdır düzündəndir.
Qaralmayan od-ocaqdan,
Yurdun odu-közündəndir.
Aşıb-daşıb təb üzündən,
Sözlərinin öp üzündən,
Dədə Qorqud qopuzundan,
Koroğlunun sazındandır.
Qalmaz daha yetim sözlər,
Təzə sözlər, qədim sözlər
Elə bil ki, bütün sözlər
Fikrət Qoca sözündəndir.
***
Mənim
bir ovcumda məchul şəkil var,
Bəlkə onçun belə məchul adamam.
Bütün adamlardan baş
olmasam da,
Bütün adamlara məsul adamam.
Allaha asimi olmuşam bir vaxt,
Mən ki sübh nəsimi olmuşam bir vaxt.
Bəlkə də... Nəsimi
olmuşam bir vaxt,
Mən məşhur adamam, məşhur adamam!
Baş vuram ümmana, baş vuram sənə,
Allahım, bir başı
beş verəm
sənə,
Mən könül verməklə
məşğulam sənə,
Mən ömür sürməklə
məşğul adamam!
BALACA ADAMAM
Ömrümün bir qanunu var,
Kim ki, çaşıb
meydan sular.
Göz yumsam, gözüm yumular,
Gözü qaraca adamam.
Coşsam,
sanma Kür deyiləm,
Ə mrə müntəzir deyiləm,
Birəm,
amma bir deyiləm,
Nə bilim neçə adamam!
Mənim
sözüm sünbül-sünbül,
Mənim sözüm bir yox, minbir.
Mən sözü hamıdan hündür,
Özü balaca
adamam!
Barat VÜSAL
525-ci qəzet.- 2019.- 23 noyabr.- S.23.