Bakı Dövlət Universiteti
2011-2019-cu illərdə
Bakı
Dövlət Universitetinin bir əsrlik inkişaf tarixinin son on
ilində elm və tədris sahəsində aparılan islahatlar daha böyük hədəflərə
istiqamətlənib.
Azərbaycan
ali təhsilinin Avropaya inteqrasiyası
Bakı Dövlət Universitetinin çoxşaxəli fəaliyyətinə
yeni məzmun gətirməklə, həm də yeni ənənələrin
formalaşmasına səbəb olub. BDU-da cəmiyyətin
sosial sifarişinə uyğun olaraq elmi və elmi-pedaqoji kadr
hazırlığında ciddi nailiyyətlərə imza
atılıb. Tələbə kontingenti kəmiyyət
və keyfiyyət cəhətdən təkmilləşib.
Universitetdə 600-dən yuxarı balla daxil olan, Prezident tədaüdü
alan tələbələrin sayı xeyli
artıb. Son illərdə
fəlsəfə və elmlər doktoru dissertasiyaları
müdafiə edən, AMEA-nın və xarici ölkələrin
akademiyalarının müxbir və həqiqi üzvü
seçilənlərin sayının artması bizi sevindirməyə
bilməz. BDU-nun əməkdaşlarının “Web of
Science” elmi bazasına daxil olan jurnalların redaksiya heyətində
təmsilçilikləri və nəşr etdirdikləri məqalələrin
sayı ildən-ilə artır.
Universitetdə tələbələrin təhsil
uğurları ilə bərabər, onların əxlaqi-mənəvi
inkişafına xüsusi diqqət yetirilir. Məsuliyyətini
dərindən dərk edən,demokratiya
prinsiplərinə və xalqının milli ənənələrinə,
insan hüquq və azadlıqlarına hörmət edən, azərbaycançılıq
ideyalarına sadiq olan,müstəqil və yaradıcı
düşünən şəxsiyyət yetişdirmək
üçün kompleks tədbirlər həyata
keçirilir. Milli və ümumbəşəri
dəyərləri qoruyan və inkişaf etdirən, geniş
dünyagörüşünə malik olan, təşəbbüsləri
və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri
və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü
və rəqabət qabiliyyətli kadrlar hazırlamağa
üstünlük verilir. Hesab edirəm ki,
bu, missiyanın uğurla həyata keçirilməsi insan
kapitalının davamlı inkişafına dəyərli
töhfədir.
Universitetinin
elmi-pedaqoji
elitasının səmərəli fəaliyyətinin,
kadr hazırlığında, idarəetmədə, tədris
və elmi sahədə qazandığı uğurların nəticəsidir
ki, 2010-cu ildən başlayaraq universitet dünyanın
nüfuzlu informasiya agentlikləri tərəfindən
aparılan reytinq müsabiqələrində uğurla
iştirak edir. Son illərdə həyata
keçirilən davamlı islahatlar nəticəsində BDU
dünyanın 700 elitar universiteti siyahısına daxil
edilmişdir.
BDU-da ali təhsilin hər üç səviyyəsində-bakalavriat,
magistratura və doktorantura səviyyəsində kadr
hazırlığı Avropa kredit transver sisteminə uyğun
həyata keçirilir. Universitetin 17 fakültəsində
müxtəlif elmi istiqamətlərdə bakalavriaturada 60
ixtisas, magistraturada 197 ixtisaslaşma, doktorantura səviyyəsində
70 ixtisas üzrə 20 minə yaxın tələbə,
magistr və doktorant təhsil alır. Hər il
universiteti 4000-nə yaxın gənc mütəxəssis
bitirir. Ölkəmizdə əmək bazarının tələblərinə
cavab verən bu məzunların müvafiq işlə təmin
olunması, dövlət qulluğuna cəlb edilməsi
üçün zəruri tədbirlər həyata
keçirilir.Bu məqsədlə universitetdə məzunlarla əlaqə,
praktika və karyera şöbəsi fəaliyyət göstərir.
Şöbənin əsas vəzifəsi məzunlar
üçün iş yeri olan müəssisə və təşkilatlarla,
agentlik və qurumlarla əlaqələr yaratmaq, tədris
planlarında nəzərdə tutulan bütün növ
praktikaları təşkil etməkdən ibarətdir.
Əvvəlki illərdə olduğu kimi, son illərdə
də universitetin strukturunda təkmilləşdirmə tədbirləri
həyata keçirilmişdir. 2011-ñi ildə
BDU-da Biologiya, Kimya və Coğrafiya fakültələrinin
bazasında Ekologiya və torpaqşünaslıq fakültəsi
yaradıldı. Fakültənin dekanı
vəzifəsinə professor Nazim Şəmilov təyin olundu.
Hazırda fakültədə təhsil alan
tələbələrin təlim-tərbiyəsi ilə 30 nəfər
professor-müəllim məşğul olur. Onlardan
iki nəfəri akademik, 5 nəfəri elmlər doktoru,
professor, 23 nəfəri elmlər namizədi dosent, baş
müəllim və müəllimdir. Fakültədə
5 kafedra və 1 elmi-tədqiqat laboratoriyası fəaliyyət
göstərir. Coğrafi ekologiya kafedrasına professor
Şövqi Göyçaycki, Torpaqşünaslıq
kafedrasına akademik Qərib Məmmədov, Ekoloji kimya
kafedrasına professor Sevinc Hacıyeva, Bioekologiya kafedrasına
professor Nərminə Sadıqova, Yer quruluşu və kadastr
kafedrasına dosent Teymur Nizamzadə rəhbərlik edir.
Universitetdə
ixtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin Dövlət Təhsil
Standartlarına uyğun hazırlanmış və rektor tərəfindən
təsdiq edilmiş tədris planları əsasında həyata
keçirilir. Təhsil üç dildə - Azərbaycan,
rus və ingilis dillərində aparılır. Universitetdə dünyanın bir çox ölkələrindən
1000-ə yaxın xarici vətəndaş təhsil alır.
Tədris prosesinə 125 kafedrada1500-ə
yaxın professor-müəllim heyəti cəlb edilmişdir.
Onlardan 10 nəfəri Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi, 11 nəfəri müxbir
üzvü, 300-ə yaxını elmlər doktoru, 900-ə
yaxını isə fəlsəfə doktorudur. Dünyanın
bir çox tanınmış şəxsiyyətləri BDU-nun fəxri doktorlarıdır.
Türkiyə, Rusiya, Polşa və Litvanın prezidentləri,
Nobel mükafatçıları, NATO, UNESKO və İSESKO-nun
rəhbərləri, ABŞ-ın Dövlət katibləri və
digər görkəmli şəxsiyyətlər BDU-nun fəxri
doktorlarıdır: Ümummilli lider Heydər Əliyevin və
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
BDU-nun fəxri doktorları sırasında olması bu müqəddəs
elm və təhsil məbədinin
yüksək nüfuza malik olmasına dəlalət edir.
BDU-da Tətbiqi
Riyaziyyat və Fizika Problemləri elmi tədqiqat
institutları, Azərbaycan dili, ədəbiyyatı və
tarixinin klassik məsələlərini, genetika, nanotexnologiya,
nanomaterialların alınması problemlərini əhatə edən
geniş spektrdə mövzular üzrə elmi
araşdırmalar aparan 24 elmi-tədqiqat laboratoriyası və
3 elmi-tədqiqat mərkəzi fəaliyyət göstərir.
Pedaqoji kadr hazırlığı riyaziyyat, informatika,
fizika, kimya, biologiya, coğrafiya, tarix, Azərbaycan dili və ədəbiyyatı,
rus dili və ədəbiyyatı müəllimliyi
ixtisasları üzrə aparılır. Azərbaycan
Respublikası Təhsil Nazirliyinin təşəbbüsü
ilə 2014/15-ci tədris ilində müəllimlik
ixtisasına qəbul olunmuş tələbələr
üçün xüsusi stimullaşdırma proqramı həyata
keçirilir. Qəbul zamanı 500 və daha yüksək
bal toplayan, ixtisas seçimi zamanı
birinci və ya ikinci müəllimlik ixtisasını qeyd edən
ilk 300 tələbəyə əlavə “Gələcəyin
müəllimi təqaüdü” verilir. Sevindirici
haldır ki, 2014/15-ci tədris ilində “Gələcəyin
müəllimi təqaüdü” nün qaliblərinin 142-si
BDU-nun tələbələri olmuşdur.
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı
ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə
baxış”inkişaf Konsepsiyasında və 2013-cü il 24
oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin
icrası ilə əlaqədar Bakı Dövlət
Universitetinin 2014-2020-ci illər üzrə İnkişaf
Proqramı hazırlanmış və 21 may 2014-cü il
tarixində BDU-nun Elmi Şurasında təsdiq edilmişdir.
Dövlətin təhsil siyasətinin, o cümlədən
Bolonya Bəyannaməsinin əsas tələb və müddəalarına
əsaslanaraq, İnkişaf Proqramı BDU-nun sosial statusunun
gücləndirilməsinə, uzun illər ərzində
formalaşmış milli adət-ənənələr və
müasir beynəlxalq təcrübə əsasında
universitet elmi və təhsilinin məzmununun və strukturunun
yeniləşməsinə, onun vahid Avropa elm və təhsil məkanına
inteqrasiyasının sürətləndirilməsinə
yönəldilmişdir.Proqramın əsas məqsədi ali təhsilin
məzmununun Bolonya prosesinin prinsiplərinə uyğun
qurulmasından, davamlı və dinamik inkişaf yolu ilə
universitetin cəlbediciliyinin və rəqabət qabiliyyətliliyinin
təmin edilməsindən, ölkə iqtisadiyyatının
inkişaf tələblərinə uyğun ali təhsilli
kadrlara olan tələbatın ödənilməsindən ibarət
idi. İnformasiya
cəmiyyətinin və biliklərə əsaslanan
iqtisadiyyatın tələblərinə uyğun kadr
potensialının yaradılması, əhalinin müasir tələblərə
cavab verən universitet təhsili almaq imkanlarının təmin
edilməsi üçün BDU-nun bazasında iqtisadi və
sosial baxımdan səmərəli Elm və Təhsil
Kompleksinin formalaşdırılması əsas hədəflərdən
biridir.
BDU Elmi
Şurasının 9 iyul 2014-cü il
tarixli iclasının qərarı ilə universitetin nəzdində
2014/15-ci tədris ilində Əlavə təhsil mərkəzi
yaradıldı. Mərkəzdə əlavə təhsilin
bütün istiqamətləri (ixtisasartırma, kadrların
yenidən hazırlanması, stajkeçmə və kadrların
təkmilləşdirilməsi, təkrar ali
təhsil, dərəcələrin yüksəldilməsi və
yaşlıların təhsili) üzrə təhsilin fasiləsizliyini
təmin etmək, peşə hazırlığının səviyyəsinin
yüksəldilməsi və təkmilləşdirilməsi məqsədi
ilə kadr hazırlığının həyata keçirilməsi
nəzərdə tutuldu.
Bakı Dövlət Universitetində təhsilin
bakalavriat və magistratura pillələri üzrə mütəxəssis
hazırlığının Bolonya prosesinin tələblərinə
uyğun həyata keçirilməsində xarici dillərin,
xüsusilə ingilis, alman və fransız dillərinin tədrisinə
böyük əhəmiyyət verilir. Bu baxımdan,
universitetdə ayrı-ayrı ixtisaslar üzrə müasir təlim
metodları və texnologiyalarının tətbiqi xarici dilləri
tədris edən professor-müəllim heyətinin elmi-pedaqoji
səviyyəsinin artırılmasını tələb
edirdi. Bu problemi həll etmək məqsədi ilə, həmin müəllimlərpeşəkarlıq
səviyyəsini artırmaq üçün Avropanın
tanınmış universitetlərinə ezam olundular.Təhsildə
əsas diqqəti ixtisas fənləri ilə yanaşı,
xarici dillərin öyrənilməsinə yönəldən
universitet rəhbərliyi tələbələrin istifadəsinə
yeni təhsil texnologiyaları ilə təchiz olunmuş 10-dan
artıq linqafon kabineti vermişdi. Avropa ali təhsil məkanına
inteqrasiya prosesinin sürətləndirilməsi, ali təhsil sənədlərinin
və ixtisasların qarşılıqlı tanınması, təhsilin
keyfiyyətinin və tələbələrin akademik
mobilliyinin Bolonya Bəyannaməsinin tələblərinə
uyğunlaşdırılması məqsədi ilə
2011/12-ci tədris ilində universitetin mexanika riyaziyyat, tətbiqi
riyaziyyat və kibernetika, fizika, kimya, hüquq, Beynəlxalq
münasibətlər və iqtisadiyyat, sosial elmlər və
psixologiya fakültələrində ingilis dilli qruplar
yaradıldı. İlk olaraq, 8 ixtisas üzrə
təşkil olunmuş ingilis dilli qruplar sonralar 16 ixtisası əhatə
etdi. Hazırda universitetdə riyaziyyat, fizika, kimya,
biologiya, kompüter elmləri, ekologiya, hüquqşünaslıq,
beynəlxalq münasibətlər, tarix, psixologiya, dünya
iqtisadiyyatı, iqtisadiyyat, turizm və otelçilik,
kitabxanaçı-liqinformasiya və jurnalistika ixtisasları
üzrə ingilis dilində kadr hazırlığı həyata
keçirilir.Tədris prosesinə yüksəkixtisaslı
yerli kadrlarla yanaşı, xarici ölkələrdən dəvət
olunmuş mütəxəssislər də cəlb olunurdu.
Bolonya Bəyannaməsinin əsas müddəalarına
uyğun olaraq, BDU-nun beynəlxalq əməkdaşlıq və
xarici əlaqələr sahəsində təcrübəsini nəzərə
almaqla, elm və təhsil sahəsində beynəlxalq əməkdaşlığın
qurulması və inkişaf etdirilməsi məqsədi ilə
tanınmış universitetə cəlb dəvət edilməsi,
elmi istiqamətlərin inkişaf etdirilməsi, mühazirələr
oxunması, işgüzar əlaqələrin genişləndirilməsi,
müəllim, doktorant, magistrant və tələbələrin
mobilliyinin artırılması istiqamətində cidi
addımlar arılmışdı. Avropa Kredit Transfer Sistemi və
Bolonya bəyannaməsinin müddəalarına uyğun olaraq,
BDU-da təhsil alan tələbə və magistrlərin
akademik mobilliyinin, ölkədaxili və xarici ölkələrin
ali təhsil müəssisələrində sərbəst təhsil
almaq hüququnun təmin edilməsi və onların təhsil
aldıqları ali təhsil müəssisələrində
ayrı-ayrı fənlər üzrə qazandıqları
kreditlərin ekvivalentliyinin müəyyən edilməsi və
tanınması prosedurlarının rəsmləşdirilməsi
məqsədi ilə fakültələrdə ayrı-ayrı
ixtisaslar üzrə xüsusi komissiyalar
yaradılmışdı.
Həmin
illərdə universitet əməkdaşlarının əmək
şəraitinin və maddi rifahının
yaxşılaşdırılması, daxili imkanlar hesabına
onların sosial müdafiəsinin gücləndirilməsi
istiqamətində bir sıra tədbirlər həyata
keçirilmişdi.2011-ci ildən universitetdə 5
günlük iş həftəsi rejiminə keçildi.
2012-ci ildə Hüquq fakültəsinin nəzdində
Hüquq Klinikası, 2013-cü ildə UNESKO kafedrası və
Dəniz və enerji hüququ Mərkəzi yaradıldı. 2014-cü ildə
universitetin yaranmasının 95 illiyi qeyd olundu.
BDU-da tədris
prosesinin elmi tədqiqatla əlaqələndirilməsi, elm və
təhsilin istehsalatla inteqrasiyasının gücləndirilməsi,
tələbə, magistr və doktorantlarda tədqiqatçılıq
və peşə fəaliyyəti üçün zəruri
olan praktik bilik, bacarıq və vərdişlərin
formalaşdırılması, müxtəlif elm sahələrində
elmi yeniliklərin və innovasiyaların tədris prosesinə
tətbiqi, müvafiq ixtisas sahələri üzrə
aparıcı mütəxəssislərin tədris prosesinə
cəlb edilməsi məqsədi ilə Azərbaycan Milli Elmlər
Akademiyasının ayrı-ayrı elmi təşkilatları və
institutları arasında sıx əlaqələr
qurulmuşdur. Bununla yanaşı, elm-təhsil-istehsalat əlaqələrinin
qurulması istiqamətində Müdafiə Sənayesi
Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti, Azərsu
Açıq Səhmdar Cəmiyyəti, Sumqayıt Texnologiyalar
Parkı, Coca-Cola, BP və digər şirkətlərlə əməkdaşlıq
əlaqələri qurulmuşdu.
Bakı
Dövlət Universitetində 2013/14-cü tədris ilinin yaz
semestrindən etibarən kredit sisteminin tətbiqi ilə
bağlı tədris sənədlərinin-tədris planı,
tədris qrafiki, ixtisas üzrə illik işçi tədris
planı, tələbələrin fərdi iş planı,
müəllimin illik işçi tədris planı, dərs cədvəli,
akademik transkript, tələbənin ərizə forması, tədris
razılığı, akademik arayış, akademik təqvim sənədlərinin
nümunələri tədris prosesində istifadəyə
verildi.
2014/15-ci tədris ilindən başlayaraq, BDU-da daha
savadlı, bacarıqlı və hazırlıqlı tələbələrdən
ibarət SABAH qrupları fəaliyyət göstərməyə
başladı.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşəbbüsü
ilə yaradılan SABAH qruplarının əsas məqsədi
ölkəmizin inkişafına töhfə verəcək,
bacarıqlı və bilikli gənc mütəxəssislər
hazırlamaq, yerli və beynəlxalq əmək bazarında rəqabətə
davamlı, səriştəli kadr hazırlığı həyata
keçirməkdən ibarətdir. 2014/15-ci
tədris ilində BDU-da 12 ixtisası əhatə edən SABAH
qruplarında 214 nəfər tələbə təhsil
alırdı. SABAH qruplarının
koordinasiyasını təmin etmək məqsədi ilə
BDU-da SABAH mərkəzi fəaliyyət göstərir. SABAH qruplarında oxuyan tələbələrə
SABAH təqaüdü verilirdi.
2011-ci ildən 2018-ci ilin noyabrına kimi universitetin
rektoru vəzifəsində akademik Abel Məhərrəmov
işləyirdi. Abel Məhərrəmovdan sonra bu vəzifənin
icrası Təhsil nazirinin müavini Firudin Qurbanova həvalə
olundu. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 11 mart 2019-cu il tarixli Sərəncamı
ilə Elçin Babayev Bakı Dövlət Universitetinin
rektoru vəzifəsinə təyin olundu. Universitetdə Tədrisin
təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində
2011-ci ildən professor İradə Əliyeva, Elm və
innovasiyalarr üzrə prorektor vəzifəsində Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü,
professor Aydın Kazımzadə, Sosial məsələlər,
tələbələrlə iş və ictimaiyyətlə əlaqələr
üzrə prorektor vəzifəsində 2011-ci ildən 2019-cu
ilin may ayına qədər professor Sani Hacıyev, hazırda
dosent Əliş Ağamirzəyev işləyir. Həmkarlar
İttifaqı komitəsinin sədri vəzifəsində
2011-ci ildən 2019-cu ilin oktyabrına qədər dosent Fikrət
Şiriyev, hazırda isə professor Hüseyn Məmmədov işləyir. 2011-ci ildən
iqtisadi və təsərrüfat işləri üzrə
prorektor vəzifəsində Nəbi Ramazanlı
çalışı
2017-ci ildə
BDU-nun həyatında
iki möhtəşəm
hadisə baş verdi. 21 iyun 2017-ci ildə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Bakı Dövlət
Universitetinin yenidən təşkili ilə bağlı
imzaladığı sərəncama
əsasən Bakı Dövlət Universiteti Azərbaycan
Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi
şəxs (qanuna əsasən publik hüquqi şəxs
dövlət və bələdiyyə adından və ya
publik hüquqi şəxs tərəfindən yaradılan,
ümumdövlət və ictimai əhəmiyyət
daşıyan fəaliyyətlə məşğul olan,
dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır-
M.M.) statusuna malik olan Bakı Dövlət Universitetinə
çevrilmə yolu ilə yenidən təşkil edildi.
14 noyabr 2017-ci ildə Azərbaycan Respublikasının
Prezidentiİlham Əliyev Bakı Dövlət Universitetinin 100
illik yubileyinin keçirilməsi haqqında Sərəncam
imzaladı. Sərəncamda
deyilirdi: 2019-cu ildə Azərbaycanın nüfuzlu elm və təhsil
ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin
100 illiyi tamam olur.Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı
Bakı Dövlət Universiteti müsəlman Şərqində
yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan
etibarən nailiyyətlərlə zəngin şərəfli
bir yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə
sadiqlik nümayiş etdirən Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların
dərin məzmun kəsb edərək son texnologiyaların da
tətbiqi ilə müasir standartlara uyğun
aparılmasında və ümumən milli özünüdərk
prosesinin sürətləndirilməsində təqdirəlayiq
xidmətləri vardır.
Bakı Dövlət Universiteti tarixən vətənpərvər
ziyalıların fədakar əməyi sayəsində
yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri
ilə Azərbaycanın mövcud simasının təşəkkülünə
böyük töhfələr vermişdir. Respublikada yaradıcı
elmi təfəkkürün innovativ ideyalar əsasında
formalaşdırılması, hazırlıqlı kadr
potensialının davamlı təkmilləşdirilməsi və
elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da
yüksəldilməsi, o cümlədən Azərbaycan
xalqının tarixi-mədəni dəyərlərinin və
mənəvi-əxlaqi sərvətlərinin qorunub
yaşadılması Universitetin dünya təhsil məkanına
inteqrasiya yolu seçməklə göstərdiyi
bugünkü çoxşaxəli, geniş fəaliyyətin
başlıca istiqamətlərini təşkil edir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq və ölkədə ali təhsilin, elmin
ənənələrinin zənginləşdirilməsində,
gənc nəslin müstəqil dövlətçilik
ideallarına sədaqət ruhunda tərbiyəsində
mühüm xidmətlərini nəzərə alaraq, Azərbaycan
õalqının
milli sərvəti Bakı Dövlət Universitetinin 100 illik
yubileyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə
qərara alıram:
1.
Bakı Dövlət Universitetinin 100 illik yubileyi dövlət
səviyyəsində qeyd edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti Bakı Dövlət
Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər
planını hazırlayıb həyata keçirsin.
Azərbaycan
Respublikasının Prezidentinin Sərəncamından sonra
Nazirlər Kabineti 21 may 2018-ci il
tarixində müvafiq Sərəncam imzaladı. Sərəncamdan az sonra - 14 iyun 2018-ci ildə Bakı Dövlət Universitetinin
100 illik yubileyinin keçirilməsi ilə bağılı Təhsil
naziri əmr verdi.11 fevral 2019-cu ildə Bakı Dövlət
Universitetinin rektoru vəzifəsini icra edən, Təhsil
nazirinin müavini Firudin Qurbanov “Bakı Dövlət
Universitetinin 100 illik yubileyinə həsr olunmuş Tədbirlər
planı”nın təsdiq edilməsi, yubiley tədbirlərinin
təşkili və həyata keçirilməsi
üçün zəruri hazırlıq işlərinin
aparılması, o cümlədən nəzərdə
tutulmuş tədbirlərin icrasını təmin etmək məqsədilə
Təşkilat Komitəsinin yaradılması haqqında əmr
imzaladı.Əmrdə bildirilir ki, Ümummilli lider Heydər
Əliyevin “Azərbaycan xalqının milli sərvəti”
adlandırdığı, məzunu olması ilə fəxr
etdiyi Bakı Dövlət Universitetinin yaradılmasının
100 illiyi 2019-cu ildə tamam olur.
Bakı Dövlət Universiteti bu gün ölkənin
aparıcı ali təhsil müəssisəsi
olmaqla yanaşı, həm də respublika elminə əhəmiyyətli
töhfələr verən elmi-tədqiqat müəssisəsi
kimi fəaliyyət göstərir. Ölkədə ali təhsilin,
elmi ənənələrin zənginləşdirilməsində,
gənc nəslin müstəqil dövlətçilik
ideallarına sədaqət ruhunda tərbiyəsində
mühüm xidmətlərini nəzərə alaraq,Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin 14 noyabr 2017-ci il tarixli Sərəncamı əsasında
2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik
yubileyinin dövlət səviyyəsində qeyd edilməsi nəzərdə
tutulub. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan Xalq
Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti
müsəlman Şərqində yeni tipli ilk ali
məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə
zəngin, şərəfli bir yol keçib, daim azərbaycançılıq
məfkurəsinə sadiqlik nümayiş etdirərək
ölkədə ali təhsil sisteminin qurulmasında təqdirəlayiq
xidmətlər göstərib. Fərəhli
haldır ki, UNESCO Baş Konfransının 39-cu sessiyasında
Bakı Dövlət Universitetinin 100 illik yubileyinin UNESCO səviyyəsində
qeyd edilməsi barədə qərar qəbul edilib. Yubileyin İSESKO, o cümlədən bir sıra
universitetlər assosiasiyaları tərəfindən qeyd edilməsi
barədə ilkin razılıqlar əldə edilib”.
Firudin
Qurbanov universitetin yaradılmasının 100 illik yubileyi ilə
əlaqədar BDU-nun 17 yanvar 2019-cu il tarixli əmrinə
uyğun olaraq Bakı Dövlət Universitetinin 100 illik
yubileyinin keçirilməsi ilə bağlı işçi
qrupunun yaradılması haqqında da əmr
imzalamışdı. Əmrə əsasən, BDU-nun 100 illik
yubileyi ilə əlaqədar Tədbirlər Planında nəzərdə
tutulmuş müddəaları həyata keçirmək,
yubileyin daha yaxşı təşkil edilməsi ilə
bağlı təkliflər hazırlamaq, bu istiqamətdə tələb
olunan bütün işləri icra etmək məqsədilə
işçi qrupu yaradıldı.
Qeyd edək
ki, Bakı Dövlət Universitetinin 100 illik yubileyi ilə əlaqədar
təntənəli mərasimin, universitet məzunlarının
Forumunun, BDU-nu ötən illərdə bitirmiş məzunlar
arasında “BDU xatirələrdə” adlı yazı müsabiqəsinin,
ali təhsil müəssisələrində Universitetin 100
illiyi münasibətilə tədbirlərin, silsilə
elmi-praktiki konfransların, BDU-nun nəzdindəki Gənc
istedadlar liseyinin bazasında respublika liseyləri şagirdləri
arasında fənn olimpiadalarının və yubileylə
bağlı müxtəlif idman yarışlarının
keçirilməsi də nəzərdə tutulmuşdu. Bununla
yanaşı, “Azərbaycan tarixi” muzeyində Bakı Dövlət
Universitetinin şərəfli inkişaf yolunu əks etdirən
xüsusi guşənin yaradılması, universitetin tarixini əks
etdirən kitabların hazırlanması və nəşr
olunması, universitet haqqında sənədli filmin çəkilişi,
“Xatirə Yubiley” medalının, döş
nişanlarının buraxılması, rəsm və foto şəkil
müsabiqəsi, Bakı Şəhər Təhsil İdarəsi
ilə birgə tədbirlərin, universitet tələbələri
üçün liderlik və innovativ sahibkarlıq tədris
proqramlarının təşkili və keçirilməsi də
100 illik yubileylə bağlı görüləcək işlərə
daxil idi.
Bakı
Dövlət Universiteti Azərbaycan Respublikası Təhsil
Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu qazandıqdan sonra onun yeni Nizamnaməsi
hazırlandı və 16 aprel 2019-cu ildə Nazirlər Kabinetinin 172 nömrəli qərarı
ilə təsdiq edildi.
2019-cu il
Bakı Dövlət Universitetinin həyatında yubiley ili kimi yadda qalacaq. Azərbaycanın elm və
təhsil müəssisələrində, Beynəlxalq təşkilatların
qəragahında universitetin bir əsrlik tarixi böyük
sevinc və coşqunluqla ilə qeyd olunur.
İlk
yubiley tədbiri 13 iyun 2019-cu ildə
Parisdə UNESCO-nun baş qərargahında
keçirildi.Yubiley tədbirinə Təhsil naziri Ceyhun
Bayramov, Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva,
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının baş
katibi Elnur Sultanov, BDU-nun rektoru Elçin Babayev, Azərbaycanın
Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi
nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov,
Təhsil Nazirliyi, BDU və Mədəniyyət Nazirliyinin
nümayəndə heyəti, UNESCO yanında daimi nümayəndəliklərin
rəhbərləri, Fransada akkreditə olunmuş diplomatik
korpusun, işgüzar dairələrin, mədəniyyət və
elm nümayəndələri, bu ölkədəki azərbaycanlı
icmasının nümayəndələri
qatılmışdı.Tədbirdə UNESCO yanında daimi
nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov,
təhsil naziri Ceyhun Bayramov, BDU-nun rektoru Elçin Babayev
çıxış etdilər.Natiqlər ölkəmizin
tarixi, onun nailiyyətlərindən danışaraq, Bakı
Dövlət Universitetini onun əsas nailiyyətlərindən
biri olduğunu diqqətə çatdırdılar. BDU-nun onun
regionda ilk universitet, müsəlman Şərqində isə
ilk Avropa tipli ali məktəb olduğunu
vurğuladılar. UNESCO baş direktorunun Afrika departamenti
üzrə müavini Firmin Eduard Matoko ölkəmizlə
UNESCO arasındakı əlaqələri yüksək qiymətləndirərək, tədbirin mədəni
irs, dialoq, mədəniyyət müxtəlifliyi ruhunu əks
etdirdiyinibildirib. Tolerantlıq, dialoq, mədəniyyət
müxtəlifliyi, qarşılıqlı anlaşma və
xalqlar arasında həmrəylik məkanında olan BDU-nun elmi
təşviq etməsindən danışıb. BDU-nun afrikalı məzunlarının ölkələrində
mühüm vəzifələrdə
çalışdıqlarını qeyd edib. Ölkəmizin
UNESCO-ya verdiyi töhfələri yüksək qiymətləndirib.Tədbirdə
BDU-nun 100 illik tarixini əks etdirən videoçarx göstərilib,
UNESCO-nun binasının foyesində BDU-nun 100 illik fəaliyyətini
əks etdirən tarixi və müasir şəkillərdən
ibarət sərgi nümayiş olunub.Xatırladaq ki, UNESCO-nun
İcraiyyə Şurası tərəfindən 2018-2019-cu illər
üzrə yubileylər siyahısına Bakı Dövlət
Universitetinin 100 illik yubileyinin qeyd edilməsi təklifi Baş
Konfransın Parisdə keçirilən 39-cu sessiyasında
müsbət dəyərləndirilərək, 2019-cu ildə
bu yubiley tədbirlərinin keçirilməsi qərara alınmışdı.
10 sentyabr 2019-cu ildə Avropanın mədəniyyət
paytaxtlarından biri olan Vyana şəhərində Bakı
Dövlət Universitetinin 100 illik yubileyi təntənə ilə
keçirildi.
Azərbaycan Mədəniyyət Mərkəzində təşkil
olunan yubiley tədbirinə BDU-nun rektoru Elçin Babayevin rəhbərlik
etdiyi nümayəndə heyəti, Vyanada akkreditə
olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların
təmsilçiləri, Avstriya ictimaiyyətinin, işgüzar
dairələrin nümayəndələri, mədəniyyət
və elm xadimləri, bu ölkədəki azərbaycanlı
icmasının nümayəndələri
qatılmışdılar. Tədbirdə Azərbaycan Mədəniyyət
Mərkəzinin rəhbəri Leyla Qasımova, ölkəmizin
Avstriyadakı səfiri Qalib İsrafilov və BDU-nun rektoru
Elçin Babayev çıxış ediblər.Mədəniyyət
Mərkəzinin rəhbəri Leyla Qasımova bildirib ki,
müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan
Xalq Cümhuriyyəti bir əsr öncə Azərbaycan
xalqının tarixində önəmli iz buraxıb. Cəmi 23 ay sürən həmin dövr Azərbaycan
tarixində önəmli hadisələrlə yadda qalıb,
onlardan biri də Bakı Dövlət Universitetinin təsis
olunmasıdır. Cümhuriyyətin qurucuları Avropa
nümunəsi əsasında ali təhsil
ocağının əsasını qoymaqla yanaşı, oraya
həmin dövrün tanınmış alim və mütəxəssislərini
dəvət ediblər. Bakı Dövlət Universiteti
yarandığı dövrdən böyük inkişaf yolu
keçərək, bu gün nəinki Azərbaycanın, eləcə
də regionun ən böyük ali təhsil
ocağı və mühüm elm mərkəzidir.Azərbaycanın
Avstriyadakı səfiri Qalib İsrafilov
çıxışında Bakı Dövlət Universitetinin
Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi
misilsiz xidmətlərlə yanaşı, ölkənin
ictimai-siyasi həyatında oynadığı mühüm
rolla bağlı məsələlərə toxunub. Qeyd edib
ki, bu ali təhsil ocağının
inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə
sıx bağlıdır. Ulu öndər Bakı Dövlət
Universitetini “Azərbaycan xalqının milli sərvəti”
kimi yüksək dəyərləndirib, onun məzunu kimi
universitetin regionda qabaqcıl təhsil ocağına
çevrilməsi üçün çox işlər
görüb.Bakı Dövlət Universitetinin rektoru Elçin
Babayev yubileyin yüksək səviyyədə qeyd
olunmasına görə Azərbaycan Mədəniyyət Mərkəzinə
təşəkkürünü bildirib. Qonaqları
universitetin 25 minlik böyük kollektivi adından salamlayan
rektor ölkə başçısı İlham Əliyevin Sərəncamına
əsasən BDU-nun yubileyinin müxtəlif səviyyələrdə,
o cümlədən UNESKO-nun iqamətgahında,
dünyanın bir sıra ölkələrində qeyd edilməsinin
davamı olaraq bu tədbiri Azərbaycan elmi və təhsilinə
göstərilən qayğı kimi yüksək dəyərləndirib.
1 oktyabr 2019-cu ildə Mingəçevir Dövlət
Universitetində (MDU) Bakı Dövlət Universitetinin (BDU) 100
illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə
BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi nümayəndə
heyəti iştirak edib. Qonaqları salamlayan MDU-nun rektoru
Şahin Bayramov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan
xalqının milli sərvəti kimi dəyərləndirdiyi
BDU-nun 100 illik yubileyinə həsr olunan növbəti tədbirin
MDU-da keçirilməsinin professor-müəllim və tələbə
heyəti üçün mühüm hadisə olduğunu
bildirib. Ş.Bayramov ölkə başçısı cənab
İlham Əliyevin müvafiq Sərəncamı ilə 100
illik yubileyi dövlət səviyyəsində qeyd olunan BDU-nun
adının Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə
bağlı olduğunu, bu universitetin sonralar ölkəmizdə
yaradılan digər ali təhsil müəssisələrinin
formalaşmasında mühüm baza rolunu
oynadığını qeyd edib. O, BDU-nun milli ali
təhsilimizin flaqmanı, çoxminli professor-müəllim
heyətinin cəmləşdiyi elm məbədi və Azərbaycan
ali təhsilinin ümumi mənzərəsini müəyyən
edən aparıcı ali təhsil ocaqlarından biri
olmasını diqqətə çatdırıb. Ş.Bayramov
Azərbaycan ali təhsilinin beynəlxalq ali
təhsil məkanında layiqincə təmsil olunmasında
BDU-nun müstəsna xidmətlərini qeyd edib və dünya
universitetlərinin bir sıra reytinq siyahılarına ölkəmizdən
yalnız bu universitetin daxil edildiyini bildirib. O, Azərbaycan
tarixində ilk dəfə olaraq BDU-nun 100 illik yubileyinin
UNESCO-da qeyd olunmasının hər bir azərbaycanlıya və
xüsusilə də təhsil işçisinə
böyük qürur hissi yaşatdığını
vurğulayıb. Ş.Bayramov MDU-da tədrisin keyfiyyətinin
yüksəldilməsi və bu universitetin Azərbaycan ali təhsilinin ümumi xəritəsindəki
mövqeyinin gücləndirilməsinə hədəflənən
fəaliyyətdə digər tərəfdaşlarla
yanaşı, BDU ilə əməkdaşlığa və bir
əsrlik tarixi olan bu ali təhsil ocağının təcrübəsindən
faydalanmağa xüsusi önəm verdiklərini qeyd edib. O,
BDU-nun 100 illik yubileyinə həsr olunan görüş
çərçivəsində əsası qoyulan BDU-MDU əməkdaşlığının
paytaxt və region universitetləri arasında əməkdaşlığın
nümunəvi modelinə çevrilə biləcəyinə əminliyini
bildirib. Tədbirdə çıxış edən
BDU rektorunun müşaviri Əliş Ağamirzəyev iki
universitet arasında əməkdaşlıq üçün
potensial imkanların mövcudluğunu və bu istiqamətdə
real işlərin həyata keçirilməsinə hazır
olduqlarını bildirib. Sonra BDU-nun məzunu, MDU-nun İqtisadiyyat kafedrasının müdiri Cəmilə
Musayeva bakalavriat, magistratura və doktorantura təhsilini
aldığı universitetdə keçirdiyi tələbəlik
illərindən bəhs edib və 100 yaşı qeyd olunan
universitetin professor-müəllim heyətinin onun karyera
inkişafında mühüm rol oynadığını
bildirib. C.Musayeva məzunu olduğu BDU-nun
hazırda fəaliyyət göstərdiyi MDU-da keçirilən
yubiley tədbirində çıxış etmək imkanı
əldə etməsindən fəxarət hissi keçirdiyini
və belə bir universitin məzunu olması ilə qürur
duyduğunu vurğulayıb. Görüşün
sonunda BDU ilə MDU arasında əməkdaşlıq
haqqında Protokol imzalanıb. Sənəd
iki universitet arasında tələbə mübadiləsi,
kreditlərin tanınması, müəllimlərin
ixtisaslarının artırılması, tədqiqat
metodları üzrə təcrübə mübadiləsi,
ortaq elmi tədqiqatların aparılması, birgə elmi
konfransların təşkili, beynəlxalq layihələrdə
iştirak və digər sahələrdə
qarşlıqlı faydalı real əməkdaşlığın
yaradılmasını nəzərdə tutur.
3 oktyabr
2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illik yubileyi
bu ali təhsil ocağının Qazax
filialında qeyd edilib. Filialın Heydər Əliyev
auditoriyasında keçirilən yubiley tədbirində BDU-nun
rektoru Elçin Babayev, Qazax Rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov, BDU-nun əməkdaşları,
filialın müəllim-tələbə kollektivi iştirak
edib. Tədbir iştirakçıları əvvəlcə
Ulu Öndər Heydər Əliyevin filialın binasında yerləşən
büstü önünə gül dəstələri qoyaraq
xatirəsini yad ediblər.
Filialın direktoru Arif Rüstəmov tədbir
iştirakçılarını, müəllim və tələbələri
Universitetin yaranmasının 100 illiyi münasibətilə təbrik
edib.
A.Rüstəmov Prezident İlham Əliyevin 29 aprel 2016-cı il tarixli Sərəncamı ilə BDU-nun Qazax
filialı kimi fəaliyyətə başlamış ali tədris
müəssisəsində universitet və rayon rəhbərliyinin
diqqət və qayğısı sayəsində təhsilin
müasir tələblərə uyğun olaraq qurulması
istiqamətində görülən işlərdən,
ixtisaslı kadrların hazırlanması məqsədilə həyata
keçirilən tədbirlərdən danışıb. Rektor Elçin Babayev yubiley tədbirində
çıxış edərək filialın müəllim və
tələbələrini əlamətdar hadisə münasibətilə
təbrik edib, xoş arzularını çatdırıb.
Azərbaycanda milli təhsilin əsaslarının
yaranmasında, elm və təhsilin inkişafında xüsusi
xidməti olan Qazax Müəllimlər Seminariyasının və
yetişdirdiyi kadrların əvəzsiz rolu olduğunu qeyd edərək
Seminariyanın keçdiyi şanlı tarixi yoldan söz
açıb, onun Azərbaycan təhsilinə
saysız-hesabsız ziyalılar bəxş etdiyini, həmin
ziyalıların təhsilin inkişafı naminə
gördüyü işlərin bugünkü gənc nəsil
üçün əsl örnək olduğunu qeyd edib.
Bakı Dövlət Universitetinin müsəlman Şərqində
yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan
etibarən nailiyyətlərlə zəngin şərəfli
bir yol keçdiyini diqqətə çatdıran rektor
Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin
100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamından
bəhs edərək, ali təhsil ocağının yubiley tədbirlərinin
həm Azərbaycanda, həm də ölkə hüdudlarından
kənarda geniş qeyd edildiyini, noyabr ayında böyük tədbirin
keçiriləcəyini vurğulayıb. Qazax
Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb
Babaşov tədbir iştirakçılarını BDU-nun 100
illik yubileyi münasibətilə təbrik edib. Ölkənin əsas təhsil ocağının
filialının Qazaxda fəaliyyət göstərməsini
Prezident İlham Əliyevin qazaxlılara olan diqqət və
qayğısı kimi dəyərləndirib. Bildirib ki, BDU-nun 100 illik yubileyinin keçirilməsi
ilə bağlı dövlət başçısının
imzaladığı Sərəncamda universitetin tarixini və fəaliyyətini
yüksək qiymətləndirərək söylədiyi
fikirlər ölkə təhsilinə, ziyalılığa
verilən dəyərdir. İcra başçısı
onu da qeyd edib ki, filialın gündən-günə
inkişafı, rayondakı parlaq fəaliyyəti, gələcəkdə
ictimai həyatımızın formalaşmasında fəaliyyət
göstərəcək gənclərin ali
təhsil almalarındakı rolu Qazax rayonunun yüz illərlə
gələn təhsil mədəniyyətinin bundan sonrakı
yüz illərdə də davam edəcəyinin nümunəsidir.
Sonra filialın riyaziyyat və informatika kafedrasının
müdiri, professor Hüseyn Xəlilov və
III kurs tələbəsi Səbinə Camalova
çıxış ediblər. Bakı Dövlət
Universitetinin yeni bayrağı filiala hədiyyə edilib.
16 oktyabr
2019-cu ildə Azərbaycan
Dövlət Pedaqoji Universitetində (ADPU) Bakı Dövlət
Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar dəyirmi
masa keçirilib. Tədbirdə BDU-nun və
ADPU-nun rəhbərliyi, professor-müəllim heyətləri
və tələbələri iştirak ediblər. Tədbir
iştirakçıları ADPU-da fəaliyyət göstərən
BDU məzunlarının elmi əsərlərindən ibarət
sərgi və TÜRKSOY kafedrası ilə tanış
olublar.
Tədbiri giriş sözü ilə açan ADPU-nun
rektoru professor Cəfər Cəfərov qonaqları salamlayaraq
BDU-nun 100 illik yubileyi münasibətilə tədbir
iştirakçılarını təbrik edib. Rektor
çıxışında BDU-nun zəngin tarixi
keçmişə malik, Azərbaycan xalqının
inkişafında böyük rol oynamış bir elm, mədəniyyət
və təhsil müəssisəsi olduğunu bildirib. BDU Azərbaycan Xalq Cümhuriyyətinin bizə bir
yadigarıdır. Bu 100 il ərzində
universitet Azərbaycan xalqına müxtəlif sahələrdə
xidmətlər etmişdir. Universitet yüzlərlə
görkəmli alim, tanınmış ictimai xadim və
yaradıcı ziyalılar yetişdirmişdir. Bu xidmətlərinə
görə Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında
Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş
miqyasda qeyd olunur. BDU-nun 100 illik yubileyi UNESCO-da təntənə
ilə keçirilib. Rektor Cəfər Cəfərov
çıxışının sonunda mötəbər
yubileyin ADPU-da keçirilməsindən məmnunluq
duyduğunu bildirib və uğurlar arzulayıb. BDU-nun rektoru dosent Elçin Babayev ADPU-nun
professor-müəllim heyətini və tələbələrini
salamlayaraq tədbirin təşkilinə görə universitet
rəhbərliyinə təşəkkür edib. E.Babayev
Universitetin Azərbaycan Parlamenti tərəfindən 1919-cu ildə
təsis edildiyini bildirərək 100 il ərzindəki
fəaliyyətinin uğurları barədə geniş məlumat
verib. Ümummilli lider Heydər Əliyevin, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Universitetin
inkişafına daimi diqqət və qayğısını
xüsusi vurğuladı. Qeyd etdi ki, BDU
klassik universitet olmaqla yanaşı, təhsilin məbədi
sayılır. Eyni zamanda xalqın sosial-siyasi
həyatında əsas rol oynamış bir qurumdur. Universitetin əsas inkişaf istiqaməti təhsil,
elm, innovasiyalar, sosiallıq və beynəlmiləlləşməkdir.
Universitetin 16 fakültəsi, 121 kafedrası
uğurla fəaliyyət göstərir.
Çalışır və inanırıq ki, BDU növbəti
100 illiyə yeni enerji ilə qədəm qoyaraq daha
böyük uğurlar qazanacaqdır... Elm və
innovasiyalar üzrə prorektor professor Asəf Zamanov 100 illik
yubileyin çox əlamətdar hadisə olduğunu, BDU-nun 100
ildə çox böyük uğurlara imza
atdığını vurğulayıb. Bu
gün dünyada söz sahibi olan bir millətin və dövlətin
varlığı həmçinin BDU-nun fəaliyyətinin məntiqi
nəticəsidir. Dünyanın 70-ə qədər
ölkəsində diplomatik nümayəndəliklərimizin fəaliyyət
göstərməsi, Azərbaycan alimlərinin dünyanın ən
nüfuzlu elm mərkəzlərində təmsil olunması,
milli-mənəvi dəyərlərin qorunub
saxlanılmasında Bakı Dövlət Universitetinin
xüsusi payı danılmazdır. Professor
A.Zamanov çıxışının sonunda ADPU-da fəaliyyət
göstərən BDU məzunlarının sərgidə
nümayiş etdirilən monoqrafiya, dərslik və dərs vəsaitlərinin
BDU kitabxanasına hədiyyə etmək qərarını
bildirdi.
Sosial və humanitar məsələlər üzrə
prorektor professor Fikrət Rzayev çıxışında BDU
ilə bağlı xatirələrini bölüşərək
əlamətdar yubiley münasibətilə tədbir
iştirakçılarını təbrik etdi. BDU-nun Jurnalistikanın nəzəriyyəsi
və təcrübəsi kafedrasının müdiri, professor
Cahangir Məmmədli çıxış edərək Azərbaycan
elminin və təhsilinin inkişafında, yüksəkixtisaslı
kadrların yetişdirilməsində və onların vətənpərvərlik
ruhunda tərbiyə olunmasında BDU-nun böyük xidmətləri
olduğunu diqqətə çatdırıb. Universitetin
100 illik yubileyi münasibətilə tədbir
iştirakçılarını təbrik edib.
BDU-nun
Sosial elmlər və psixologiya fakültəsinin dekanı,
professor Hikmət Əlizadə, ADPU-nun İbtidai təhsil
fakültəsinin dekanı,Əməkdar elm xadimi, professor Fərrux
Rüstəmov BDU-nun yaranma tarixi, fəaliyyəti və
inkişafı haqqında məruzələrlə
çıxış ediblər.
22 oktyabr 2019-cu ildə Bakı Mühəndislik
Universitetində (BMU) Bakı Dövlət Universitetinin (BDU) 100
illik yubileyinə həsr olunmuş dəyirmi masa
keçirilib.
Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov ümummilli lider Heydər
Əliyevin Azərbaycan xalqının milli sərvəti kimi dəyərləndirdiyi
BDU-nun keçdiyi tarixi yola nəzər salıb. Rektor vurğulayıb ki, universitetin inkişafında
yeni keyfiyyət mərhələsi ümummilli lider, BDU-nun
tarix fakültəsinin məzunu Heydər Əliyevin adı və
fəaliyyəti ilə birbaşa bağlıdır.
Sovet rejiminin tətbiq etdiyi bütün qadağalara rəgmən,
məhz Ulu Öndərin səyi nəticəsində 1969-cu il noyabrın 1-də universitetin
yaradılmasının 50 illik yubileyi qeyd olunub. Həmin
vaxt Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
birinci katibi Heydər Əliyevin şəxsən tədbirdə
iştirak etməsi inqilabi bir hadisə idi. Bu addım BDU-nun həyatında yeni bir
başlanğıcın, milli-mənəvi dirçəlişin
əsasını qoydu. Sonrakı dönəmlərdə
BDU-nun inkişafı ilə bağlı ulu öndər Heydər
Əliyevin verdiyi digər mühüm qərarlara da toxunan H.Məmmədov
Prezident İlham Əliyevin davam etdirdiyi diqqət və
qayğı nəticəsində universitetin
uğurlarının zənginləşdiyini, maddi-texniki
bazasının gücləndiyini vurğulayıb.
Hazırda BDU ölkəmizdə təhsil islahatlarının
həyata keçirilməsində də önəmli rola
malikdir və
universitet təhsilin inkişafında, ölkədə
maarifçiliyin, elmin tərəqqisində, milli
ideologiyanın formalaşmasında fəal iştirak edir. BDU-nun Elm və innovasiyalar üzrə
prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə
bütün müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə
başlayan universitetin, hazırda Azərbaycan
Respublikasının aparıcı ali təhsil müəssisələrindən
biri olduğunu bildirib. Azərbaycan xalqının və dövlətinin həyata
keçirdiyi mühüm tarixi hadisələrdən birinin,
BDU-nun yaradılmasının olduğunu qeyd edən prorektor
Ulu Öndər Heydər Əliyevin, bu universitetin
inkişafındakı tarixi xidmətlərini
vurğulayıb. A.Kazımzadə Prezident İlham
Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin
keçirilməsi haqqında” Sərəncamından bəhs
edərək, ali təhsil ocağının yubiley tədbirlərinin
davam etdiyini, indiyə qədər ölkəmizdə, eləcə
də ölkə hüdudlarından kənarda yubileyin qeyd
edildiyini bildirib. Prorektor çıxışında həmçinin,
BMU-nun gənc universitet olmasına baxmayaraq, qısa müddətdə
fəxr olunası nailiyyətlər əldə etdiyini, ali təhsil ocaqları arasında özünə
layiqli yer tutduğunu fikirlərinə əlavə edib, belə
bir tədbirin təşkilinə görə təşəkkürünü
bildirib. BDU-nun
Tarix fakültəsinin dekanı, professor İbrahim Zeynalov
çıxışında universitetin keçdiyi 100 illik
yola nəzər salıb, mühüm tarixi faktları diqqətə
çatdırıb. Daha
sonra BMU-nun Azərbaycan dili və ədəbiyyatı
kafedrasının professoru Akif Hüseynli, Riyaziyyat
kafedrasının müdiri, dosent Rakib Əfəndiyev Azərbaycan
elminin bugünkü vəziyyəti, qarşıda duran problemlər
və məzunu olduqları BDU haqqında xoş təəssüratlarını
bölüşüblər.
4 noyabr
2019-cu ildə
Bakı Dövlət Universitetinin (BDU) 100 illik
yubileyi ilə əlaqədar Lənkəran Dövlət
Universitetində (LDU) tədbir keçirilib. Tədbirdə
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq
İbrahimov yubiley münasibətilə BDU-nun professor və
müəllimlərini, tələbələrini təbrik
edib. Bildirilib ki, ölkəmizdə elmin və
təhsilin inkişafına verdiyi böyük töhfələrə
görə ümummilli lider Heydər Əliyev Bakı Dövlət
Universitetini Azərbaycan xalqının milli sərvəti
adlandırıb. N.İbrahimov qeyd edib ki, Lənkəran
Dövlət Universiteti Nazirlər Kabinetinin1991-ci il 25 sentyabr
tarixli qərarı ilə BDU-nun Lənkəran filialı kimi
açılıb, 1992-ci il 23 iyun tarixli sərəncamı ilə
isə dövlət statuslu ali məktəb kimi fəaliyyətə
başlayıb. O, LDU-da son illər görülən işlər,
təhsilin yenilənməsi istiqamətində atılan
addımlar barədə ətraflı məlumat verib. Lənkəran Dövlət Universiteti ilə
tanışlıq Bakı Dövlət Universitetinin 100 illiyinə
həsr olunmuş konfransla davam edib. Konfransda Bakı
Dövlət Universitetinin rektoru Elçin Babayev ümummilli
lider Heydər Əliyevin elmə, təhsilə xüsusi
önəm verdiyini, dahi rəhbərin ideyalarının
Prezident İlham Əliyev tərəfindən qətiyyətlə
həyata keçirildiyini bildirib. Rektor Bakı
Dövlət Universitetinin fəaliyyəti, görüləcək
işlərdən danışıb. Sonra BDU-nun elm və
innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə, sosial
məsələlər, tələbələrlə iş və
ictimaiyyətlə əlaqələr üzrə prorektoru
Əliş Ağamirzəyev, BDU-nun LDU-da çalışan məzun
və doktorantlarından tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən
İdrak Əsgərov, baş müəllim Gülbəniz Qədirova
çıxış ediblər. BDU müəllimlərinin
keçdiyi ustad dərsləri tələbələr tərəfindən
maraqla qarşılanıb.LDU-nun həyətində Bakı
Dövlət Universitetinin 100 illik yubileyi şərəfinə
xatirə olaraq dekorativ həmişəyaşıl ağaclar əkilib.
7 noyabr
2019-cu ildə Milli Kitabxanada Mədəniyyət Nazirliyi,
Bakı Dövlət Universiteti və Milli Kitabxana birgə Azərbaycanın
nüfuzlu elm və təhsil ocağı, ölkədə ali
təhsilin və elmin inkişafında mühüm xidmətləri
olan Azərbaycan xalqının milli sərvəti “Bakı
Dövlət Universitetinin 100 illik yubileyi” nə həsr
olunmuş tədbir keçirildi. Tədbirdə Azərbaycan
Milli Kitabxanasını direktoru, professot Kərim Tahirov, Mədəniyyət
nazirinin birinci müavini Vaqif Əliyev, BDU-nun fəxri
professoru, tarix elmləri doktoru, Əməkdar elm xadimiAbuzər
Xələfov, AMEA-nın Qafqazşünaslıq
İnstitutunun direktoru, millət vəkili, AMEA-nın müxbir
üzvü Musa Qasımlı, yazıçı, millət vəkili,
professor Hüseynbala Mirələmov, professor Cahangir Məmmədli
çıxış edərək Azərbaycan elminin və təhsilinin
inkişafında Bakı Dövlət Universitetinin misilsiz xidmətlərindən
söhbət açıblar. Tədbirdə
universitetin rektoru Elçin Babayev çıxış edərək
Mədəniyyət nazirliyinə bu tədbiri təşkil
etdiyinə görə minnətdarlığını bildirib.
8 noyabr 2019-cu ildə BDU-nun 100 illik yubileyi münasibətilə
ADMİU-da dəyirmi masa keçirilib. Bakı
Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetində (ADMİU) dəyirmi masa keçirilib. BDU-nun rektoru Elçin Babayevin rəhbərlik etdiyi
nümayəndə heyəti ADMİU-da olub. Qonaqlar
Universitetin sərgi salonu, fakültə və kafedraları,
habelə tədris auditoriyaları ilə tanış
olub, Aktyor sənəti ixtisası üzrə təhsil alan
4-cü kurs tələbələrinin ifasında
nümayiş olunan “Danabaşlar” tamaşasına baxıblar.
Cəlil Məmmədquluzadənin “Danabaş kəndinin əhvalatları”,
“Danabaş kəndinin məktəbi”, “Poçt qutusu” əsərləri
və bir neçə felyetonun səhnələşdirməsi
əsasında hazırlanan tamaşa qonaqlar tərəfindən
maraqla qarşılanıb. Sonra BDU və
ADMİU rəhbərliyinin, professor-müəllim heyətinin
və tələbələrinin iştirakı ilə dəyirmi
masa keçirilib. Tədbiri giriş sözü ilə
açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova BDU-nun 100
illik yubileyi münasibətilə tədbir iştirakçılarını
təbrik edib, universitetin tarixindən, xalqımızın
inkişafında oynadığı roldan danışıb.
Rektor Prezident İlham Əliyevin müvafiq Sərəncamına
əsasən, yüzlərlə görkəmli alim,
tanınmış ictimai xadim və yaradıcı ziyalılar
yetişdirən universitetin 100 illik yubileyi çərçivəsində
ölkəmizdə və onun hüdudlarından kənarda
silsilə tədbirlərin keçirildiyini qeyd edib, yubileylə
əlaqədar növbəti tədbirin ADMİU-da
keçirilməsindən məmnunluq duyduğunu bildirib.
ADMİU-nun rektorunun Humanitar məsələlərlə
iş üzrə müşaviri, professsor Aqşin Babayev,
dosent Nigar Rüstəmova, Tədrisin elektron idarə edilməsi
və imtahanların təşkili şöbəsinin
müdiri Turxan Süleyman çıxış edərək,
BDU haqqında xatirələrini danşıb, bu ali təhsil
ocağının onların həyatlarında nə qədər
mühüm rol oynadığından bəhs ediblər.BDU-nun
rektoru Elçin Babayev tədbirin təşkilinə görə
universitet rəhbərliyinə təşəkkür edib.
Müsəlman Şərqində avropatipli ali
təhsil ocağı olan ADMİU-nun bundan sonra da Azərbaycan
mədəniyyəti və insəcənəti
üçün peşəkar kadr hazırlığında
müstəsna rol oynadığını bildirib.
Növbəti həftə BDU-nun yubiley tədbirlərinə
yekun vurulacaq.
BDU-da bir əsrlik
yubileylə bağlı zirvə tədbiri baş
tutacaq. Qazanılan uğurlar təqdir ediləcək, bu
işdə əməyi olanlar mükafatlandırılacaq, yeni
100 illiyin perspektivləri müəyyənləşdiriləcək.
Bakı
Dövlət Universitetinin yubileyinin ölkədə və xaricdə yüksək
səviyyədə keçirilməsi yalnız bir ali təhsil müəsisəsinin
deyil, bütövlükdə
millətin şərəf
tarixinin ən yadda qalan səhifələrindən biridir.
Parisdə UNESCO-nun baş qərargahında, Vyanada və digər
beynəlxalq qurumlarda BDU-nun yubileyinin keçirilməsi Azərbaycanda elmin və təhsilin
yüksək səviyyədə təşkillnin təsdiqi
kimi dəyərləndirilməlidir.
Universitetin 100 illik çətin, mürəkkəb və şərəfli inkişaf tarixi Azərbaycan millətinin elmi, mədəni,
iqtisadi və siyasi inkişafının ayrılmaz bir hissəsidir. 8 əsrdir ki, dünyada universitetlər millətin intellektual
inkişafının göstəricisi hesab olunur. Hələ vaxtı ilə
Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, Afina
Universitetinin yeni bir Yunanıstan yaratdığını kim inkar edə bilər? Millətimiz
əldə etdiyi
bütün uğurlara görə təhsil ocaqlarına, o cümlədən
Bakı Dövlət Universitetinə borcludur. Azərbaycanda
elə bir ailə yoxdur ki, bu və ya digər şəkildə
BDU ilə bağlı olmasın, universitetin maarifçilik
işığından ona pay düşməsin. Bu
baxımdan BDU-nun 100 illik yubileyinin ölkədə və xaricdə yüksək
səviyyədə qeyd olunması, ümumxalq bayramına
çevrilməsi tamamilə təbiidir. Ona görə də hesab edirəm
ki, BDU-nun yubileyi
yalnız bir təhsil ocağının deyil, Azərbaycan elminin, mədəniyyətinin,
incəsənətinin, bir sözlə elmi və siyasi
elitanın bayramıdır. Azərbaycan cəmiyyətinin
bayramıdır.
Ömrümün
50 ildən çoxunu doğma divarları arasında keçirdiyim, pillə-pillə
ucaldığım əziz Universitetim, bayramın mübarək!
Misir MƏRDANOV
AMEA Riyaziyyat və Mexanika
İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor
525-ci qəzet.- 2019.- 23 noyabr.- S.16-17;19.