Tüdor sülaləsinin uğurları və
bədbəxtliklər seriyası
(Əvvəli
ötən şənbə sayımızda)
Məğlubedilməz Armadanın məğlubiyyətinə
səbəb müəyyən dərəcədə ingilis gəmilərinin
və gəmi komandalarının ondan üstün olması
idi, digər səbəb isə ispanların Niderland gəmilərini
limanlarda mühasirəyə alması, həmçinin,
tufanın ispan qaleonlarını Şimal dənizinə
qovması idi.
Bu amillər birlikdə bunun tarixdə həlledici
dəniz döyüşlərindən biri olmasını
sübut etdi.
Kraliça
sona qədər inadkarcasına inanmaqla davam edirdi ki, ingilis
donanması az ehtiyata və sursata malik olduğuna görə
müharibədən yaxa qurtarmaq mümkün olacaqdır,
lakin donanmanın üstünlüyü və gəmilərin
yaxşı təchiz olunmasının özü
kraliçanın möhkəm həyata keçirdiyi gəmiqayırma
proqramının birbaşa nəticəsi idi, bunu müasir
tarixçilər də hökmranlığın nailiyyətlərindən
biri hesab edirlər. Quru qüvvələrinin
Tilberiyə çıxarılmasını müşahidə
edən kraliçaya Armadanın darmadağın olunması
barədə xəbərlər gəlib çatdı. Bu münasibətlə kraliçanın etdiyi
çıxış göstərdi ki, o, öz xalqı ilə
sıx birlikdədir və onun şəxsi iftixarı isə
onların kraliçası olmaqdadır. O dedi ki,
onların arasında yaşamaq və ya ölmək
üçün gəlmişdir və əlavə etdi:
"Mən zəif bədənə malikəm və
cılız qadınam, lakin mən kral, özü də
İngiltərə kralı ürəyinə və cəsarətinə
malikəm və düşünürəm ki, Avropanın
hansısa hökmdarı mənim səltənətinin sərhədlərinə
müdaxilə etməyə cəsarət etsə, iyrənc
bir nifrətlə qarşılanacaqdır".
İngiltərənin İspan Armadası üzərindəki
qələbəsi, onun Avropa dövlətləri arasında
böyük hərbi qüdrətə malik olduğunu
sübut etməklə, beynəlxalq nüfuzunu yüksəltdi. İngiltərə
okean və dəniz sularında ağalıq etməyə
başladı. Bu gələcək
Böyük Britaniya imperiyasının təşəkkül
tapması və hədsiz dərəcədə böyüməsinin
mühüm amillərindən birinə çevrildi. XX əsrin ilk onilliyində bu imperiya dünya ərazisinin
dörddə birini əhatə etməklə, dünya əhalisinin
dörddə birinə ağalıq edirdi. Elizabetin
dövründə dənizlərə hakim kəsilən
İngiltərə, bir neçə əsr sonra planetin quru
hissəsinin xeyli ərazisini idarə edirdi. Dənizlər üzərində hökmranlıq Yer
kürəsinin böyük bir hissəsinə ağalıq
etməyə gətirib çıxardı. İngiltərənin gələcəkdə fövqəl
dünya dövlətinə çevrilməsində
kraliça I Elizabetin xidmətləri danılmazdır. Bu xidmət təkcə 1588-ci ildəki böyük
qələbədən ibarət deyildi, çoxtərəfli
olmaqla, kraliçanın uğurlu xarici və daxili siyasətinə
əsaslanırdı.
30 illik işinin ona öyrətdiyi kimi, Elizabet
özünə olan tam loyallığa inanmaqla
dolaşırdı. Ser Frensis Uolsinqem Elizabetin əsas katibi
kimi öz agentlərindən birinə demişdi ki, "Son
hadisə vaxtı katoliklərin öz kraliçasına
loyallığından başqa heç nə ispan kralını
belə hirsləndirməmişdi".
Bir yepiskop isə Elizabetə demişdi ki, dənizdə
tufan baş verəndə quşlar qorxudan qaçıb
özlərinə sığınacaq tapmaq istəyirlər. Lakin elələri
vardır ki, pərvazlanıb göyə qalxır və elə
bil ki, hətta təbiətlə mübarizə aparmağa hazır
olduqlarını da bildirirlər. Sən də
müharibə başlananda məhz belə hərəkət
etdin.
Elizabetin
hökmranlığının son 15 ili
milli enerjinin böyük partlayışını
gördü, heç yerdə bu, ədəbiyyatda baş verən
nailiyyətlər kimi gözəl deyildi. Bu era
dramaturq Marlounun, şair Edmund Spenserin və digər lirik
şairlərin, nasirlərin əsərləri ilə əhatə
olunmuşdu. Birinci səhnələri isə
Frensis Bekonun və Şekspirin əsərləri tuturdu. Kraliçanın özü də böyük əsərlər
yazırdı. O, nəhəng populyarlığa və
nüfuza malik idi, lakin qoca arvada
çevrildikdə öz əziz dostlarından
uzaqlaşdı. Lester 1588-ci ildə öldü.
Kraliça ona xidmətdən daha çox,
özünə fayda götürmək qayğısı ilə
yaşayan adamlar qrupu tərəfindən tərk edildi. Elizabetin hökmranlığının son illəri
göstərdi ki, monarx kimi onun böyük qüvvələri
heç də sönməkdə deyildir.
Esseks
qrafı Robert Deverin həyatında faciə baş verdi. Bu gənc adam cazibədar
məziyyətlərə və bir sıra qabiliyyətlərə
malik idi. Lakin o, eqoist idi və ədalətli
olmaqdan uzaq idi. O, Lesterin ögey oğlu idi, atalığı
onu irəli vermişdi ki, Uolter Relini
sıxışdırıb aradan çıxartsın. Qoca kraliçaya xoş münasibəti və
xeyirxahlığı ilə yanaşı, onun üzərindəki
təsirinin dərəcəsini ancaq bütünlüklə
düzgün hesablamamışdı. Esseks
qrafı 1596-cı ildə Kadisə qarşı basqın vaxtı
öz igidliyi və cəngavərliyi ilə fərqlənmişdi.
Lakin vətənində olan onun paxılları var idi, Böqlinin
oğlu Robert Sesil, lord-admiral, Nottingem qrafı, ser Uolter Reli ona
düşmən idilər.
İngilis idarəçiliyi ilə razılaşmamaq
İrlandiyanı dövlət üçün, Elizabetin
bütün hökmranlığı dövrü ərzində
bir təhlükə mənbəyi etmişdi. 1598-ci ildə
irland qrafının ingilis qulluqçusuna hücum etməsi
bütün İrlandiyada üsyan qaldırmışdı.
İntizama gətirmək üçün
xüsusi ekspedisiya göndərmək zəruri idi. Esseks öz liderliyini tələb etdikdə, bu
komandanlıq ona həvalə edildi, izafi miqdarda pulla və
adamlarla təmin edildi, lakin o, kraliçanın necə hərəkət
etmək barədəki təlimatına qulaq asmadı. Onun göstərişlərini icra etməkdən
imtina etdikdə, bədbəxt bir nəticə ilə
uğursuzluğa uğradı. O, kraliçaya söz
vermişdi ki, qiyamçıların
başçısının başını ona gətirəcəkdir.
Lakin apardığı canlı qüvvənin
yarısını irland qiyamçıları ilə
döyüşdə itirdiyindən yenidən əlavə əsgər
və pul istədi. Bunları
almadığından qiyamın başçısı ilə
danışıq apardı. Bu, xəyanət
idi. Kraliçanın əmrinə
baxmayaraq, İngiltərəyə geri döndü ki, öz əhvalatını
danışsın. Elizabet onun
titullarını və imtiyazların ləğv etdi.
Əvvəlki mövqeyinin bütünlüklə dəyişilməsi,
qrafın buna dözməyən təbiəti
üçün çox ağır idi. O, özünün 200 tərəfdarı
ilə Londonun küçələrinə çıxdı
ki, kraliçaya qarşı qaldıracağı qiyama,
hakimiyyətə qarşı narazı adamları toplasın. Ancaq heç kəs onlara qoşulmadı. O istəyirdi
ki, kütlə ilə birlikdə Şuradakı düşmənlərini
həbs etsin və kraliçanın özünü də
qorxutsun ki, əvvəlki imtiyazlarını bərpa etsin. Kraliçanın əvvəlki favoriti artıq onun
düşməninə çevrilmişdi. Öz evini də bütün növlərdən olan
narazı adamların diqqət mərkəzi etmişdi. Dostları onun evinə toplaşdılar və təslim
olmaq istəmirdilər. Kraliça göstəriş verdi ki, onun evinin yanına Tauerdən
götürüb iki top aparsınlar, bu vaxt onlar qorxub təslim
olacaqlar. Belə də oldu, Esseks qrafı və
tərəfdarları təslim oldular. Bu ağır xəyanətkar
hərəkətinə görə, o, 25 fevral 1601-ci ildə edam edildi və edamdan əvvəl böyük
qüsurlarını etiraf etdi.
Elizabetin Esseksə üzük verməsi barədəki əhvalata
gəldikdə o, vəd etmişdi ki, əgər
kraliçanın narazılığına səbəb olsa,
üzüyünü ona geri qaytaracaqdır. Bu isə ona
bağışlanmaq şansı verərdi və sonralar o,
üzüyü kraliçaya göndərməyə cəhd
etdi, lakin üzük onun düşməninin arvadı Ledi
Nottingemin əlinə keçdi.
Elizabet
onun narahatlığını əvvəlcədən
açıqca görüb, rəsmi bəyanat verdi
ki, xəyanət etməyi izah etmək çox çətindir.
Ən vacibi isə o idi ki, Elizabet 1602-ci ildə
fransız səfiri ilə söhbətdə bunu öz
sözləri ilə inkar etmişdi. Səfir,
Esseksin ölümünə görə Elizabetin bu vaxtadək
matəm saxladığını görmüşdü.
Lakin kraliça həm də ona demişdi: "Mən
çox sayda hörmət olunmayan adamları özümə
yaxın buraxmışdım, lakin mən onun özünü
xəbərdar edirdim ki, o, mənim skipetrimə (metal
çubuq, monarxiya hakimiyyətinin nişanəsi-müəllif)
toxunmasın". Kraliça sonralar demişdi: "Mənim
dövlətimin rifahına aid olan məsələdə
öz meyllərimə güzəştə getməyə mən
cəsarət etmirdim".
Elizabetin
hökmranlığının az
saydakı son illərində o, nəzarət edə bilmədiyi
şəraitlərdə özünün ehtiyatlı maliyyə
siyasətinin uğursuzluğa düçar olduğunu
gördü. Onun ehtiyat resursları xeyli
azalmışdı, iqtisadi uğurlar inflyasiyaya səbəb
olmuşdu. O, taxt-tac torpaqlarını və öz daş-qaşlarını
satdı. Həmçinin, bəzi öz yaxınlarına maaş verməklə, onlara müstəsna səlahiyyət
verdi ki, malları satsınlar. Həmin vaxtdan
onlar inhisara malik olmaqla, bazarda istənilən qiymətin
qoyulmasını diktə edə bilərdilər. Bu praktika geniş narazılıq yaratdı. Nəhayət, kraliça elan etdi ki, daha
azğın hərəkət edənlər
uzaqlaşdırılacaqdır.
Nümayəndə heyəti minnətdarlıq etmək üçün kraliça ilə görüşəndə o, onların qarşısında həyatındakı ən böyük nitqini söylədi. Bu çıxışında o dedi: "Allahın məni yüksəyə qaldırmasına baxmayaraq, mən öz tacımın şərəfini yaxşı bilirəm, mən sizin məhəbbətinizlə hökmranlıq edirəm" və əlavə etdi, bu sözlərdə onun 44 illik hakimiyyətinin yaratdığı bir ilham cəmlənmişdir: "Mən təbəəmlə razılıqda olmaqdan, hansı ki, bu, mənim daşıdığım vəzifədir, daha artıq nəyisə arzulamaq üçün mən heç bir səbəb görmürəm".
Şotlandiyalı VI Ceyms uzun müddət ərzində qeyri-rəsmi olaraq onun varisi kimi etiraf edilmişdi. Elizabet ölüm yatağında olanda öz ölümü üçün axırıncı xidmətini icra etdi. Bu, 23 mart 1603-cü ildə Londonun Riçmond sarayında baş vermişdi. Nitqi, demək olar ki, olmadan, işarələrlə ondan soruşuldu ki, o, Ceymsi özünün varisi kimi bilirmi? O, jestlə bildirdi ki, öz hakimiyyətini dinc qaydada varisə verəcəkdir və onun səhərisi günü sübh vaxtı öldü. 24 mart 1603-cü ildə I Elizabet 69 yaşında vəfat etdi. Bir ay sonra onu Vestminster Abbatlığında bacısı I Mariyanın yanında dəfn etdilər. Bəlkədə iki bacı o dünyada barışacaqdılar.
Şotlandiya kralı VI Ceyms (1567-1625-ci illər) və ya 1603-1625-ci illərdə İngiltərə kralı olmuş I Ceyms şotland kraliçası Mariya Styuartın Henri Styuartdan olan oğlu, VII Henrinin kötükcəsi idi (onun nəvəsi V Ceymsin nəvəsi idi).
1611-ci ildə alimlərin hazırladığı Bibliya versiyası onun şərəfinə Ceyms Bibliyası adlanmışdı.
Kral Ceymsin yepiskopu 1611-ci ildə nəşr edilən Bibliyanın kral Ceyms versiyasının ön sözündə gələcək nəsillər üçün demişdi ki, nə vaxt ki, onlar kraliçanın öldüyünü bildilər: "Qərb ulduzu olan kraliça Elizabet belə parlaq haşiyədə ən xoşbəxt xatirənin obyekti oldu".
Elizabetin məşhur 44 illik hökmranlığı nəyə kömək etməyə nail olurdusa, buradakı hər bir əməl, əslində, onun şəxsi nailiyyəti idi. O, taxt-taca qalxanda İngiltərə müstəqil olduqda, labüd olaraq birləşməyə ehtiyac duyurdu, axı xalq katoliklərlə protestantlara bölünmüşdü. Kraliça protestant məsələsini həll etdikdə, dini fanatizmdən tam məhrum idi və istəyirdi ki, öz təbəələri arasında nə qədər mümkünsə qəbul edilən bir kompromis olsun. Fransa və ya İspaniya ilə nikah ittifaqı İngiltərəni bu böyük dövlətlər arxasında müharibəyə sürükləyərdi, lakin istənilən səbəbdən kraliça ərə getmək istəmirdi.
Ölkənin resursları aşağı düşməkdə idi. Elizabet nəslin törəmələrindən yeganə adam idi ki, öz babası VII Henridən maliyyə işi üzrə qabiliyyət irsini əxz etmişdi. Parlament çağırılırdı ki, pul verməyə səs versin. Elizabet öz ciddi qənaəti və cəsarətli nəzarəti ilə taxt-tacın müstəqil olmasına böyük köməklik göstərdi. 4 milyonluq xalq, məhz onu milli şüurluluğa ilhamlandıran belə bir şəxsiyyətə ehtiyac duyurdu.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.-
2019.- 23 noyabr.- S.22.